Tarixi ədalətin bərpası
29.11.2023 [10:00]
İşğaldan azad edilmiş ərazilərdə Ağdərə rayonu yenidən təşkil olunur
Uğurlu antiterror tədbirlərinin nəticəsində işğaldan azad edilən Ağdərə rayonunun yenidən təşkil olunmasına start verilib. Artıq dövlət başçısının imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Noyabrın 27-də parlamentin Regional məsələlər komitəsinin iclasında qanun layihəsinin müzakirələri aparılıb. Müzakirələrə qoşulan millət vəkilləri işğaldan azad edilmiş ərazilərin bərpasının və yenidən qurulmasının bu gün prioritet məsələ olduğunu, təklif edilən dəyişikliklərin bu regionların sosial-iqtisadi inkişafına xidmət edəcəyini bildiriblər.
Postmüharibə dövrünün reallıqları
Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət Azərbaycanın hərtərəfli inkişafını və qarşıya qoyulan bütün hədəflərə çatmasını təmin edib. Müzakirələrdə konkret faktlara diqqət çəkilib. Xüsusilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu vurğulanıb. Həmçinin cari ilin sentyabr ayında uğurla yekunlaşan lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda separatizmə son qoyulub, beləliklə də, ölkənin bütün ərazilərində suverenliyimizin tam bərpasına nail olunub. Komitə sədri Siyavuş Novruzov vurğulayıb ki, bu gün qalib Azərbaycan postmüharibə dövrünün reallıqlarına uyğun strateji fəaliyyətini müvəffəqiyyətlə davam etdirir. O, dövlət başçısının imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən həyata keçirilən tədbirlərin yeni regional idarəetmə modelinin yaradılması baxımından əhəmiyyətli olduğunu deyib.
İşğaldan azad olunmuş ərazilərin inzibati-ərazi quruluşunda dəyişiklik edilməsi yeni reallıqlar şəraitində idarəçiliyin daha səmərəli həyata keçirlməsi baxımından çox vacibdir. Qeyd edək ki, Prezident İlham
Əliyevin 7 iyul 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad olunmuş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. O cümlədən dövlətimizin başçısının Ağdərə rayonunun yaradılması təşəbbüsü, məsələ ilə bağlı Milli Məclisə qanun layihəsi göndərməsi tarixi olan, iqtisadi, sosial və mədəni əlaqələrə malik ərazi vahidimizin bərpasının təmin edilməsi istiqamətində atılan mühüm addımdır.
Ağdərə rayonu 1660,83 kv.km ərazidə yaradılacaq
Aparılan müzakirələrdə Ağdərə rayonunun tarixi, işğal dövründə ermənilər tərəfindən sərhəd tanımayan vandalizmə məruz qaldığı barədə geniş məlumat verilib. Ağdərə rayonu 8 avqust 1930-cu ildə təşkil edilib və 1923-cü ildə qeyri-qanuni yaradılmış keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olub. Eyniadlı rayon mərkəzi 1985-ci ildə şəhər statusu alıb. Ağdərə şəhəri bir çox ərazilərimiz kimi, Birinci Qarabağ müharinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçib. 1992-ci ildə Silahlı Qüvvələrimizin hücumu nəticəsində iyulun 4-də erməni işğalçılarından azad edilib. Bundan sonra bir il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. Lakin AXC-”Müasvat” iqtidarı Ağdərənin də müdafiəsini təşkil edə bilməyib. 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verib. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçib. Onun rəhbərlik etdiyi ordu bölmələri ön xətdəki mövqelərini qoyaraq qiyama qoşulublar. Bundan xaincəsinə istifadə edən ermənilər 27 iyun 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal altına alıblar.
Ermənilər 30 illik işğal illərində digər ərazilərimizdə olduğu kimi, Ağdərə rayonunda da bir sıra özbaşınalıqlara əl atıblar. Belə ki, tarixi yer adları dəyişdirilib. Rayona eybəcər Mardakert adı verilib. Həmçinin burada beynəlxalq konvensiyalara zidd olaraq qeyri-qanuni məskunlaşma aparılıb ki, bu da ən ağır müharibə cinayətlərindən biri sayılır.
Həmçinin ermənilər işğal dövründə Ağdərə rayonunun ərazisində də qanunsuz iqtisadi fəaliyyətlə məşğul olublar. İşğaladək rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonu həmçinin faydalı qazıntı ehtiyatları ilə zəngin idi. Burada zəngin qızıl və mis ehtiyatlarına malik Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-Gülyataqları vardı. İşğal illərində bu və digər faydalı qazıntə yataqları xarici şirkətlərin iştirakı ilə heç bir norma gözlənilmədən qanunsuz şəkildə istismar olunub.
Komitə sədri “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O qeyd edib ki, Ağdərə rayonu 1992-ci il oktyabrın 13-də ləğv olunaraq, onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının inzibati ərazilərinə verilib. Bildirilib ki, 2023-cü ilin 19-20 sentyabrında aparılan lokal antiterror tədbirləri zamanı Ağdərə azad edilib. Azərbaycan Prezidenti İlham Əliyev cari il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.
Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə göndərilən qanun layihəsinə əsasən, 1660,83 kv.km ərazidə yaradılacaq Ağdərə rayonuna Kəlbəcər rayonundan 735,84 kv.km, Tərtər rayonundan 851,25 kv.km və Ağdam rayonundan 73,74 kv.km ərazi veriləcək.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

