Səhiyyə islahatları - hamı üçün əlçatan və keyfiyyətli xidmət
24.01.2024 [10:12]
Elbrus CƏFƏRLİ
Müstəqil Azərbaycanın inkişafında səhiyyə sahəsində aparılan islahatların rolu da mühüm əhəmiyyət kəsb edir. Müstəqilliyin ilk illərində səhiyyə sistemində dağınıqlıq, tibbi kadrlara qarşı laqeydlik, səhiyyənin maddi-texniki bazasının sıradan çıxması və s. amillər bu sahədə əsaslı dəyişikliklərin aparılmasını tələb edirdi. Bu köklü dəyişikliklər isə Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdi, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında yeni mərhələ başlandı. Səhiyyədə yeni islahatlara başlamaq üçün qanunvericilik bazası təkmilləşdirildi, əhalinin sağlamlığının qorunması işini yaxşılaşdırmaq məqsədilə geniş islahatlar proqramı hazırlandı.Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni səhiyyə ocaqlarının yaradılması, xaricdə təhsil almış ixtisaslı kadrlarının ölkəyə cəlb edilməsi, yeni, müasir xəstəxana binalarının tikilməsi və avadanlıqların alınması nəticədə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına imkan verdi. Həmin dövrdə tibb sahəsində 15-dən çox qanunun qəbul edilməsi, eləcə də islahatlar çərçivəsində səhiyyə işçilərinin əməkhaqlarının dəfələrlə artırılması səhiyyə xidmətlərinin yaxşılaşmasına, insanların sağlamlıqlarının etibarlı şəkildə qorunmasına təkan verdi.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən səhiyyə islahatları səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılmasına, ən yaxşı beynəlxalq təcrübədən istifadəyə imkan verməkdədir. Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində paytaxtda və regionlarda 760-dək səhiyyə müəssisəsi tikilib və ya əsaslı təmir olunub, bölgələrdə səhiyyə ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, müasir tibbi avadanlıq və cihazlarla təchiz edilib. Eləcə də səhiyyə sisteminin inkişafında dövlət və özəl sektor arasında effektiv əməkdaşlığı dəstəkləyən modelin rolu da mühüm rol oynadı. Belə ki, özəl tibb müəssislərinin fəaliyyəti səhiyyə sektoruna qabaqcıl dünya standartlarının gətirilməsinə, bu sahədə rəqabətin yaranmasına və dövlət tibb müəssisələrinin xidmət infrastrukturlarının bu yeni dalğaya uyğunlaşmasına stimul və motivasiya verdi.
Cənab İlham Əliyevin 2018-ci ilin aprel ayında növbəti dəfə Prezident seçilməsindən sonra başlayan yeni nəsil islahatların əhəmiyyətli bir hissəsi sosial sektoru, o cümlədən səhiyyəni əhatə etdi. Səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi və vətəndaşların birbaşa xidmət çeşidləri ilə təminatında operativliyin və çevikliyin tətbiqi məqsədilə icbari tibbi sığorta sisteminə start verildi. 2019-cu ildən ölkədə geniş tətbiqinə başlanılan İcbari tibbi sığorta bu gün xidmətlər zərfinə daxil olan 3300-dən artıq tibbi xidmət sayı ilə bütün ölkə əhalisini əhatə edir. Ölkədə icbari tibbi sığortanın tətbiqini gerçəkləşdirən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini reallaşdıran publik hüquqi şəxs - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıldı. Agentlik ilk gündən əhalini icbari tibbi sığortaya cəlb etmək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri cəmləşdirmək, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görmək, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək, sığorta olunanların hüquqlarını və qanuni mənafelərini qorumaq, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icrasını təmin etməyi qarşıya mühüm vəzifə kimi qoydu və bu istiqamətdə kifayət qədər müsbət nəticələr əldə olundu.
Yeri gəlmişkən, Azərbaycan səhiyyəsinin dayanıqlı olmasını 2020-ci ildə bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan səhiyyəsinin hazırlıq imkanları və maddi-texniki bazası, həkimlərin böyük fədakarlıq və əzmkarlığı da təsdiq etdi.
Ümumiyyətlə, son 3 illik statistika göstərir ki, səhiyyənin məzmununda baş verən yeni meyillər, ələlxsus da icbari tibbi sığortanın tətbiqi müəyyən problemlərin olmasına baxmayaraq, yeni səhiyyə modeli özünü doğrultmaqdadır. Bu sistemin respublika üzrə təbiq olunduğu ilk ildə - 2021-ci ildə icbari sığortaya müraciət edən pasiyentlərin sayı 4 milyon nəfər, tibbi xidmətlərin sayı 22,9 milyon say təşkil edirdisə bu rəqəm 2022-ci ildə 4,5 milyon nəfərə, xidmətlərin sayı isə 24 milyona çatıb. 2023-cü ildə isə bu rəqəmlərdə yenidən təxminən 10 faiz artım qeydə alınıb.
Mövcud dinamika icbari yığımların da hər il artdığını göstərir. Belə ki, 2022-ci ildə icbari tibbi sığorta yığımlarının həcmi 1,3 milyon manat təşkil edirdisə, 2023-cü ildə Fondun büdcəsi gəlirlər və xərclər üzrə 2 milyard 393 milyon manatı ötüb. 2024-cü ildə isə İcbari tibbi sığorta yığımlarında təxminən 420 milyon manat yenidən artım proqnozlaşdırıldığından Fondun gəlir və xərcləri 2 milyard 811 milyon manata çatdırılıb. Bu isə sözsüz ki, tibbi xidmətlərin çeşidlərinin artması, xidmət paketinə yeni tibbi alətlərin daxil olmasını təmin edəcək. Eləcə də əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq.
Hazırda səhiyyənin məzmunu dəyişir, icbari tibbi yığımların artması bu xidmət sektorunun dayanıqlılığını daha da möhkəmləndirir.
Hazırda Azərbaycan səhiyyəsi həm xidmət səviyyəsinin keyfiyyətinə, həm tibb müəssisələrinin sayına, həm də yüksək ixtisaslı tibb personalının sayına görə, regionda lider dövlətdir. Belə ki, Azərbaycanda 760, Gürcüstanda 268, Ermənistanda isə 122 xəstəxana və tibb müəssisəsi fəaliyyət göstərir. Xəstəxanalarda çarpayı sayı Azərbaycanda 55 min, Gürcüstanda 20 min, Ermənistanda isə 12 minə bərabərdir, İxtisaslı həkimlərin sayına görə, Azərbaycanda 32 min, Gürcüstanda 22 min, Ermənistanda isə 14 min kadr mövcuddur.
Azərbaycanda səhiyyənin inkişafında davamlı artan büdcə xərclərinin əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. 2003-2023-cü illərdə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər 33 dəfə artıb. 2024-cü ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 871 milyon manat nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 66,3 milyon manat çoxdur. Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz, ÜDM-də isə xüsusi çəkisi 1,6 faizə bərabərdir. Səhiyyə xərclərinin 1 milyard 376 milyon manatı əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanmasına, digər hissəsi isə məqsədli səhiyyə tədbirlərinə yönəldiləcək. Ümumilikdə, yaxın 5 ildə ÜDM-də səhiyyə xidmətlərinin payının 2%-dən artaraq 4,3%-ə çatdırılması gözlənilir.
Qarşıdakı illərdə həm dövlət büdcəsindən yönəldilən səhiyyə xərclərinin artımı, həm də İcbari Tibbi Sığorta Fondunun proqnozlaşdırılan büdcə xərclərinin artım dinamikası səhiyyənin keyfiyyətininin daha da yüksəldilməsinə, xidmət infrastrukturlarının tamamilə müasirləşməsinə xidmət edir. Ortamüddətli inkişaf hədəflərində yaşından, sosial statusundan, yaşayış yerindən asılı olmayaraq hamı üçün əlçatan, keyfiyyətli və müasir səhiyyə xidmətləri sisteminin yaradılması nəzərdə tutulur. Ümumilikdə, dövlətin səhiyyə siyasətinin sosial strategiyanın ən başlıca prioritet hədəfi kimi məqsədlərindən biri sağlamlıq imkanlarının təmin edilməsi və nəticədə insanların ömür uzunluğunun 73,2 ildən 75,2 ilə çatdırılmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

