Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qərbin “binoklu” da işə yaramır

Qərbin “binoklu” da işə yaramır

02.04.2024 [10:30]

Toivo Klaarın yalanı, Aİ-nin “durbini”...

Cənubi Qafqazda yeni situasiyanın formalaşması sirr deyil. Ötən ilin sonunda Ermənistan ilə Azərbaycan arasında müşahidə olunan bəzi proseslər iki dövlətin vasitəçisiz təmaslar qurma imkanları ilə bağlı ümidləri ortaya çıxarmışdı. Ölkələrin delimitasiya üzrə müvafiq komissiyalarının sərhəddə görüşməsi, ardından isə iki dövlətin rəsmi strukturlarının birgə açıqlama yayması, qarşılıqlı şəkildə hərbçilərin azad edilməsi istiqamətində addımlar və nəhayət, Ermənistan tərəfinin sülhlə bağlı bəzi fikirlər səsləndirməsi prosesin uğurlu nəticəyə tərəf yol alacağına inam formalaşdırırdı.

Amma deyəsən, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan bəzi dairələr “anti - sülh” mahiyyətli yeni planlarını davam etməkdə israrlıdırlar. Məsələn, əvvəllər heç bir siyasi-ictimai mahiyyət daşımadığı, sadəcə olaraq müşahidə üçün üçün Ermənistana yerləşdirildiyi bildirilən Aİ-nin “müşahidə missiyası”nın əsl “fəaliyyət mexanizmləri” tam şəkildə üzə çıxır. Bu qrupdan monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə olunduğu artıq tam şəkildə ortadadır. Bu missiyanın “əsl siması” artıq hər kəsə bəllidir. Onların daha çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması sirr deyil. “Binokl planı”nı özünün ən vacib hərəkət mexanizminə “çevirən” bu qrup ara-sıra xarici ölkələrin Ermənistandakı səfirlərini, İrəvanda qonaq olan amma sülh məsələsinə ən minimum dəxli olmayan xarici nümayəndələri şərti sərhədə gətirir, onların Azərbaycan torpaqlarına “boylanan yerdə” şəkillərini çəkir paylaşırdı. İndi isə...

Son günlərdə Ermənistanın şərti sərhəd ərazisinə canlı qüvvə, zirehli texnika daşıması sirr deyil - bununla bağlı Ermənistan KİV-i də kifayət qədər məlumat yayıb. Digər tərəfdən, Azərbaycanın rəsmi strukturları da bir neçə dəfə bu məsələyə toxunaraq Ermənistanın regionda yeni hərbi hərəkətlənmələrə yol verməsi ilə bağlı fikirlər səsləndiriblər. Aprelin 1-də isə Azərbaycanın  Müdafiə Nazirliyi ordumuzun Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyənləşdirilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarması ilə bağlı məlumat yayıb. Demək ki, Ermənistan yeni müharibə axtarışındadır - belə olmasaydı, regionda Azərbaycanı izləmək üçün kəşfiyyat - diversiya aparatları quraşdırılmazdı. Aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşöncəsi Ermənistan Aİ-nin “missiyası”nın həvəsləndirmələrinə bu cür “əməl edib”.

Bununla belə, Aİ hələ də özünün qeyri-standart açıqlamaları ilə gündəmə gəlir - Azərbaycanın rəsmi strukturlarının Ermənistanın təxribat əməllərini faktlarla sübut etdiyi halda, Aİ-nin Gürcüstan və Cənubi Qafqazdakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar qurumun Ermənistandakı missiyasının Ermənistan-Azərbaycan sərhədində “qeyri-adi hərəkətlər müşahidə olunmadığını” bildirən qeydinə reaksiya verir.

Birincisi Aİ-nin Ermənistandakı “binoklu” deyəsən artıq işə yaramır - Qərbin “durbini” ya xarab olub, ya da qabağı qara parça ilə örtülüb. Əks halda, özünü demokratiya carcısı, keşikçisi adlandıran, “nizamlayıcı”, “tənzimləyici” funksiyada görən “binokllu avropalılar” Ermənistanın sərhəd xəttindəki hoqqaları etiraf edər, bununla bağlı lazımi izahatı ortaya qoyardılar. İkincisi isə, Aİ-nin “binoklu”nun Ermənistanın törətdiklərini görməməsi təbii qarşılanmaladır. Çünki Ermənistanı yeni müharibələrə həvəsləndirən, cəsarətləndirən, onu silahlandıran, Cənubi Qafqazda sülhə təhdid kimi formalaşdıran elə Aİ-nin özü deyilmi? Axı, Aİ fəaliyyətinin “bəhrəsi” kimi meydana çıxan təcavüzkar Ermənistanla bağlı necə ədalətli mövqe etiraf edə bilər?

Toivo Klaar isə “siyasi dəvəquşu” rolunu uğurla “oynamaqda” davam etməyə niyyətlidir. Ermənistanı müharibəyə stimullaşdıran gücün elə Aİ olması faktından hər kəs xəbərdardır - bunun qarşılığında isə Toivo Klaar yenə də utanmadan “Aİ-nin Ermənistandakı missiyasından təsdiq almaq çox xoşdur, hərbçilərin qeyri-adi hərəkətləri müşahidə edilməyib. Missiyanın məqsədi budur: daha çox şəffaflığı təmin etmək və inam yaratmaq”, kimi fikirlər səsləndirir. Avropa özünü elə bir situasiyaya salıb ki, bunun adını tapmaq çox çətindir - illərdir ki, ədalətin yanında yer aldığını iddia edən Qərb açıq şəkildə təcavüzü, işğalı və separatizmi dəstəkləyir. Azərbaycana qarşı haqsız iddialarından əl çəkməyən Ermənistanı “dəstəkləməklə” Aİ “durbinçi”lərini sərhəddə məhz bu çirkin plan üçün göndərdiyini təsdiqləyir. Azərbaycan artıq aylardır bu “missiyanın” bölgə üçün mühüm təhdid olduğunu bəyan edir, digər bölgə dövlətlərinin məsələyə aktiv şəkildə münasibət bildirməsini gözləyir. Axı, hər şey ortadadır - bu gün Ermənistanın hərbi eskalasiyaya yönəlik addımını “təkzib edən”, Ermənistanın şərti sərhədə yığdığı hərbi texnikanı və canlı qüvvəni “hərəkətsizlik” kimi “qeydə elan” Aİ “durbinçiləri”nin növbəti planının nə olacağını düşünmək belə dəhşətlidir. Bu güclərin öz maraqları xatirinə dinc regionlarda müharibələr başlatması, bölgələrdə qarşıdurmalar yaradaraq öz niyyətlərini həyata keçirməsi sirr deyil və ilk dəfə baş vermir. Bununla bağlı onlarla misallar mövcuddur. Bu mənada, Toivo Klaarın yalanı da elə Aİ-nin “durbini” boydadır...

SADİQ

Paylaş:
Baxılıb: 167 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30