Azərbaycanda investisiya qoyuluşlarının həcmi artmaqda davam edir
12.07.2011 [07:42]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar 2011-ci ilin birinci yarısında ölkəmizin dinamik inkişafını daha da sürətləndirib və bütün iqtisadi sektorlarda yüksək artım indiqatorları əldə olunub. Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, azad biznesə və xarici sərmayəçilərə yaradılan əlverişli şərait investisiya qoyuluşlarının artmasını stimullaşdırıb. Cari ilin birinci yarısında sərmayə qoyuluşlarının dinamikası daha intensiv xarakter alıb, iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosial və infrastruktur layihələrini əhatə edib.
2011-ci ilin ilk yarısında ölkə iqtisadiyyatına təxminən 4,5 milyard manat (5,7 milyard dollar) məbləğində vəsait yönəldilib. Bu, 2010-cu ilin müvafiq dövrünə nisbətən 13 faizdən çox artım deməkdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard manatını və ya 80 faizini daxili vəsaitlər təşkil edib. Bu da yenə ötən illə müqayisədə 10 faizlik artım deməkdir. Eyni zamanda, xarici investisiyaların artım tempi də 22 faizə yaxın olub. ümumilikdə, Azərbaycan iqtisadiyyatına ilk yarımillikdə 2 milyard dollara yaxın xarici sərmayə yatırılıb.
Göründüyü kimi, ölkəmizin maliyyə imkanlarının əvvəlki illə müqayisədə daha da yaxşılaşması daxili sərmayələrin qoyuluşunun yüksəlməsinə əlverişli zəmin yaradıb. Eləcə də, investisiya mühitinin cəlbediciliyi əcnəbilərin də investisiya qoymaq imkanlarının artmasına səbəb olub. Nəticədə, iqtisadiyyatın bir çox sahələrinə sərmayə axını yüksəlib. İnvestisiyaların həcminin artması həm sosial infrastrukturun, həm də tikinti, bərpa, yenidənqurma işlərinin geniş vüsət almasına öz təsirini göstərib. Sərmayələr ölkəmizdə güclü infrastruktur layihələrinin icrasına, yeni yolların və körpülərin tikintisinə, elektrik stansiyalarının və mühüm sosial obyektlərin yaradılmasına, həmçinin, digər layihələrə yönəldilib.
Məsələ ondadır ki, sərmayələr son illər daha çox neftdən kənar sahələrə yönəldilib. Belə ki, ötən aylar ərzində sərmayə yatırımları hesabına tikinti sektorunda dinamika daha da artıb, ölkə üzrə 550 min kv.metrdən çox yaşayış evləri tikilib istifadəyə verilib. 2011-ci ilin birinci yarısında daxili sərmayələr hesabına onlarla iri istehsal müəssisələrinin və turizm komplekslərinin istifadəyə verilməsi də reallaşıb. Onların sırasında Samux rayonunda Meyvə qurudulması və emalı müəssisəsi, Göyçay rayonunda meyvə-tərəvəz soyuducu anbarı, Tovuz rayonunda süd emalı zavodu və Olimpiya-İdman Kompleksi, Abşeron rayonunda mebel fabriki və AZMDF zavodu, Naftalan şəhərində “çinar Hotel” kompleksi və “Qaşaltı” sanatoriyası, Ağcabədi rayonunda süd emalı zavodu və süd məhsulları kombinatı, İmişli rayonunda yem fabriki, bitki yağları fabriki və Olimpiya-İdman Kompleksi mühüm yer tutur. Bundan başqa, qeyd olunan dövrdə nəqliyyat kompleksində də böyük işlər həyata keçirilib. Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun, Kürdəmir-Ucar avtomobil yolunun, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun, Astara-Bala Şahağac avtomobil yolunun, Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolunun və İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidən qurulması başa çatdırılıb.
Sərmayə qoyuluşlarının 60 faizindən çoxunun qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm uğurlarını təsdiqləyir. Yəni, hökumət qeyri-neft sahələrinə böyük məbləğdə investisiya qoyuluşlarını stimullaşdırmaqla sənaye, kənd təsərrüfatı, turizm, infrastruktur, tikinti, nəqliyyat, rabitə, ticarət, xidmət, emal və digər bölmələrdə yüksək inkişafı təmin etmiş olur. Bu siyasət, həm də bölgələrin inkişafına öz töhfəsini verir.
Qeyd etdiyimiz kimi, sərmayə qoyuluşlarında Azərbaycanın daxili maliyyə resursları xüsusi üstünlük təşkil edir və son illərdə bu dinamika daha çox qabarıq şəkildə nəzərə çarpır. Bu faktor respublikamızın maliyyə-iqtisadi potensialının artmasının yüksək göstəricisi hesab olunmaqla yanaşı, yerli şirkətlərin inkişaf etməsi və onların imkanlarının yüksəlməsi, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsaitlərin və hökumətin ayırdığı kreditlərin və subsidiyaların çoxalması və digər tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi iqtisadiyyatımızın bütün istiqamətlərində bir canlanma və inkişaf var, ölkəmizin maliyyə imkanları genişlənir, Azərbaycanda çox böyük quruculuq işləri aparılır: “Azərbaycana xarici və daxili investisiyalar qoyulur. Təkcə keçən il ölkəmizə 16 milyard dollar sərmayə qoyulmuşdur. ümid edirəm ki, bu il bu rəqəm daha da böyük olacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

