Azərbaycan hökuməti milli iqtisadi potensialın artırılması ilə bağlı uğurlu nəticələr əldə edib
04.08.2011 [09:55]
Azərbaycanda həyata keçirilən davamlı iqtisadi islahatlar respublikamızın beynəlxalq miqyasda nüfuzunun və reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə zəmin yaradıb. İslahatların dinamikliyi sayəsində ölkəmizin beynəlxalq kredit reytinqi son illər davamlı olaraq artır. Respublikamızın yüksək inkişaf indikatorları dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzləri, analitik nəşrləri tərəfindən təqdir olunur. Bu qurumların hazırladığı hesabatlarda, eləcə də, iqtisadi nəşrlərin geniş analitik şərhlərində Azərbaycanın beynəlxalq iqtisadi sistemdə rolu, dünya ticarətinə inteqrasiyası, biznes mühitinin vəziyyəti, maliyyə sabitliyi, yüksək artım indeksləri fonunda sosial islahatların effektivliyi və digər makroiqtisadi proseslər təfərrüatlı şəkildə öz əksini tapır.
Bu mənada, dünyanın ən nüfuzlu və çoxtirajlı nəşrlərindən olan “The Business Year” jurnalının ölkəmizdəki iqtisadi inkişafa geniş yer ayırması da təsadüfi deyil. Azərbaycanın düşünülmüş iqtisadi siyasət həyata keçirməsi sayəsində əldə etdiyi mühüm uğurlar, yüksək makroiqtisadi nailiyyətlər, sistemli və köklü islahatların reallaşması nəticəsində bütün sektorlarda əldə olunan müsbət meyillər, şəffaf biznes mühiti, rəqabətliliyin möhkəmlənməsi, insan inkişafı indeksi, həmçinin, digər parametrlər bu jurnalın xüsusi tədqiqat mövzusuna çevrilib və ölkəmiz haqqında real qiymət verilib. Qeyd edək ki, “The Business Year” iqtisadi nəşrində Azərbaycanın son illərdə keçdiyi yüksək inkişaf yolu və davam etdirilən islahatların mühüm nəticələri barədə məlumatlar əks olunub.
Azərbaycan hökuməti ölkədə makroiqtisadi sabitliyin saxlanması, milli iqtisadi potensialın artırılması, neft sektoru amilinin azalması və qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya və biznes mühitinin yaradılması siyasəti yürüdür. Azərbaycan iqtisadiyyatı dünya maliyyə-iqtisadi böhranına uğurla tab gətirib və artım tendensiyasını saxlayıb. Son illər ərzində məhz qeyri-neft sektorunun artımı neft hasilatının və dünyada neftin qiymətlərinin azalması fonunda ümumi iqtisadi artımı təmin edib. Həyata keçirilən praqmatik, təmkinli və düşünülmüş iqtisadi strategiya respublikamızın siyasi və iqtisadi sabitliyi üçün dərin əsaslar yaradıb, inkişafı sürətləndirib. ölkəmizdə güclü maliyyə resursları formalaşıb. Respublikamızın xarici ticarət dövriyyəsindəki pozitiv meyillər, neft ixracının coğrafiyasının genişlənməsi, yeni nəql marşrutlarının istifadəyə verilməsi və yanacaq resurslarının nəqlinin çoxalması, qeyri-neft sektorunun valyutatutumlu sahəyə çevrilməsi Azərbaycanın orta gəlirli ölkələr statusuna malik olmasını möhkəmləndirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən mükəmməl iqtisadi strategiya milli valyuta ehtiyatlarının artım dinamikasına əlverişli zəmin yaradıb. Hazırda öz milli gəlirlərini artıran Azərbaycan güclü maliyyə-valyuta rezervlərinə malik dövlət kimi qəbul olunur. Dövlət başçısının qeyd etdiyi kimi, neft-qaz sektorundan daxil olan milli gəlirlərin yüksək peşəkarlıqla idarə olunması həm inkişafı sürətləndirir, həm də valyuta ehtiyatlarımızın artmasına əlverişli stimul verir: “ölkəmizin strateji valyuta ehtiyatları artır. İlin əvvəlindən ehtiyatlarımız 9 milyard dollar artmışdır. Bu da çox gözəl göstəricidir. Biz həm əldə edilmiş gəlirləri ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan sahələrə məqsədyönlü şəkildə xərcləyirik, eyni zamanda, ehtiyatları daha da artırırıq. Bütövlükdə, hazırda ölkəmizin strateji valyuta ehtiyatları 38 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir və əminəm ki, bu rəqəm ilin sonuna qədər artacaqdır. Bu, bizə imkan verir ki, ölkə iqtisadiyyatının inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edək. Bir sözlə, ölkə iqtisadiyyatının hərtərəfli inkişafına nail olaq”.
Hazırda strateji valyuta ehtiyatları 40 milyard dollara yaxınlaşan ölkəmizin maliyyə rezervləri uzunmüddətli iqtisadi inkişaf üçün güclü zəmin yaradır. Respublikamızın valyuta ehtiyatlarının həcmi dövlət borcunu dəfələrlə üstələyir ki, bu da davamlı və uzunmüddətli layihələrin maliyyələşməsini təmin edir. Güclü maliyyə ehtiyatları respublikamızda bütün iqtisadi və sosial hədəflərə çatmağa imkan verir.
“The Business Year” jurnalında Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın artımı, mühafizəkar borclanma siyasəti, habelə, onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlılıq və digər meyillər də ətraflı şəkildə təhlil olunur. Hökumətin həyata keçirdiyi effektiv pul-kredit siyasəti maliyyə sabitliyinin möhkəmlənməsinə səbəb olub ki, bu da bankların sağlam fəaliyyəti üçün stimul verməkdədir. Eyni zamanda, ölkədə müşahidə olunan sabit makroiqtisadi mühit bank sistemində də dinamikaya təsir göstərir, iqtisadiyyatda artım templərinin əldə olunmasında banklar mühüm rol oynayır. Son bir ildə Azərbaycanın bank və kredit bazarında inkişaf meyilləri daha da sürətlənməyə başlayıb, banklarının aktivlərinin keyfiyyəti və likvidliyində dinamika müşahidə olunur, əksər bankların gəlirliliyi artıb, dividend əldə etmək imkanları yüksəlib. Bundan başqa, bankların iqtisadiyyata kredit qoyuluşlarında payı da artmaqda davam edir. Bankların kredit portfelinin artması, aktivlərinin əhəmiyyətli dərəcədə yüksəlməsi insanların əmanətlərini bu sahəyə yönəltməsinə ciddi şəkildə təsir göstərir.
Böyük valyuta rezervlərinə malik olan Azərbaycan sosial və iqtisadi sahələrdə olan maliyyə ehtiyaclarını tam ödəməklə bərabər, xarici dövlətlərin iqtisadiyyatına vəsait yönəltməklə bağlı siyasəti də gücləndirib. Son illər MDB dövlətlərinə, eləcə də, Mərkəzi-Şərqi Avropa ölkələrinə investisiya qoyuluşlarının dinamikasındakı artım meyilləri bunu göstərir. Respublikamız Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Türkiyə, Belarus iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə qoyub. Azərbaycan indiyədək təkcə Türkiyə iqtisadiyyatına 4 milyard dollar investisiya yatırıb. Qardaş ölkəyə yaxın gələcəkdə daha 6 milyard dollar investisiya yatırılması nəzərdə tutulur. Xarici investisiya siyasəti daha da genişlənib və Avropanın digər regionlarını da əhatə etməyə başlayıb. Azərbaycan yaxın illər ərzində Yunanıstan, Bolqarıstan, Polşa, çexiya, Litva, Latviya və digər ölkələrin iqtisadiyyatına da sərmayə qoymaq barədə strateji plan üzərində işləyir.
“The Business year” nəşrinin də qeyd etdiyi kimi, Azərbaycan bölgədə potensial sərmayədar ölkə kimi çıxış edir. Bütün bunlarla yanaşı, Azərbaycanın əlverişli sərmayə mühitini təmin etməsi xarici dövlətlərin investorlarının ölkəmizə axınını da sürətləndirib. Respublikamızda şəffaf biznes mühitinə və xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici sərmayə atmosferası investisiya fəallığına əlverişli zəmin yaradıb. Jurnalın analitiklərinin fikrincə, Azərbaycanın investisiya imkanları çox cəlbedicidir. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. Analitik qrupun şərhində qeyd olunur ki, investisiya sahəsində həyata keçirilən tədbirlər və bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsi Azərbaycanın maliyyə sabitliyinin möhkəmlənməsinə təkan verib, xarici investorların ölkəyə marağının artmasına zəmin yaradıb. Dünyanın ən inkişaf etmiş dövlətləri Azərbaycanda dəyəri milyard dollarla ölçülən iri layihələr həyata keçirir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizindən çoxunu təşkil edir. Son 20 ildə ölkə iqtisadiyyatına 100 milyard dollar investisiya yatırılıb.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

