/ / Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş futbol və voleybol turnirlərinin püşkü atılıb
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş futbol və voleybol turnirlərinin püşkü atılıb
06.04.2013 [16:44]
“Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərinin təşkilatçılığı ilə keçirilən yarışlarda media nümayəndələri ilə yanaşı, Yeni Azərbaycan Partiyasının Bakı şəhəri üzrə rayon təşkilatlarının komandaları da mübarizə aparacaq
Ulu öndər Heylər Əliyevin 90-cı ildönümü münasibətilə “Yeni Azərbaycan”, “Səs” və “İki sahil” qəzetlərinin təşkilatçılığı ilə keçirilən voleybol və futbol turniinin püşkatma mərasimi olub. Media nümayəndələri və Yeni Azərbaycan Partiyasının (YAP) Bakı şəhəri üzrə rayon təşkilatlarının komandalarının iştirakı ilə keçiriləcək yarışlara böyük maraq var. Elə turnirlərdə iştirak edəcək komandaların sayı da bundan xəbər verir. Püşkatma mərasimində çıxış edən təşkilatçılardan “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu öndərin xatirəsinə həsr olunan müxtəlif turnirlərin keçirilməsi artıq ənənə halını alıb. Belə turnirlərin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin irsini təbliğ etmək, Onun bütün sahələrə, o cümlədən idmana göstərdiyi diqqət və qayğını daha geniş diqqətə çatdırmaqdır: “Ulu öndərin xatirəsinə həsr edilən turnirdə iştirak etməyin özü komandalar üçün artıq qələbədir. Media nümayəndələri və YAP-ın rayon təşkilatlarının iştirakı ilə keçirilən tunirin məqsədlərindən biri onların arasında həmrəylik yaratmaq, əlaqələri daha da inkişaf etdirməkdir”.
Vüqar Rəhimzadə çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb.
Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu gün fəxrlə demək olar ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: “Bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması Ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra bütün sahələrdə, o cümlədən idman sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərin nəticəsində mümkün olub. Ümummilli lider hakimiyyətə qayıtdıqdan bir il sonra Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, Ulu öndərin qeyd olunan sahəyə verdiyi önəmlə bağlı idi. İdman sağlamlıq, sağlam mənəviyyat, sağlam əxlaq, sağlam düşüncədir, sağlam nəsil deməkdir. Bu səbəbdəndir ki, idmanın inkişafını Azərbaycan dövləti prioritet sahə elan edib”.
Baş redaktor qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra ölkə idmanında yeni inkişaf mərhələsi başlayıb. Həmin vaxtdan sonra Azərbaycan idmançıları iştirak etdikləri Olimpiya oyunlarında qazandıqları medalların sayını hər dəfə artırıblar. Bu sahədə əldə olunan son uğur isə idmançılarımızın London Olimpiadasında qazandığı tarixi zəfər olub.
Hikmət Babaoğlu çıxışında bildirib ki, Ulu öndərin xatirəsinə həsr olunan belə turnirlərin keçirilməsi çox vacib və əhəmiyyətlidir. Turnirlərin keçirilməsinə AFFA və Azərbaycan Voleybol Federasiyası tərəfindən dəstək verildiyini diqqətə çatdıran baş redaktor yarışların bu qurumların hakimləri tərəfindən idarə olunacağını da vurğulayıb.
Daha sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Ulu öndərin xatirəsinə həsr olunan turnirlərin keçirilməsinin əhəmiyyəti haqqında danışıb. Onun sözlərinə görə, xatirə turnir Ümummilli liderin irsinin təbliği, Onun gördüyü işlərin xatırlanması baxımından böyük əhəmiyyət daşıyır.
Mükafat fondu haqqında məlumat verən Bəhruz Quliyev bildirib ki, turnirin sonunda qalib olacaq komandalara kubok və qiymətli hədiyyələr veriləcək.
Lakin o, əlavə edib ki, Ulu öndərin xatirə turnirində iştirak etmək elə qələbə qazanmaq deməkdir. Püşkatmadan əvvəl diqqətə çatdırılıb ki, turnirin təşkilatçıları olan üç qəzetin hər birindən bir nümayəndə olmaqla Apellyasiya Qrupu yaradılıb və turnirlə bağlı bütün şikayətlərə həmin qrup baxacaq. Bundan sonra komandaların nümayəndələrinin iştirakı, AFFA və Voleybol Federasiyası rəsmilərinin nəzarəti ilə püşkatma mərasimi keçirilib. Əvvəlcədən əldə edilən razılaşmaya əsasən təşkilatçılar qrup birinciləri kimi müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45

