Prezident təsdiqlədi!
29.12.2023 [10:00]
8 rayonun inzibati ərazi bölgüsündə dəyişikliklər edilir
İnkişafının hazırkı mərhələsində Azərbaycan ölkə üzrə keyfiyyətcə yeni, daha çevik idarəçilik modelinin yaradılmasını hədəfləyib. Bu məqsədlə təkcə struktur və kadr islahatları aparılmır, həm də inzibati-ərazi vahidlərinin tabeçiliyində dəyişikliklər edilir. Bu dəyişikliklər bütün ölkə ərazisində davamlı inkişaf üçün daha optimal şərait yaradılmasını hədəfləyir. 44 günlük Vətən müharibəsinin və 23 saatlıq antiterror tədbirlərin nəticələrinə uyğun olaraq inzibati-ərazi quruluşunun təkmilləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə də aparılır. Elə bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
İnzibati ərazi bölgüsünün təkmilləşdirilməsini zəruri edən amillər
Təxminən 30 ili əhatə edən işğal illərində bu ərazilərdə erməni vandalları ağlasığmaz vəhşiliklər törədiblər, o cümlədən buradakı iqtisadi və mədəni sərvətlərimiz talan edilib, ölkəmizin digər regionları ilə ənənəvi əlaqələri pozulub. Postmüharibə mərhələsində bəhs edilən ərazilərdə işğalın kədərli izlərinın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixində imzaladığı iqtisadi rayonların yeni bölgüsü haqqında müvafiq Fərmana uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da bu məqsədlə atılan çox mühüm addımdır. Fərmana uyğun olaraq ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları nəzərə alınmaqla Xankəndi şəhərinin, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil edildiyi Qarabağ iqtisadi rayonu yaradılıb. Eləcə də Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları Şərqi Zəngəzur iqtisadi rayonunda birləşdirilib.
Bəhs olunan iqtisadi rayonların formalaşdırılması və yeni Qanunun qəbul edilməsi 44 günlük Vətən müharibəsinin və 23 saatlıq antiterror tədbirlərinin nəticəsi olaraq ərazilərimizdə yaranan yeni reallıqlarla bağlıdır. Hazırda bəhs olunan ərazilərdə ölkəmizin suverenliyi tam təmin olunub. Eyni zamanda, həmin ərazilərdə genişmiqyaslı quruculuq-yenidənqurma işləri aparılır, reinteqrasiya, iqtisadi resurslardan səmərəli istigfadə edilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir. Bütün bunlar da inzibatiərazi bölgüsünün təkmilləşdirilməsi ilə bağlı çağırışlar yaradıb. Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Qanunun qəbul edilməsi də məhz bu çağırışları səmərəli şəkildə qarşılamağı hədəfləyir.
Hansı dəyişikliklər ediləcək?
Yeni Qanuna əsasən inzibati-ərazi bölgüsündə aparılacaq dəyişikliklər 8 rayonu əhatə edir. Nəzərdə tutulan dəyişikliklər aşağıdakılardır:
-Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilir,
- Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilir,
-Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndləri ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır,
-Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin dövlət mülkiyyətində olan 139,0 ha torpaq sahəsi, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin dövlət mülkiyyətində olan 1025,0 ha ərazisi bütövlükdə, bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilir,
-Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır,
-Ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Məzrə kəndinin dövlət mülkiyyətində olan 329,0 ha ərazisi bütövlükdə, bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilir,
-Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılır,
-Ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Alıcan kəndinin dövlət mülkiyyətində olan 384,0 ha ərazisi bütövlükdə, bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilir,
-Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186,0 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Ağdam rayonunun inzibati ərazisinə verilir,
- Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481,0 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Qubadlı rayonunun inzibati ərazisinə verilir.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41

