Ermənistan işğal siyasətindən əl çəkmədikcə məhvə məhkumdur
16.07.2011 [15:01]
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər digər problemlərin də həllində əhəmiyyətli rol oynayıb. ölkəmizdə aparılan düzgün iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan demək olar ki, əksər problemlərini həll etməyi bacarıb. ölkəmizin ən əsas problemi isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.
Qeyd etdiyimiz kimi, iqtisadi müstəvidə əldə olunan uğurların bu problemin həllinə təsiri olduqca böyükdür. Bu gün Azərbaycan əlində olan iqtisadi imkanlardan istifadə edərək öz müdafiə sənayesini, ordunun təchizatını gücləndirir, müasirləşdirir. Bununla yanaşı, ölkəmiz vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlik bir sıra layihələr həyata keçirir.
Amma apardığı işğalçı siyasət nəticəsində regionda reallaşan böyükmiqyaslı iqtisadi layihələrdən kənarda qalan Ermənistan iqtisadi cəhətdən Azərbaycandan olduqca geridədir. Bunu Ermənistan cəmiyyəti və hakimiyyəti də təsdiq edir. Məsələn, bir neçə gün öncə bir qrup erməni ziyalısı baş nazir Tiqran Sarkisyan və parlamentin sədri Hovik Abramyana müraciət edərək ölkələrindəki acınacaqlı durumu izah ediblər. Müraciətdə bildirilib ki, bu ilin 4 ayı ərzində Ermənistana gələnlər və ölkədən gedənlər arasında mənfi saldo 47 610 nəfər olub. İqtisadiyyatı iflic vəziyyətdə olan ölkə üçün bu qədər işçinin nə demək olduğu hər kəsə aydındır. Son 2 il yarımda isə 250 000 erməni tərki-vətən olub. Bəli, bütün bu faktlar iki ölkə arasındakı fərqi açıq-aydın ortaya çıxarır.
Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində nəticəyə nail olmaq istəyir: “Biz danışıqları sadəcə olaraq, danışıqlar üçün aparmırıq. Yaxud da ki, imitasiya və görüntü yaratmaq naminə aparmırıq. Burada Azərbaycan ilə Ermənistan arasında fərq kifayət qədər böyükdür. Ermənistan daim çalışır ki, status-kvo dəyişməz olaraq qalsın və guya ki, onlar danışıqlarda iştirak edirlər və konstruktivlik nümayiş etdirirlər. Halbuki bütün dövrlərdə çalışıblar ki, danışıqlar prosesini pozsunlar”.
Qeyd olunduğu kimi, iqtisadi cəhətdən məhvin bir addımında dayanan Ermənistanın rəsmi şəxsləri öz isterik bəyanatlarını davam etdirməkdədir. Bununla da, münaqişənin həlli prosesinə mane olan rəsmi Yerevan mövcud tənzimlənmə imkanlarına da kölgə salmağa çalışır. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin bu yaxınlarda verdiyi bəyanatların onların niyyətlərini açdığını söyləyib: “Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatları onların niyyətini göstərir. Onlar əslində bizi müharibə ilə hədələyirlər. Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə də Azərbaycanı müharibə ilə hədələyirlər. özləri müharibədən qorxa-qorxa, əsə-əsə bizi müharibə ilə hədələyirlər”.
Prezident İlham Əliyev son dövrlərdə münaqişənin tənzimlənməsi istiqamətində gedən prosesin dinamizm qazanmasını bütün dünyanın Azərbaycanın hərbi iqtisadi gücünü görməsi ilə əlaqələndirib. Dövlət başçısı qeyd edib ki, yoxsulluq içində çabalayan Ermənistan Azərbaycanla müqayisəolunmaz səviyyədədir: “Bəlkə də son aylar ərzində yaşanan bu beynəlxalq fəallığın səbəblərindən biri də ondan ibarətdir ki, Azərbaycan dövləti və Azərbaycan Ordusu güclü dövlətdir və güclü ordudur. Hamı bilir, o cümlədən yoxsulluq içində çabalayan, xarici ianələr ilə yaşayan Ermənistan bilir ki, Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Biz inkişaf edirik, güclənirik, xalqımız varlanır, ölkəmiz güclənir, onlar isə aclıq içindədir. Son altı ay ərzində 70 min erməni ölkəni birdəfəlik tərk edib. 5-10 ildən sonra orada 1 milyondan az erməni qalacaqdır. Yəni, hamı başa düşür ki, proseslər bu istiqamətdə gedir. Azərbaycanın maliyyə imkanları, siyasi çəkisi artır, regional vəziyyəti möhkəmlənir, ordu güclənir, demoqrafik göstəricilər yüksəlir. Bizim əhalimiz artır, onların əhalisi azalır. 5-10 ildən sonra bizim əhalimiz olacaq 11 milyon, onların əhalisi olacaq 1 milyon. Bunun nə demək olduğunu hamı yaxşı başa düşür”.
Bəli, qeyd olunduğu kimi ölkəmizdə həyata keçirilən düzgün iqtisadi-sosial siyasət, reallaşan layihələr Azərbaycanın inkişaf tempinə yeni canlanma bəxş edib. ölkəmiz artıq dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır. Görünən isə budur ki, öz çirkin niyyətlərindən əl çəkmədikləri təqdirdə Ermənistanın aqibəti həqiqətən də yaxşı olmayacaq...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

