Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Şirvanda avtomobilin vurduğu azyaşlı xəstəxanaya yerləşdirilib

Şirvanda avtomobilin vurduğu azyaşlı xəstəxanaya yerləşdirilib

22.11.2024 [17:52]

Şirvan şəhərində azyaşlı uşağın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası saat 14 radələrində Şirvan şəhərində qeydə alınıb. Salyan sakini D.Xankişiyeva idarə etdiyi "Chevrolet" markalı avtomobillə hərəkətdə olarkən 2020-ci il təvəllüdlü M.Süleymanlını vurub. Xəsarət alan azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, ona dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib. Həkim nəzarətində olan uşağın vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30