Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / "Lion"un futbolçusu: "Qarabağ" yaxşı hücum xəttinə malikdir

"Lion"un futbolçusu: "Qarabağ" yaxşı hücum xəttinə malikdir

27.11.2024 [23:56]

"Qarabağ" çox yaxşı komandadır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının futbolçusu Jordan Veretu UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Ağdam klubunun yaxşı hücum xəttinə sahib olduğunu bildirib: "Qarabağ"ın futbolçuları rəqib qapısı önündə hər an təhlükəli epizodlar yaratmağı bacarır. Vaxtilə "Lion"da oynamış Yassın Benzia indi bu komandanın heyətində çıxış edir. Çox təcrübəli və təhlükəli futbolçudur".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Bişkek görüşü...

02 Sentyabr 11:36  

İqtisadiyyat

Gündəm

Siyasət

İqtisadiyyat

Sosial

Hadisə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30