Azərbaycan və ABŞ-dan...
29.03.2023 [10:13]
Transmilli çağırışlara birgə cavab
Bu günlərdə Azərbaycan Prezidentinin ünvanına Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Baydendən növbəti təbrik məktubu gəlib. Məktubda C.Bayden Amerika xalqı adından Prezident İlham Əliyevə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı münasibətilə ən xoş arzularını yetirdiyini bildirib.
Bu, son bir ildə ABŞ-ın dövlət başçısından Azərbaycan Prezidentinə ünvanlanan sayca üçüncü təbrik məktubudur. ABŞ bütün dünya nizamının müəyyənləşdirilməsində müstəsna rol oynayan supergüc dövlətdir. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan belə bir ölkənin dövlət başçısının respublikamız və xalqımız üçün mühüm önəm daşıyan əlamətdar tarixlərdə Azərbaycan Prezidentinə təbriklər ünvanlaması isə heç də təsadüfi deyildir. Burada iki faktoru fərqləndirə bilərik:
1. Azərbaycan Liderinin əvəzolunmaz rolu,
2. Ölkənin müsbət imici.
Azərbaycan Prezidentinə bütün dünyada göstərilən böyük hörmət
Mürəkkəb geosiyasi proseslərin getdiyi hazırkı dünyada ölkələr üçün liderlərin rolu həmişə olmadığı qədər müstəsna önəm kəsb etməyə başlayıb. Rəhbərlik etdikləri ölkələri, xalqları əsən səmt küləklərindən qoruya bilməyən çoxlu sayda liderin adını çəkə bilərik. Belələrinin zamanla ayaqlaşa bilməmələri, qəbul etdikləri səhv qərarlar sonradan qarşısıalınmaz fəlakətlərə gətirib çıxardıb. Müxtəlif coğrafiyalarda ixrac olunan rəngli inqilabların ölkələrin dövlətçiliyinə, xalqların firəvan həyatına son qoyması məhz bu və ya digər liderin səbatsızlığının, yeni çağırışlara adekvat cavablar tapa bilməməsinin fatal nəticələridir.
Azərbaycan Prezidenti İlham Əliyevin timsalında isə dünya müasir, gələcəyə hesablanan strateji baxışlara malik bir lider görür. Azərbaycanın dövlət başçısı sözü və imzası eyni çəkiyə malik olan Liderdir. Prezident İlham Əliyev daim regional və qlobal əməkdaşlığı, beynəlxalq həmrəyliyin möhkəmlənməsini hədəfləyən təşəbbüslərlə çıxış edir. O, bir qayda olaraq perspektivə hesablanan fəaliyyət sərgiləyir və müxtəlif maraqları məharətlə uzlaşdırır. Bütün strateji addımları zamanında atması Prezident İlham Əliyevi fərqləndirən ən üstün cəhətlərdən biridir.
Bu kimi yüksək liderlik keyfiyyətlərinə malik olması İlham Əliyevə beynəlxalq miqyasda böyük nüfuz qazandırıb. Dünyada İlham Əliyev kimi az sayda dövlət başçısı tapmaq mümkündür ki, o həm ölkə daxilində xalq tərəfindən yüksək səviyyədə dəstəklənsin, həm də xaricdə geniş populyarlıq qazansın. Deyə bilərik ki, Azərbaycan Prezidenti Avropanı fəth edib. O, bu gün qoca qitədə ən arzuedilən siyasətçilərdən birinə çevrilib. Ötən il Prezident İlham Əliyev Çex Respublikasının paytaxtı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına fəxri qonaq qismində dəvət aldı. Geniş İslam coğrafiyasında da İlham Əliyevə böyük hörmət bəslənilir. Məhz Onun səmərəli fəaliyyətinin nəticəsidir ki, tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının üzvləri Azərbaycanın qurumdakı sədrlik müddətinin daha bir il uzadılmasını istədilər və bu istək respublikamız tərəfindən təmin olundu. Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının (ƏDL) 31-ci Zirvə toplantısına yenə də fəxri qonaq qismində dəvət alması da Onun şəxsiyyətinə və liderlik keyfiyyətlərinə İslam dünyasında da böyük hörmət və ehtiramla yanaşıldığını təsdiqləyir.
Bəli, dünyanın dörd bir tərəfində Prezident İlham Əliyevi gözləyirlər, Ona zəng edirlər və telefon diplomatiyasını işə salaraq Onun fikirlərini, müxtəlif məsələlərə münasibətini öyrənməyə çalışırlar. Biz statistikaya nəzər saldıq. 2022-ci ildə ayrı-ayrı ölkələrin və beynəlxalq qurumların rəhbərlərindən və yüksək səviyyəli rəsmilərindən dövlət başçımıza 37 dəfə telefon zəngi gəlib. Türkiyənin, Rusiyanın, İsrailin, İtaliyanın, Fransanın, Özbəkistanın, Serbiyanın, Moldovanın, Polşanın və digər ölkələrin prezidentləri bu siyahıda yer alırlar. Avropa İttifaqı Şurasının Prezidenti, NATO-nun baş katibi və başqaları da Azərbaycan Prezidenti ilə telefon diplomatiyası qurublar. Bu sırada həmçinin ABŞ rəsmiləri də var. Ötən il ABŞ-ın dövlət katibi Antoni Blinken dövlətimizin başçısına düz doqquz dəfə zəng vurub. Bu telefon zəngləri zamanı regional və qlobal məsələlərə aid aktual müzakirələr aparılıb.
ABŞ-ın sülhyaratma prosesində artan marağı
Ötən il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. Ötən 30 il ərzində enerji dialoqu Azərbaycan-ABŞ münasibətlərinin ən önəmli istiqamətlərindən birini təşkil edib. Azərbaycan qısa müstəqillik tarixində tərəfdaşları ilə birlikdə bir neçə transmilli enerji layihəsinin reallaşdırılmasına nail olub. Əlamətdar haldır ki, bu layihələrin hamısında ABŞ ölkəmizin yanında yer alıb və özünün çoxşaxəli dəstəyini göstərib. İki ölkə arasında enerji dialoqu hazırda da uğurla davam edir. ABŞ-ın dövlət başçısı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda vurğulayıb ki, Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər.
C.Baydenin məktubunda Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinə də diqqət çəkilib. Sənəddən oxuyuruq: “Baharın gəlişi və yeni başlanğıcları qeyd etdiyimiz bu ildə xalqlarımız arasında dostluğu daha da dərinləşdirməyi həvəslə gözləyirəm. Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir”.
Cənubi Qafqazda sülhyaratma prosesində Amerika Birləşmiş Ştatlaının öz fəallığını artırmaq istəyi açıq-aydın hiss olunur. Bir qədər bundan əvvəl ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etdi. Bu, ABŞ-ın sülhyaratma prosesində fəallığını artırmaq istəyindən xəbər verir. Bütövlükdə, Azərbaycan-ABŞ siyasi dialoqu intensiv mahiyyəti ilə diqqət çəkir. Cari ilin əvvəlindən bəri Azərbaycan və ABŞ rəsmiləri iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirələr aparıblar. Belə müzakirələr həmçinin Prezident İlham Əliyev və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında aparılıb. Deyə bilərik ki, bu mövzuda dövlətimizin başçısı ilə ABŞ dövlət katibi arasında səmərəli telefon diplomatiyası formalaşıb. Elə bu günlərdə A.Blinken Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ABŞ-ın rolundan da danışıb və sülh razılaşmasına nail olmaq üçün nələr edilə biləcəyini görməkdə çox maraqlı olduğunu vurğulayıb
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
