/ / Prezident İlham Əliyev "Bakıelektrikşəbəkə" ASC-nin "Gənclik" yarımstansiyasının, Tədris Mərkəzinin və "İçərişəhər" yarımstansiyasının açılış mərasimlərində iştirak edib
Prezident İlham Əliyev "Bakıelektrikşəbəkə" ASC-nin "Gənclik" yarımstansiyasının, Tədris Mərkəzinin və "İçərişəhər" yarımstansiyasının açılış mərasimlərində iştirak edib
17.03.2012 [00:55]
“Bakıelektrikşəbəkə” ASC-nin idarə heyətinin sədri Baba Rzayev yeni inşa olunan “Gənclik” yarımstansiyası ilə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxt və ətraf qəsəbələrin dayanıqlı elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Elektrik enerjisi sahəsində görülən işlərin nəticəsi olaraq artıq “Bakıelektrikşəbəkə”də dairəvi təchizat sxeminin tətbiqinə başlanıb. Dairəvi sxemin tətbiqi paylayıcı və ötürücü şəbəkənin etibarlılığı və dayanıqlığını artırmaqla yanaşı, operativliyi də təmin edir. Bu sistemin başlıca üstünlüklərindən biri də istənilən vaxtda istehlakçıları elektrik enerjisi ilə tam təmin etmək imkanlarına malik olmasıdır. Son bir neçə ildə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində “Bakıelektrikşəbəkə” dairəvi təchizat sxeminin formalaşdırılmasına nail olub.
Yaxınlıqdakı ərazidə yerləşən bir sıra obyektləri elektrik enerjisi ilə qidalandıracaq “Gənclik” yarımstansiyası “Səngəçal”-”Xırdalan” sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı II dairəvi elektrik sxeminin tərkib hissəsidir. Qeyd olunub ki, Gənclik meydanı və ətraf ərazilərdəki idarə və müəssisələrin enerji təminatını yaxşılaşdırmaq məqsədi ilə tikilən 35/10 kilovoltluq “Gənclik” yarımstansiyası paylayıcı şəbəkə üçün müstəsna əhəmiyyətə malikdir. Bu yarımstansiyaların şəbəkələrinin genişləndirilməsi obyektlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. Ərazidə yerləşən idarə və müəssisələrin enerji mənbəyi olan “Gənclik” yarımstansiyası 215 və 96 saylı yarımstansiyalar arasında uzlaşaraq, 35 kilovoltluq elektrik əlaqəsinə malikdir ki, bu da qovşağın etibarlılığına və 35 kilovoltluq dairəvi sxemin yaradılmasına xidmət edir. Yarımstansiyanın ətrafında yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri görülüb.
Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub. Dövlət başçısı mərkəzin birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektrik enerjisi sənayesinin inkişafındakı xidmətlərini əks etdirən fotolardan ibarət guşəyə baxıb. Sonra Prezident İlham Əliyev mərkəzin ikinci mərtəbəsində quraşdırılan müxtəlif texniki avadanlıqla tanış olub. Bu mərtəbədə 10/04 kilovoltluq iki yarımstansiya, rele mühafizəsi və avtomat elektrik avadanlığı və kabel xətlərinin sınaqları, dispetçer SCADA idarəetmə sistemi bölmələri, alternativ və bərpa olunan enerji mənbələri üzrə sinif otaqları və konfrans zalı yerləşir. Tədris Mərkəzinin dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edildiyi qeyd olunub. Tədris prosesində elektrik şəbəkəsinin idarə olunması avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriləcək. Dövlət başçısı 110 kilovoltluq eleqaz açarının məsafədən idarə olunması prosesini həyata keçirib.
Sonra “Bakıelektrikşəbəkə” ASC tərəfindən yeni inşa olunan 110 və 35 kilovoltluq yarımstansiyaların slaydları nümayiş etdirilib. Bakı şəhərində ilk dəfə olaraq 110 kilovoltluq dairəvi elektrik sisteminin yaradıldığı bildirilib.
Mərkəzin tədris otaqları müasir əyani vəsaitlər, avadanlıq və kompyuter texnologiyası ilə tam təmin edilib. Burada istehlakçıların dünya standartlarına uyğun elektrik enerjisi ilə təmin etmək üçün tətbiq edilən avadanlıqdan yüksək peşəkarlıqla istifadə etmək üçün şəbəkə işçilərinə müvafiq kurslar təşkil olunacağı bildirilib. Kursların keçirilməsinə qabaqcıl ölkələrin mütəxəssisləri və yerli kadrlar cəlb olunacaq. Tədris Mərkəzində şəbəkə işçiləri ilə yanaşı, ali məktəbi bitirən məzunlar da ixtisaslarını artıracaqlar. Kursları bitirənlərə xüsusi sertifikatlar veriləcək.
“Bakıelektrikşəbəkə” ASC-nin Tədris Mərkəzində yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev yüksək gərginlikli kabellərin diaqnostika və sınağı zamanı tətbiq edilən səyyar elektrotexnika laboratoriya kompleksi ilə də tanış olub.
Sonra dövlət başçısı “İçərişəhər” yarımstansiyasının açılışında iştirak edib. Bu yarımstansiya barədə də Prezidentə məlumat verilib. Qeyd olunub ki, “İçərişəhər” yarımstansiyası “Müşfiq”-”Xırdalan” sistem yarımstansiyaları arasında yaradılmış 110 kilovoltluq iki şüalı, Bakı I dairəvi elektrik sxeminin tərkib hissəsidir. “İçərişəhər” yarımstansiyası “Siemens” şirkətinin əməkdaşları tərəfindən quraşdırılan eleqaz izolə sistem şinli yarımstansiyadır. “İçərişəhər” yarımstansiyası şəhərin mərkəzi hissələrini, yarımstansiyanın ətrafındakı obyektlərin, yaşayış sahələrinin enerji təchizatını təmin etməklə yanaşı, həm də dairəvi sxemin yaradılmasında texniki əhəmiyyət kəsb edən və hazırda uğurla istismar olunan güc yarımstansiyasıdır. Yarımstansiyanın 35 və 6 kilovoltluq dövrələrindən qidalanan şəbəkələr, digər qovşaq yarımstansiyalarının şəbəkələri ilə əlaqələndirilərək etibarlı və dayanıqlı şəbəkə yaradılıb.
Yarımstansiyanın bütün elektrik avadanlığı, rele mühafizəsi və avtomat qurğuları SCADA məsafədən idarə etmə sisteminə qoşulmaqla sadə, asan və operativ idarə olunur. Yarımstansiyada elektrik avadanlığı, materialların yanğından və partlayışdan mühafizəsi üçün yanğın əleyhinə siqnalizasiya sistemi də quraşdırılıb.
Dövlət başçısı 40 meqavatlıq transformatoru işə salıb. Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12

