Məkanı Bakı təyin edir!
12.04.2023 [10:44]
Qondarma rejim Azərbaycanın humanist dəvətindən sui-istifadə etməyə çalışır
Ermənistan mətbuatının yaydığı məlumata görə, Qarabağda yaşayan ermənilər Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürüb. Təklifin separatçı rejim tərəfindən irəli sürüldüyü bildirilən xəbərdə qeyd olunur ki, qondarma separatçı rejim görüşün Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan tərəfinə təcili humanitar məsələlərin müzakirəsi üçün onların yerləşdirildiyi yerdə və Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə keçirilməsi təklifini göndərib. Təklifin detalları açıqlanmayıb.
İlk təmas baş tutmuşdu…
Qeyd edək ki, 2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı reallıqların ən mühümlərindən biri də Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır. Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar artıq öz həllini tapır. Bununla bağlı müvafiq addımlar da atılıb. Bəlli olduğu kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Hətta martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasına dair ilkin müzakirələr aparılmışdı. Daha sonra isə Azərbaycan dövləti Xocalı şəhərində keçirilmiş görüşün davamı olaraq martın 13-də və martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə Bakı şəhərində görüşə çağırmışdı.
Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır…
İndiki halda isə "səs" Qarabağın erməni ictimaiyyətindən deyil, separatçı rejimdən çıxır. Təbii ki, bunun da altında bəzi gizli və çirkin maraqlar yatmaqdadır. Belə ki, ötən 30 illik işğal dövründə də, eyni zamanda II Qarabağ Müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub – Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası hər zaman aktuallığını qoruyur. Hətta Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çxışı zamanı da bildirdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır: "Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq".
Separatçıların çirkin niyyəti…
Amma görünən budur ki, separatçı rejim Azərbaycanın bu humanist davranışını öz maraqları üçün alətə çevirməyə çalışır. Belə bir təklif səsləndirməklə qondarma separatçı rejim özünü "tərəf" kimi qələmə verməyə çalışır – hətta, "görüşlə" bağlı şərt də qoyur, Rusiyanın sülhməramlılarının iştirakını "vacib" sayır.
Birincisi, Azərbaycan görüş təklifini Azərbaycanın suveren ərazisində – Qarabağda yaşayan erməni vətəndaşlarına edib. Bu görüş Azərbaycanın daxili işidir və burada üçüncü tərəfin iştirakına ehtiyac yoxdur. Azərbaycanın irəli sürdüyü təşəbbüs əsasında baş tutacaq görüşdə isə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair müzakirələr aparıla bilər. Ölkəmizin daxili işini, öz vətəndaşları ilə bağlı məsələləri özünün həll etməsi üçün həm iqttidarı, həm də potensialı var. Yəni, rusiyalı sülhməramlıların "iştirakı ilə" separatçı rejimlə nəyisə müzakirə etməyə ehtiyac və lüzum yoxdur.
Azərbaycanın təşəbbüsü və çağırışı ilə, dövlətimizin müəyyənləşdirdiyi bölgədə…
Azərbaycan dövlətinin Qarabağ erməniləri ilə görüş təklifi, xüsusilə bu görüşün Bakıda təşkili isə mühüm arqumentlərə əsaslanır. Təbii ki, həm Xocalı, həm də Bakı Azərbaycan torpağıdır. Amma görüşün paytaxtımızda reallaşması əlavə üstünlüklər verir. O baxımdan ki, Bakıdakı görüş 30 ilə yaxın Azərbaycandan məcburən kənar düşmüş vətəndaşların reinteqrasiyasının daha da güclənməsini şərtləndirən amilə çevrilə bilər. Eyni zamanda, bu, həm də qarşılıqlı etimadın yüksəlməsində əsaslı rol oynayacaq. Bakıya gələcək Qarabağda yaşayan erməni vətəndaşlarımız ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidi olacaqlar. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görəcəklər. Prosesin uğurla davam etməsi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ yaradacaq. Beləliklə, Azərbaycanın təşəbbüsü və çağırışı ilə, dövlətimizin müəyyənləşdirdiyi bölgədə Qarabağda yaşayan erməni vətəndaşlarla təmasların baş tutması problemin qısa zamanda həllinə şərait yaratmaqla yanaşı, sülh prosesinin də sürətlənməsinə yol açacaq. Amma bundan separatçı rejim özünə "pay" çıxarmamalıdır…
Sadiq İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

