5 ildə 4 sosial paket
25.05.2023 [10:20]
Mübariz FEYİZLİ
Sosial dövlət olan Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Hazırda dünyada yaşanan kataklizmlər fonunda ayrı-ayrı ölkələrdə sosial xərclərdə ixtisarlar aparıldığının, layihələrin təxirə salındığının şahidi oluruq. Respublikamızda isə belə hallar baş vermir. Prezident İlham Əliyev ölkədə sosial sferanın prioritetliyinin davamlı olaraq təmin edilməsi ilə bağlı tapşırıqlarını verib. Bu tapşırıqlar əsasında da ölkə iqtisadiyyatının güclənməsinə, maliyyə imkanlarının artmasına adekvat olaraq sosial sahədə aparılan islahatların əhatə dairəsi genişlənir.
Sosialyönümlü xərclərdə artımlar
Büdcə xərclərində bir sıra prioritet istiqamətlər müəyyənləşdirilib ki, sosial sfera da bu sırada yer alır. Azərbaycanın dövlət büdcəsi ənənəvi olaraq sosialyönümlü olması ilə fərqlənib. Biz büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Bu baxımdan 2022-ci ilin dövlət büdcəsi də istisna təşkil etməyib. Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” müzakirə edilib. Sənəddə qeyd edilir ki, məcmu olaraq sosialyönümlü xərclər 2022-ci ildə dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1280,3 milyon manat və ya 12,4 faiz çoxdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili son 5 ilin mənzərəsinə də diqqət çəkib. Onun sözlərinə görə, 2018-ci ilə nisbətən ötən il sosialyönümlü xərclərin büdcə xərclərində xüsusi çəkisi 4,4 faiz bəndi artıb, məbləğ olaraq isə 4 380,4 milyon manat və yaxud 1,6 dəfə artım olub. “2022-ci ildə sosialyönümlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 7 465,7 milyon manat (2021-ci illə müqayisədə 970,7 milyon manat və yaxud 14,9 % çox), sosial ödənişlər üzrə xərclərə 3 550,7 milyon manat (2021-ci illə müqayisədə 309,6 milyon manat və yaxud 9,6 % çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 466,5 milyon manat (2021-ci illə müqayisədə 69,6 milyon manat və yaxud 17,5 % çox), dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə 94,1 milyon manat vəsait yönəldilib”, - deyə T.Mirkişili qeyd edib.
Dövlət büdcəsində sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin edilir. Xatırladaq ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.
Davamlı hal alan sosial islahatlar
Respublikamızda sosial islahatların həyata keçirilməsi davamlı hal alıb. 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilir. Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar nəticəsində 2018-2023-cü illərdə ölkəmizdə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub. Belə ki, bəhs olunan dövrdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum aylıq pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım baş verib.
O cümlədən respublikamızda sosial islahatların davamlılığı 2023-cü ildə də təmin edilir. İlin əvvəlindən bəri Prezident İlham Əliyev ölkə vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması, eləcə də əməkhaqlarının, pensiyaların və müavinətlərin artırılmasını özündə ehtiva edən çoxsaylı sənədlər imzalayıb. Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 436 min nəfərə sosial müavinət, 370 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Qeyd olunan dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çox olmaqla 326 milyon manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 213 milyon manat ödənilib. Bütövlükdə, son 4 ayda 46 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 475 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Şəhid ailələrinə, qazilərə xüsusi qayğı
Azərbaycanın dərinməzmunlu sosial siyasətində həssas qruplardan olan insanlara, o cümlədən də şəhid ailələrinə və qazilərə hərtərəfli qayğı göstərilməsi istiqaməti xüsusi yer tutur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu paket çərçivəsində ötən dövrdə:
-Şəhidlərin ailə üzvlərindən və müharibə veteranlarından ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 565 şəxsə sığorta ödənişi edilib;
-1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib;
-Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlərin hər il artırılması təmin edilib, müharibə veteranlarına aylıq təqaüd təyin edilib;
-Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib, onlara 4760 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (Ümumilikdə, ötən dövrdə bu kateqoriyalardan olanlara 13 560 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7500-dən çox avtomobil verilib);
-Şəhid ailələrinin üzvlərindən, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
-Müharibə ilə əlaqədar əlilliyi olan 1920 şəxs 36 868 reabilitasiya vasitəsi, bu kateqoriyadan olan 414 şəxs 431 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;
-Şəhid ailələrinin üzvlərindən və müharibə iştirakçılarından ibarət 17,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;
-Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvlərindən və müharibə iştirakçılarından ibarət 83,7 min şəxsə xidmətlər göstərilib və s.
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi, ümumilikdə, 124 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 285 min xidmət göstərilib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
02 İyun 16:47

Xəbər lenti
02 İyun 16:40

Xəbər lenti
02 İyun 15:11

Xəbər lenti
02 İyun 14:48

Dünya
02 İyun 14:26

Xəbər lenti
02 İyun 13:18

Xəbər lenti
02 İyun 12:47

Xəbər lenti
02 İyun 12:43

Xəbər lenti
02 İyun 12:19

Xəbər lenti
02 İyun 12:15

Xəbər lenti
02 İyun 12:14

Xəbər lenti
02 İyun 12:06

İdman
02 İyun 11:55

MEDİA
02 İyun 11:40

Xəbər lenti
02 İyun 11:30

Xəbər lenti
02 İyun 11:27

İqtisadiyyat
02 İyun 11:22

Xəbər lenti
02 İyun 11:19

Sosial
02 İyun 11:15

Xəbər lenti
02 İyun 11:07

Xəbər lenti
02 İyun 11:07

Xarici siyasət
02 İyun 11:05

Xəbər lenti
02 İyun 11:04

Xəbər lenti
02 İyun 10:55

Xəbər lenti
02 İyun 10:46

Xəbər lenti
02 İyun 10:44

Xarici siyasət
02 İyun 10:42

Analitik
02 İyun 10:30

İqtisadiyyat
02 İyun 10:20

Gündəm
02 İyun 10:10

Siyasət
02 İyun 10:00

Xəbər lenti
02 İyun 09:26

Xəbər lenti
01 İyun 22:41

Xəbər lenti
01 İyun 22:36

Siyasət
01 İyun 21:43

Xəbər lenti
01 İyun 20:32

Xəbər lenti
01 İyun 20:26

Xəbər lenti
01 İyun 20:03

Xəbər lenti
01 İyun 19:59

Xəbər lenti
01 İyun 19:10

Gündəm
01 İyun 18:29

Siyasət
01 İyun 18:25

Xəbər lenti
01 İyun 18:06

Xəbər lenti
01 İyun 17:37

Xəbər lenti
01 İyun 17:07

Xəbər lenti
01 İyun 17:05

İqtisadiyyat
01 İyun 17:03

İqtisadiyyat
01 İyun 16:37

Dünya
01 İyun 16:28

Gündəm
01 İyun 16:13

Xəbər lenti
01 İyun 15:56

Dünya
01 İyun 15:35

Xəbər lenti
01 İyun 15:15

Xəbər lenti
01 İyun 15:13

Xəbər lenti
01 İyun 14:48

Xəbər lenti
01 İyun 14:19

Xəbər lenti
01 İyun 13:55

Xəbər lenti
01 İyun 13:41

Gündəm
01 İyun 13:37

Xəbər lenti
01 İyun 11:35

Analitik
01 İyun 11:30

Xəbər lenti
01 İyun 11:25

Xəbər lenti
01 İyun 11:20

Xarici siyasət
01 İyun 11:12

Xəbər lenti
01 İyun 10:57

Analitik
01 İyun 10:52

Siyasət
01 İyun 10:42

Siyasət
01 İyun 10:30

Sosial
01 İyun 10:29

Siyasət
01 İyun 10:20
