Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Balakəndə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Balakəndə piyadanın ölümü ilə nəticələnən qəza baş verib

14.04.2025 [22:41]

Balakəndə yolu keçən piyadanı avtomobil vurub. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Katex kəndindən keçən hissəsində baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Mahamalar kənd sakini, 1986-cı il təvəllüdlü Şaban Ramazanov idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1975-ci il təvəllüdlü Nazxanım Qalayçiyevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 50 yaşlı qadın Təcili Tibbi Yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30