2011-ci ilin ötən beş ayı ölkə iqtisadiyyatında inkişaf meyilləri ilə yadda qalıb
17.06.2011 [10:12]
Respublikamızda həyata keçirilən mükəmməl iqtisadi siyasət 2011-ci ilin ötən beş ayı ərzində ölkə iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf meyillərinin yüksəlməsinə səbəb olub. ötən dövr ərzində iqtisadiyyatın bütün makroiqtisadi parametrləri üzrə yüksək inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində ölkəmizin dinamik inkişafı daha da sürətlənib və bütün iqtisadi sektorlarda yüksək artım indikatorları əldə olunub. Həyata keçirilən iqtisadi strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının yaxşılaşmasını da şərtləndirib.
2011-ci ilin yanvar-may ayları ərzində respublikamızda 17,6 milyard manatlıq ümumi daxili məhsul (üDM) istehsal edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. ümumi daxili məhsulun 65 faizi birbaşa məhsul istehsalı sahələrində, 28,7 faizi xidmət sahələrində yaradılıb. Qeyd olunan dövrdə adambaşına düşən üDM 1952, 5 manat (2460 dollar) təşkil edib. İqtisadiyyatın əsas inkişaf bölmələrindən birinə çevrilən və ölkəmizin iqtisadi gücünün artmasında mühüm rol oynayan sənaye sektorunun artım dinamikası 2 faizə yaxın olub və üDM-in strukturunda sənaye məhsulunun payı 70 faizi ötüb. Hazırda ölkə üzrə istehsal olunan sənaye məhsulunun həcmi 12,4 milyard manatdan çoxdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı isə neft bölməsi ilə müqayisədə 3 dəfə çox olub və istehsal 10,6 faiz artıb. ümumiyyətlə, hesabat dövründə özəl sektorda və neftdən kənar sahələrdə pozitivlik daha çox nəzərə çarpıb. Qeyri-neft sektorunda artım 5,9 faiz təşkil edib ki, bu da hökumətin iqtisadiyyatın neft-qaz amilindən asılılığını azaltmağa xidmət edən strateji məqsədlərinə nail olduğunu şərtləndirmiş olur. Eyni zamanda, neftdən kənar sahələrin yüksək artım dinamikası, xüsusilə də, sənayenin qeyri-neft bölməsindəki aktivlik ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm effektiv nəticələr verdiyini təsdiqləyir.
ötən dövrdə əhalinin pul gəlirləri, orta aylıq əmək haqqı, banklara qoyulan əmanətlərin həcmi artıb, digər sosial göstəricilərdə mühüm inkişaf meyilləri qeydə alınıb. İqtisadi və sosial sahədə nəzərdə tutulan bütün hədəflərə nail olunub. Orta aylıq əmək haqqı 11,4 faiz artaraq 350 manata, hər nəfərə düşən gəlirlər isə 15 faiz çoxalıb. Bundan başqa, əhalinin gəlirlərinin artması onların banklara pul qoyuluşlarının dinamikasına təsirini göstərib. Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 35,7 faiz artaraq 3,4 milyard manata çatıb.
ümumiyyətlə, 2011-ci ilin ötən 5 ayı ərzində Azərbaycanda liberal iqtisadi sistemin daha da dərinləşdirilməsi, diversifikasiya siyasətinin genişləndirilməsi, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafını sürətləndirən məqsədyönlü tədbirlərin həyata keçirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması və yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi Azərbaycan iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ötən aylarda həm iqtisadi, həm sosial, həm də infrastruktur bölmələrində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib. Bu isə respublikamızda həyata keçirilən uğurlu, düşünülmüş sosial-iqtisadi siyasətin mühüm nəticələri deməkdir: “ölkədə çox güclü sosial siyasət aparılır, işsizliyə qarşı mübarizə güclənir, yoxsulluq azalır. Sənaye potensialımız və qeyri-neft sektoru inkişaf edir. Bütün bu uğurların təməlində birmənalı deyə bilərəm ki, 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” dayanır”.
2011-ci ilin ötən 5 ayı kənd təsərrrüfatı üçün də əlamətdar olub və aqrar bölmədə inkişaf meyilləri ötən illə müqayisədə 5,3 faiz yüksəlib. İyun ayının 1-nə kimi tarlalardan 196 ton taxıl, 48,7 min ton kartof, 65,1 min ton tərəvəz, 4,8 min ton meyvə və giləmeyvə, 276 ton yaşıl çay yarpağı toplanıb. İlin əvvəlindən keçən vaxt ərzində 167,5 min ton diri çəkidə ət, 652,5 min ton süd, 441,2 milyon ədəd yumurta, 12 min ton yun istehsal olunub. 2010-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5,6 faiz, süd istehsalı 8,4 faiz, yun istehsalı 11,8 faiz artıb.
Onu da qeyd edək ki, hesabat dövründə iqtisadiyyata sərmayə qoyuluşları da artmaqda davam edib. İnvestisiya qoyuluşu ötən beş ay ərzində 3,4 milyard manat təşkil edib. Sərmayələrin 2,6 milyard manatı (75,9 faiz) daxili investisiyalar, digər hissəsi isə xarici investisiyalardan ibarət olub. İstər daxili, istərsə də xarici sərmayələrin artım tempi infrastruktur və investisiya layihələrinin icrasının sürətlənməsinə, yeni-yeni layihələrin reallaşmasına imkan verir. Bunun nəticəsidir ki, son dövrlər Bakının qəsəbə və kəndlərinin, regionlardakı bütün yaşayış məntəqələrinin infrastruktur və kommunal xidmət növləri ilə təminatı daha da yaxşılaşır, həmin sahələrdə əlavə tədbirlər görülür.
ümumiyyətlə, ötən dövr ərzində əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva etmiş olur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49

