Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib - FOTO
21.12.2024 [13:56]
İşğaldan azad edilmiş torpaqlarımızda mütəmadi olaraq idman yarışları təşkil olunur. Bu dəfə məkan Xankəndidir. Uzun illərdən sonra badminton üzrə ölkə çempionatı Xankəndi şəhərində keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkiatçılığı ilə final yarışı Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə baş tutub. Təhsil ocağının idman zalında keçirilən badminton üzrə Azərbaycan çempionatında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov və media nümayəndələri iştirak edib. Nazirlə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi badminton oynamaqla yarışı açıq elan ediblər. Nazir F.Qaylıbov mətbuata açıqlamasında bildirib ki, bu gün Azərbaycan idmanında tarixi hadisə yaşanır. İşğaldan azad edilmiş torpaqlarımıza idman qayıdır. Mütəmadi olaraq Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında idman yarışları keçirilir. Xankəndi şəhəri də artıq bir neçə idman yarışına ev sahibliyi edib. Nazir Xankəndinin həm də idman mərkəzinə çevriləcəyindən və bu günədək bu şəhərdə keçirilmiş idman yarışlarından da söz açıb.
Qeyd edək ki, 1974-cü ildə Xankəndidə keçirilmiş turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer alan Azərbaycan badminton ailəsinin dəyərli üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.
Qalib və mükafatçıları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif edib.
Qeyd edək ki, 1974-cü ilin oktyabrında Xankəndidə keçirilmiş Azərbaycan çempionatı, klublar arasında da təşkil olunub. Yarışda 24 kişi və 20 qadın badmintonçu iştirak edib. Klubların mübarizəsində isə "Neftçi", "Məhsul", "Zenit", "Lokomotiv" və "Spartak" komandaları birincilik uğrunda yarışıb.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

