Qərb Fransanın məğlubiyyətini elan etdi...
28.02.2024 [10:55]
Makronun iflası, Zelenskinin səfəri...
Rusiya-Ukrayna müharibəsi üçüncü ilə qədəm qoyduğu bir dövrdə Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana planlaşdırılan səfəri siyasi kluarlarda mühüm müzakirələrə səbəb olub. Martın 4-nə planlaşdırıldığı bildirilən səfərin məqsədi, məramı böyük marağa səbəb olub. Xüsusilə indiki dövrdə, yəni, cəbhədə Rusiyanın aşkar üstünlük qazandığı bir zamanda Ukrayna prezidentinin Kremlin ən yaxın müttəfiqlərindən biri sayılan Ermənistana gəlmək “arzusu” birmənalı qarşılanmır. Siyasi analitiklər səfərin siyasi səbəblərini fərqli müstəvilərdə yozurlar.
Bu səfərin təhlükəli olması həm Ermənistan, həm də bəzi Qərb siyasətçiləri tərəfindən açıq şəkildə bildirilir. Hətta erməni siyasətçilərinin bəziləri, məsələn siyasi şərhçi Edik Andresyan belə fikir səsləndirib ki, Ukrayna prezidenti İrəvanda hüquq-mühafizə orqanları tərəfindən həbs oluna bilər. Maraqlıdır bu kimi təhlükələri “gözə alan” Zelenskini İrəvana gətirən səbəblər hansılardır?
Zelenski İrəvana nəyə və ya niyə gəlir?
Bu səfəri adi “dövlət səfəri” və ya “işgüzar səfər” kimi qiymətləndirmək siyasi cəhətdən “iz azdırmaq” sayılar. O baxımdan ki, Ukraynada müharibə başlayan gündən prezident Zelenskinin Kiyevi nadir hallarda tərk etdiyinin şahidi olmuşuq - hətta Aİ və ya NATO sammitlərinin bəzilərinə onlayn qoşulan dövlət başçısı özünün təhlükəsizliyini qorumaq üçün ciddi önləmlər aldırır. Bu mənada, Ermənistanın xüsusi anlam daşıması kimi bəsit və inandırıcı olmayan səbəb ilk andaca istisna edilir.
İkinci bir tərəfdən, Ermənistan müharibə başlayan gündən Ukraynaya münasibətdə heç də “yardım göstərən” status qazana bilməyib. Əksinə, zaman-zaman Ukraynanın lehinə döyüşən bəzi ermənilərin silah oğurlaması, İrəvana göndərməsi kimi informasiyalara şahidlik etmişik. Ukraynaya humanitar tipli yardımlar belə göstərməyən, hansısa xüsusi silah-sursat ixracatçısı olmayan, qlobal siyasi proseslərə ən minimal təsir imkanına malik olmayan, öz büdcəsini belə ianələr və ya xaricdə yaşayan lobbi hesabına formalaşdıran bir dövlətə səfər etmək hansı məramdan irəli gələ bilər? Demək ki, səfərin məqsədi ən azı indiki məqamda ikitərəfli əlaqələrin “inkişafı” və ya qarşlıqlı “iqtisadi göstəriciləri artırmaq” kimi xarakter daşıya bilməz. Bəs nədir Zelenski səfərinin əsl müəmması...
Lobaxın “sirri”...
Bir neçə gün öncə “Factor.am” nəşri öz mənbəsinə istinadən Ukrayna prezidentinin Ermənistana səfərinə hazırlığın getdiyini yaymışdı. Ukrayna məsələlərinin Ermənistandakı müvəqqəti nümayəndəsi Valeri Lobax isə bu məlumatı nə təsdiq, nə də təkzib etmişdi - o, Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaza mümkün təsiri ilə bağlı sualı belə cavablandırmışdı: “Əslində, indi çox şey demək olar, amma hələlik heç nə deyə bilmərəm. Bir neçə gündən sonra xəbərləri eşidəcəksiniz. Mən də öz növbəmdə deyəcəm ki, Ukrayna Ermənistanı dəstəkləməyə hazırdır”. Zelenskinin Ermənistana mümkün səfəri nəzərdə tutulurmu sualına o, belə cavab verib: “Yalnız onu deyə bilərəm ki, yaz Ermənistana çoxlu müsbət hadisələr gətirəcək”.
Bu açıqlama Zelenskinin səfərinin bəlkə də şifrəsi sayıla bilər. Birincisi, indiki müharibə şəraitində Ukraynanın Ermənistanı dəstəkləməsi kimi bir hal hansı aktuallıqdan doğur? Və ya Ukrayna hansı məsələlərdə İrəvana “dəstək verməyi” planlaşdırır?
Əslində bütün xəttlər məhz bu koordinatda kəsişir. Zelenskinin İrəvana səfərinin əsas məqsədi son günlərdə daha açıq şəkildə büruzə verilən qərarsızlıqdan irəli gəlir. Ermənistanın “ikiüzlü oyunu” Qərbi də müəyyən qəti addımlar atmağa sövq edir.
Paşinyanın yeni “təqdimat mərasimi”...
Saakaşvili fiaskosundan sonra post-sovet məkanında Qərbin siyasi planlaşdırımalarının icraedicisi təmsilçi rolunda Ukrayna prezidentinin çıxış etməsi sirr deyil. Kollektiv Qərb məhz Zelenski üzərindən həm də özünün siyasi təbliğatını aparır. Dünyanın bəzi güclərinin Ukraynaya açıq dəstək kampaniyalarının mərkəzində “Zelenski faktorunun” şişirdilməsi, Aİ və ya NATO müstəvisində xüsusi “məruzəçi” statusu ilə önə çəkilməsi Ukrayna prezidentinin “Qərbin yeni səfiri və ya canişini” funksiyası daşıdığını deməyə əsas verir. Bu mənada, onun Ermənistan paytaxtına səfərinin siyasi mahiyyətinin də Ukrayna ilə az bağlılıq təşkil edəcəyini indidən söyləmək olar - Zelenski İrəvana təftiş və ya tədqiq üçün səfər edəcək. Bu, həm də bir təbliğat vasitəsidir - səfər özünü Ermənistan cəmiyyətinə “Qərbin adamı” kimi “yedirdə” bilməyən Paşinyanın Zelenski üzərindən yeni “təqdimat mərasimi” də adlana bilər. Qərb bu yolla Paşinyanın özünütəsdiq imkanlarını yenidən genişləndirmək istəyir. Çünki son dönəmlərdə Fransa üzərindən aparılan təbliğat və təşviqat iflas edib...
Fransa üzərindən “Qərbə doğru yürüş” başlamamış bitdi...
Bəli, Ermənistanın Fransa üzərindən “Qərbə doğru” istiqamətlənmə arzusu daşa dəydi. Fransanın himayəsinə sığınaraq regionda gedən prosesləri öz xeyrinə çevirmək planları suya düşdü - rəsmi Paris bütün sferalarda məğlub oldu. Laçın -Xankəndi yolunda başlanan ekoetirazlardan başlayaraq Laçın dövlət sərhəd-buraxılış məntəqəsi, “TIR şousu”, antiterror tədbirləri və bu kimi saymaqla bitməyən məsələlər Fransanın siyasi limitini tükəndirdi. Paris bütün məsələlərdə Bakıya məğlub oldu. İş o yerə çatdı ki, üzvü olduğu BMT TŞ-da özünə dəstək tapa bilmədi. Beləliklə də, Fransa üzərindən “Qərbə doğru yürüş” Ermənistan üçün başlamamış bitdi. Bu isə təbii olaraq Ermənistan cəmiyyətinə də sirayət etdi - artıq Fransanın heç kimə lazım olmadığı, Ermənistanın səhv yol seçdiyi, “Qərbə inteqrasiya”nın fiaskosunu yaşadığını, Paşinyanın imitasiyalarını qəbul etdiklərini bildirən erməni xalqının etiraz səsi kollektiv Qərb üçün həyəcan siqnalına çevrildi. Bu, həm də Qərbin Cənubi Qafqaz planlarını “suya düşürdü”. Bu baxımdan, Zelenskinin İrəvana “göndərilməsi” indiki məqamda daha çox Ermənistan ictimaiyyəti üçün “təbliğat roliki” sayıla bilər...
Makron fiaskosu...
Fransa üçün acı təcrübə isə başlamamış bitdi. Köhnə qitənin bəzi üzvlərindən fərqli olaraq beynəlxalq hüququ ayağı altına almaq hesabına belə olsa öz məqsədinə çatmağa çalışan Fransanın məğlubiyyəti Qərb tərəfindən açıq tonda etiraf olunur. Makronun ucuz kampaniyalar ardınca qaçması isə Qərbə regiona təsir imkanlarını tamamilə itirməsi bahasına başa gəldi. Yelisey sarayından Qafqaza yönəlik qeyri-standart açıqlamalar və qətnamələrlə özünün siyasi avantürasını həyata keçirəcəyini düşünən Makron böyük məğlubiyyətin siqnalını aldı - eyni zamanda, Qərb anladı ki, regiona münasibətdə tonunda və yanaşmasında mütləq korrektələr etməlidir. Bir sözlə, yaranan yeni reallıqlar qəbul olunmalıdır. Yeni dönəmdə Zelenskinin Ermənistan “məsələsinə” qarışdırılması həm də bunu özündə ehtiva edə bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

