/ / “Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərinin birgə təşkilatçılığı ilə keçirilən futbol turniri başa çatıb
“Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərinin birgə təşkilatçılığı ilə keçirilən futbol turniri başa çatıb
07.05.2013 [14:01]
Əli Əhmədov: İdmançıların və həvəskar idmançıların bu yubiley ərəfəsində öz bacarıqlarını nümayiş etdirməsi onların Heydər Əliyevin idmana, idmançılara, gənclərə qayğısına hörmət və ehtiramları kimi qiymətləndirilə bilər
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərinin birgə təşkilatçılığı ilə keçirilən futbol turniri başa çatıb. Media orqanları və Yeni Azərbaycan Partiyasının (YAP) Bakı şəhəri üzrə rayon təşkilatları arasında keçirilən turnir gərgin idman mübarizəsi şəraitində keçib. Media orqanları və YAP təşkilatlarının mübarizəsində üstün olan isə partiya təşkilatları olub. Əvvəlcədən proqnozlaşdırıldığı kimi, finala YAP-ın iki rayon təşkilatı çıxıb. Media orqanları isə əvvəlki mərhələlərdə mübarizəni dayandıraraq final mərhələsini tribunadan izləməyə məcbur olublar. Turnir ərzində yüksək səviyyəli oyun nümayiş etdirən YAP Sumqayıt şəhər təşkilatı və YAP Abşeron rayon təşkilatı finalda kimin güclü olmasına aydınlıq gətiriblər. Hər iki komanda turnir ərzində yüksək səviyyəli oyunları ilə diqqət çəkirdilər. Abşeronlular və sumqayıtlılar hər oyunda qələbə əzmi ilə mübarizə aparır və oyundan-oyuna daha səviyyəli mübarizə ortaya qoyurdular. Bu iki komandadan kimin qalib olacağını əvvəlcədən təxmin etmək bir qədər çətin idi. Çünki YAP Abşeron rayon təşkilatının oyunçuları texnikalı oyuna üstünlük verdikləri halda, sumqayıtlılar daha çox sərt oyunu seçirdilər. Eyni zamanda, sumqayıtlıların fiziki cəhətdən daha çox hazırlıqlı olması final matçının taleyini həll edib. Belə ki, qarşılqlı hücumlarla keçən matçda Sumqayıt komandası müdafiədə etibarlı oyun sayəsində qapısını toxunulmaz saxlaya bilib. Əvəzində hücum xəttində nümayiş etdirilən aktiv oyun Sumqayıt təmsilçisinin hesabı açması ilə nəticələnib. Abşeron təmsilçiləri qoldan sonra ruhdan düşməyərək ardıcıl hücumlar təşkil etməklə hesabı bərabərləşdirməyə çalışıb. Amma onların bu cəhdi heç bir nəticə verməyib. Əvəzində sumqayıtlılar daha bir qol vuraraq demək olar ki, matçın taleyini həll ediblər. Hakimin final fiti Sumqayıt təmsilçilərinin Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən xatirə turnirinin qalibi olmasını rəsmiləşdirib.
Oyundan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bu turnirdə iştirakçıların qalib gəlmək əzmini və onların Ulu öndər Heydər Əliyevə olan hörmət və ehtiramlarını nümayiş etdirdiklərini bildirib. Əli Əhmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin həmişə Azərbaycanda idmana, kütləvi bədən tərbiyəsinə verdiyi önəm hamıya məlumdur: “Heydər Əliyev gənc nəslin sağlam tərbiyəsində idmanın və bədən tərbiyəsinin böyük rolunu qeyd edirdi. İdmançıların və həvəskar idmançıların bu yubiley ərəfəsində öz bacarıqlarını nümayiş etdirməsi onların Heydər Əliyevin idmana, idmançılara, gənclərə qayğısına hörmət və ehtiramları kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, turnir çərçivəsində keçirilən oyunlar çox maraqlı olub. Mən qalibləri, o cümlədən turnirin bütün iştirakçılarını təbrik edirəm”.
YAP İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxışında turnirin yüksək səviyyədə keçirildiyini qeyd edərək, qalib komandanı təbrik edib. Rektor çıxışında qeyd edib ki, bu gün respublikamızın hər bir bölgəsində Ulu öndərin xatirəsi müxtəlif tədbirlərlə xatırlanır. Bu turnir də həmin xatirə tədbirləri arasında öz layiqli yerini alacaq.
Daha son qaliblərə mükafatlar təqdim edilib. Üçüncü yerin sahibi olan YAP Sabunçu rayon təşkilatını təmsil edən komandanın kapitanına fəxri fərmanı YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov təqdim edib. İkinci yerin sahibi olan Abşeron təmsilçisinə mükafat BDU-nun rektoru, akademik Abel Məhərrəmov tərəfindən təqdim olunub.
Nəhayət, turnirin qalibi olan YAP Sumqayıt şəhər təşkilatının mükafatlandırılması olub. YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov turnirin kubokunu qalib komandanın kapitanına təqdim edib. Eyni zamanda, qalib olan hər üç komandaya AFFA-nın hədiyyələri də verilib. Sonda xatirə şəkli çəkdirilib.
ANAR
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

