/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Venesiya Biennalesində ölkəmizin pavilyonunun rəsmi açılış mərasimində iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Venesiya Biennalesində ölkəmizin pavilyonunun rəsmi açılış mərasimində iştirak edib
03.06.2011 [09:16]
İyunun 1-də Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Venesiya Biennalesində ölkəmizin pavilyonunun rəsmi açılış mərasimində iştirak edib.
Bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər bir sərgi aksiyasıdır. Noyabr ayına qədər davam edəcək bu sərgidə 100-dək ölkə öz pavilyonları ilə iştirak edəcək. Azərbaycan artıq üçüncü dəfədir ki, Venesiya Biennalesinə qatılır. 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonu şəhərin ən izdihamlı məkanlarının birində, məşhur Realto körpüsü yaxınlığındakı Qrand kanalın üzərində qərarlaşan və 15-ci əsrdə ucaldılan Benzon sarayında (Palazzo Benzonda) yerləşir.
Bu il Azərbaycan pavilyonu “Relations of Baku” devizi altında çıxış edir. İşçi qrupunun və iştirakçıların vahid qənaətinə görə, bu, “Bakıya məxsus” kimi izah olunur.
Azərbaycanı Biennaledə altı rəssam - Altay Sadıqzadə, Mikayıl Əbdürrəhmanov, Aydan Salahova, Zeyqəm Əzizov, Xanlar Qasımov və Ağa Hüseynov təmsil edirlər. Bu fırça ustalarının əsərləri müasir incəsənət vasitəsilə Azərbaycanı tanıtmaq və ölkəmizdə yaşayan insanların xarakterini Qərb tamaşaçısına çatdırmaq baxımından əvəzolunmaz fürsətə çevrilib.
Builki Venesiya Biennalesinin mövzusu və konsepsiyası əsasən illüminasiyaya, yəni millətlərin işığına həsr olunub. Modernist rəssamlarımızın əsərləri müasir incəsənət və bu sənət növünün imkanları vasitəsilə Qərb tamaşaçısında paytaxtımızın qədim və müasir görkəmi, ölkəmiz, burada yaşayan insanlar haqqında zəngin təəssürat yaradır. Realist çalarlarla, fərqli forma və rənglərlə diqqət çəkən bu yaradıcılıq nümunələri ilk baxışdan bir qədər sərt görünsə də, əslində heyrətamiz gözəlliyi və maraqlı işlənmə texnikası ilə diqqəti cəlb edir. Sərginin zəngin toplusu bu müasir sənətin xüsusiyyətlərinin açıqlanmasına imkan verir.
Həqiqətən parlaq və orijinal bir fenomen olan müasir Azərbaycan incəsənətinin nümunələri özəlliyi ilə seçilir. Buradakı əsərlər estetik tərbiyə, bədii zövqün inkişafı, fərqli düşüncə üçün gözəl imkanlar açır. Sərgidəki əsərlərdə daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz ifadə texnologiyası tətbiq edilib.
Venesiya Biennalesində Azərbaycan pavilyonu onu da təsdiqləyib ki, müasir incəsənət əsərlərində müəllif yeni obrazlar axtarmaqla yanaşı, həm də onların yeni ifadə formaları üzərində çalışır. Bu sahədə əsər yaradan hər bir fırça ustası seçdiyi mövzu haqqında ən dolğun məlumat vermək üçün özünəməxsus ifadə üsullarından istifadə edir. Müasir incəsənət üslubunu seçənlər əsərləri ilə tamaşaçını dialoqa, diskussiyaya çağırırlar. Müasir incəsənətin ən parlaq aspekti onun qeyri-müəyyənliyidir.
Sərgiyə gələnlər tükənməz təsir bağışlayan əsərlərə böyük maraqla baxmış və bir daha Azərbaycan mədəniyyətinin bütün istiqamətlərdə inkişaf etdiyinin şahidi olublar.
Avanqard çalarlarla zəngin olan bu sərginin ovqatı həm də bir reallığı ortaya qoyub ki, Azərbaycanda mədəniyyətə, sənətə və sənətkarlara hər zaman böyük diqqət göstərilib. ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm olaraq həyata keçirilən tədbirlər də bu reallıqdan qaynaqlanır. Dövlət qayğısı ilə yanaşı, Heydər Əliyev Fondu da mədəniyyətin inkişafını fəaliyyətində prioritet istiqamətlərdən birinə çevirib.
Sərgidə Azərbaycan pavilyonunun açılışı xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Bir sözlə, Venesiya Biennalesindəki pavilyonumuz öz maraqlı formatı və qeyri-adi əsərləri ilə diqqəti çəkib. Parlaq və orijinal ideyaların vəhdətindən ərsəyə gələn bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verib. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun vəhdətdə təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları tamaşaçılarda böyük maraq doğurub.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

