Tennisin Azərbaycanda inkişafı üçün müasir baza yaradılır
01.07.2011 [06:01]
Məlum olduğu kimi, Azərbaycanda idmanın bütün növləri üzrə yüksək nəticələrin əldə olunması üçün mühüm işlər görülür. Daha dəqiq desək, idmanın inkişaf etdirilməsi siyasəti dövlətin prioritet istiqamətlərindən birini təşkil edir. Məhz həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan idmanın inkişafına görə dünyada sayılıb-seçilən dövlətlərdən biri kimi tanınır. Dövlət bu sahənin inkişafı istiqamətində ciddi infrastruktur bazasının yaradılmasının vacib olduğunu yaxşı bildiyi üçün bu məsələ xüsusi olaraq diqqətdə saxlanılır.
Əgər diqqət etsək görərik ki, Azərbaycanda idmanın yüksəliş dövrünə qədəm qoyması dövlət tərəfindən infrastrukturun yaradılmasından sonra başlayıb. Daha doğrusu, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, dövlətimizin başçısı İlham Əliyevin bu sahəni daim nəzarətdə saxlaması və infrastrukturun yaradılmasına xüsusi diqqət ayırması nəticədə Azərbaycan idmanının yüksəliş dövrünə qədəm qoymasına təkan verib. Onu da qeyd edək ki, paytaxt Bakı ilə yanaşı bölgələrdə də Olimpiya İdman Komplekslərinin inşa edilməsi, yeni idman zallarının istifadəyə verilməsi regionlarda da idmanın inkişaf etməsi üçün böyük potensial yaradıb. Artıq dünya və Avropa səviyyəli beynəlxalq turnirləri qəbul etmək ənənəsi paytaxt Bakı ilə yanaşı regionlara da keçməyə başlayıb.
çünki bölgələrdə inşa edilən idman qurğuları müasir standartlar səviyyəsində olduğundan beynəlxalq turnirləri qəbul etmək iqtidarındadır. Böyük idman infrastrukturunun yaradılması ayrı-ayrı idman növlərinin inkişafı üçün geniş imkanlar yaradır. Bu isə ölkəmizdə nisbətən zəif inkişaf edən idman növlərinin də yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirir.
Onu da vurğulamaq yerinə düşər ki, dünyada böyük populyarlıq qazanan idman növlərindən sayılan tennis artıq bizim üçün yad idman növü deyil. Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev də bu idman növünün dünyada məşhurluğuna işarə edərək bildirib: “Ancaq idmanın tennis növünün xüsusiyyəti ondan ibarətdir ki, dünya miqyasında çox böyük marağa layiq olan bir idman növüdür. Beynəlxalq yarışlar, müxtəlif ölkələrdə keçirilən yarışlar geniş auditoriyaya malikdir. Milyonlarla insan bu yarışlara baxır”.
Bildirmək yerinə düşər ki, dünyada milyonlarla azarkeşi olan, oyunların keçirildiyi arenalarda boş yer tapmağın çətin olduğu böyük tennis yarışları artıq Bakını da özünə məskən seçməyə hazırlaşır. Belə ki, iki gün öncə dövlət başçısının iştirakı ilə açılışı olan Bakı Tennis Akademiyasının mərkəzi kortu nüfuzlu yarışları qəbul etmək iqtidarındadır. Tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də, konsert proqramlarının təşkil edilməsi üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən mərkəzi kortda beynəlxalq yarışların təşkili, o cümlədən, yeniyetmə və gənc idmançıların tennislə məşğul olmaları üçün bütün imkanlar var.
Qeyd edək ki, infrastruktur bazasının yaradılması və müxtəlif beynəlxalq yarışların keçirilməsi nəticəsində ölkəmizdə tennisə olan maraq artmağa başlayıb. Bu özünü Tennis Akademiyasına müraciət edənlərin sayının artmasında daha aydın göstərir. Bir vaxtlar bizim üçün xəyal olan və daha çox televiziya ekranlarından izləməyə adət etdiyimiz tennis üzrə beynəlxalq yarışları artıq Bakıda canlı olaraq izləyə bilirik. Bu il Bakı Tennis Akademiyasında yeniyetmə və gənclər arasında Avropa tennis turniri keçirilib. Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə iyunun 16-dan 24-dək qadınlar arasında keçirilən “Baku Cup” beynəlxalq turniri də uğurla başa çatıb. Bakı Tennis Akademiyasında yaradılan şərait yaxın gələcəkdə ölkəmizdə bu idman növünün xeyli inkişaf edəcəyini deməyə əsas verir. Akademiyada idmançıların təlim-məşq toplanışlarına hazırlaşmaları, ümumiyyətlə, idmanla məşğul olmaları üçün bütün zəruri avadanlıq və idman qurğuları quraşdırılıb.
Prezident İlham Əliyev bu idman növünün ölkəmizdə inkişaf edəcəyini və tennisçilərimizin dünyada öz sözlərini deyəcəklərini bildirib: “İstənilən idman növündə qələbə qazanmaq, layiqli yer tutmaq üçün şərait olmalıdır. İndi ölkəmizin hər bir yerində yeni olimpiya kompleksləri tikilir və biz görürük ki, orada məşq edən uşaqlar, yeniyetmələr yüksək nəticəyə nail olurlar. Əminəm ki, bir neçə ildən sonra tennisçilərimiz dünyada öz sözlərini deyəcəklər. Buna vaxt lazımdır. İndi şərait vardır. Burada bir neçə kort tikilibdir. Mərkəzi kort ən böyük kortdur və bundan sonrakı dövrdə təlim-məşq prosesi düzgün qurulmalıdır. Təlim-məşq prosesinin düzgün qurulmasından çox şey asılıdır. Əlbəttə ki, Bakıda beynəlxalq yarışların keçirilməsi də çox vacibdir. Mənə verilən məlumata görə, yaxın vaxtlarda Bakıda dünya səviyyəli beynəlxalq turnir keçiriləcəkdir. Bu da tennisin Azərbaycanda yayılmasına, populyarlaşmasına xidmət göstərəcəkdir. Gənclərimiz, yeniyetmələrimiz yaxşı öyrənəcəklər, görəcəklər, görkəmli tennisçilərlə ünsiyyətdə olacaqlar. Bu idman növünün Azərbaycanda böyük və gözəl gələcəyi olacaqdır. Mən buna əminəm. Digər idman növlərində əldə edilmiş uğurlar belə deməyə əsas verir”.
Anar MİRİYEV
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

