RUHUN ŞAD OLSUN, QONŞU: İLHAM ƏLİYEV BACARDI!
07.11.2023 [14:15]
Həmin gün onun dediklərini, gözlərindəki dərin kədəri, ümidsiz, yorğun baxışlarını unuda bilmirəm.
Yəqin ki, heç vaxt da unutmayacağam.
Vaqif Səmədoğlu ilə qonşuyduq.
Milli Məclisin millət vəkilləri üçün inşa edilmiş binanın 2-ci mərtəbəsində biz, 3-cü mərtəbəsində Vaqif müəllim olurdu.
(İndi həmin mənzildə şairin həyat yoldaşı Nüşabə xanım yaşayır)
Demək olar ki, hər gün rastlaşırdıq.
Bir dəfə pilləkəndə üz-üzə gəldik.
Gülə-gülə “Qonşu, mənim də əlimə əsa verdilər”, - dedi.
Onda xəstəliyini bildim. Həkimlər nəsə xoşagəlməz bir şey tapıblar söyləyib, dərhal da üstündən keçdi.
-Arada bir niyə bizə qalxmırsan?
... Sonuncu dəfə görüşəndə xəstəxanadan, növbəti müalicə prosedurundan qayıdırdı.
Şuxluğunu, dəyanətini zərrə qədər itirməmişdi.
-Qonşu, qohum-əqrəbada yaxşı aş bişirən varmı?
-Neynəyirsiniz ki, Vaqif müəllim?
-Vaxt-vədə yetişib.
Bir qədər duruxub sonra amiranə şəkildə əlavə etdi.
-Mən ölümdən qorxmuram ha.
Amma torpaqlarımızı işğal altında qoyub, Şuşanın, Qarabağın azadlığını görmədən dünyadan köçmək çox ağırdır...
Nə qədər insan, dost-tanış, qohum-qardaş bütöv bir nəsil Vətən, torpaq, yurd, Qarabağ nisgili ilə ömrünü başa vurdu bu illər ərzində.
Məndən ən əzablı duyğu, ən ağır işgəncə nədir deyə soruşsalar düşünmədən cavab verərəm.
Ömrün və yaşın elə bir mərhələsi gəlir ki...
Doğulduğun yeri, kəndi, şəhəri görmək istəyirsən.
Ancaq mümkün deyil.
Babanın, atanın, ananın məzarını ziyarət etmək istəyirsən.
Heç cürə alınmır.
Səbəb isə bəllidir.
Erməni işğalı.
Ya da sənin özünlə, atanla, babanla bağlı nə varsa, erməni vandalları darmadağın edib, daş üstə daş qalmayıb.
Təkcə sənin evindən-eşiyindən yox, xatirələrindən də intiqam alıblar...
Mənim atam Nüvədiyə dönəcəyinə o qədər inanmırdı.
Zəngilanın azadlığını gözləyirdi, deyirdi ki, Zəngilan azad olsun atamın, qardaşımın məzarını Zəngilanda Nüvədiyə yaxın bir yerə köçürüb orada yurd salacağam.
Atama Zəngilanın xoş günlərini görmək nəsib olmadı.
Nüvədi nisgili, Zəngilan həsrətilə dünyaya əlvida dedi.
Anam Zəngilanın azadlığını görə bildi.
Arzulayırdı ki, heç olmasa Zəngilanın Vejnəli kəndinə gedib oradan Nüvədiyə baxa bilsin.
Çünki Vejnəlidən Nüvədi dağları görünür.
Təəssüf ki, anama da Vejnəlidən Nüvədiyə boylanmaq səadəti qismət deyilmiş.
Amma mən Vejnəliyə qədər gedə bildim.
Orada Nüvədi dağlarının havasını ciyərlərimə çəkdim.
Sonsuz inam və fövqəladə bir romantika ilə.
Mən 1969-cu ildə Nüvədi kənd məscidinin yanındakı baba evimizdə dünyaya göz açmışam.
1 il sonra atam Nüvədi kənd orta məktəbinin qonşuluğunda ev tikib və biz o evə köçmüşük.
Evimizin ətrafı nar bağlarıydı.
O dövrün imkanları çərçivəsi daxilində çox təmtəraqlı, yaraşıqlı bir eviydi.
Aprel-may aylarında nar ağacının çiçək açdığı vaxtlar ikinci mərtəbədən baxanda evimiz qırmızı dənizdə üzən gəmiyə oxşayırdı.
O ev mənim yadımda eləcə də qalıb.
Bakıda Təbriz küçəsində məhdud şəraitli bir mənzildə yaşayırdıq.
Bir dəfə atam ömrünün son günlərində mənə bir sual verdi:
“Biz o qəşəng, yaraşıqlı evimizi niyə qoruyub saxlaya bilmədik?”
Təbii ki, sual ritorik idi.
Özü də cavab verdi.
“Biz o yaxşı ev-eşiyimizi ona görə qoruya bilmədik ki, bizim yaxşı dövlətimiz yox idi.
Adamın yaxşı evi-eşiyindən öncə yaxşı və güclü dövləti olmalıdır.
Yaxşı, güclü dövlətimiz olacaqsa, hər şeyimiz olacaq”.
Mən yaxşı, güclü, bütöv dövlətin nə olduğunu bu il aprelin 23-də Laçın Postu qoyulanda, oktyabrın 15-də İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı ucaldanda bütün parametirləriylə - müstəqilliyi, suverenliyi inzibati iradəsiylə birlikdə duya bildim.
Vaqif Səmədoğlu həm də Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü idi.
Bir dəfə siz İlham Əliyevi mənim kimi tanıya bilməzsiniz, demişdi.
“Mən onu Brüsseldə müşahidə etmişəm.
Görmüşəm ki, Raqozin necə tələm-tələsik iclasdan çıxıb, “Qde İlham Əliyev, posovetovatsya nado”, - deyə onun üstünə yürüyür.
İlham Əliyev Böyük Liderdir.
O bacaracaq”
Ruhun şad olsun, Qonşu.
Sən deyən kimi də oldu.
Bu gün Azərbaycanın Ali Baş Komandanı Xankəndidə Zəfər Paradını qəbul edir.
İlham Əliyev bacardı!
Alqış Həsənoğlu
”Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22

