/ / Prezident İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində görülən işlərlə tanış olub
05.04.2011 [09:37]
Verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün dünən Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Qobustan qəsəbəsinin sxemi əsasında təmirə ehtiyacı olan yollar barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edək ki, 14 min 585 nəfər əhalisi olan Qobustanda artıq qəsəbədaxili yolların əsaslı təmirinə başlanılıb. İndiyə qədər yolların 10 min kvadratmetr hissəsinə yeni asfalt örtüyü döşənib. Yolun qalan 18 min kvadratmetr hissəsinin də asfalt örtüyü təzələnəcək. Məhəllədaxili bütün küçələrdə yeni işıqlandırma sistemi quraşdırılacaq.
Qəsəbədə görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Sakinlər dövlətimizin başçısını hərarətlə qarşılayıblar.
Qobustan qəsəbəsinin sakinlərini salamlayan Prezident İlham Əliyev deyib: “Sizi salamlayıram, xoş gördük. Qobustan qəsəbəsinin inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. İndi işlər başlayıbdır. Birinci mərhələdə biz yolların çəkilişi ilə məşğul olacağıq. çünki buna böyük ehtiyac var. Qobustan qəsəbəsinin yollarının, demək olar ki, hamısı torpaq yollardır. Asfalt salınmayıb, keçmişdə də olmayıb, indi də yoxdur. Əlbəttə, bu, böyük çətinliklər yaradır. çünki yağış yağanda, qar yağanda bu yollardan keçmək mümkün deyil. İndi mən maşınla gələndə görürdüm, sağ-soldakı küçələrin hamısı torpaq yollardır. Ona görə biz bu gün bu işlərə başlayırıq. Bütün küçələr asfaltlanacaqdır. Bu işlər mərhələlərə bölünübdür. Hər bir mərhələdə müəyyən qədər işlər görülməlidir. Bütövlükdə Bakı şəhəri qəsəbələrinin inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Keçən ayın əvvəlində böyük müşavirə keçirilmiş, göstərişlər verilmiş, proqram hazırlanmışdır. Bu ay proqram təsdiq olunacaq və onun icrası nəticəsində qəsəbələrin hamısında bütün infrastruktur məsələləri və sosial məsələlər öz həllini tapacaqdır. İlk növbədə isə yollar. çünki buna ən böyük ehtiyac var. Ondan sonra işıq dirəkləri qoyulacaq. Qəsəbə yolları, demək olar ki, işıqlandırılmır, axşamlar qaranlıq olur. Sosial obyektlərə gəldikdə, mənə indi məlumat verildi ki, məktəb tikintisinə ehtiyac var. Xəstəxana çox bərbad vəziyyətdədir. Deyə bilərəm ki, dözülməz vəziyyətdədir. Bu məsələləri biz operativ şəkildə həll edəcəyik. Bütövlükdə ölkəmizdə böyük quruculuq işləri aparılır. Hər bir bölgəyə, hər bir rayona dair xüsusi proqramlar var. Belə olan halda, Bakı qəsəbələrinin inkişafı ilə bağlı, əlbəttə ki, daha da ciddi tədbirlər görülməlidir. Son illər ərzində müəyyən işlər görülübdür. Məktəb tikintisi, tibb məntəqələrinin tikintisi layihələri icra olunubdur. Ancaq növbəti illərdə daha da genişmiqyaslı işlər görülməlidir. Bax, indi Bakı-Ələt yolu dünyanın ən yüksək standartlarına cavab verir. Hətta işıq dirəkləri də qurulur. Baxmayaraq ki, dünya təcrübəsində magistral yollarda işıq olmur. Amma biz bunu da edirik. Qəsəbədaxili yollar da elə olmalıdır. Qəsəbələrarası yollar yaxşı olmalıdır. Yəni insanların rahatlığı üçün, işləməsi üçün, yaxşı yaşaması üçün bütün işləri biz görürük. Bu, birinci addımdır. Bundan sonra daha da böyük işlər görüləcəkdir. Yenə də demək istəyirəm ki, qəbul olunacaq proqram bütün qəsəbələri əhatə edəcək və hər bir qəsəbə üçün ayrıca iş qrafiki tərtib olunacaqdır. Bu, böyük bir işdir. çünki Bakının ətrafında 40-dan çox qəsəbə var. O qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Necə deyərlər, - mən bir dəfə demişəm, - özlüyündə böyük bir şəhər boyda qəsəbələrdir. Əlbəttə ki, bu işləri görmək üçün böyük vəsait və vaxt tələb olunacaqdır. Ancaq mən istəyirəm ki, bütün bu işləri maksimum qısa müddət ərzində görək. Əlbəttə ki, burada yerli icra orqanlarının fəaliyyətindən çox şey asılı olacaqdır. Eyni zamanda, qəsəbə sakinləri də bütün bu gözəl təşəbbüslərə qoşulmalı, fəal iştirak etməlidirlər. Həm də öz təkliflərini, iradlarını bildirməlidirlər ki, hansı məsələlər daha da tez həll olunmalıdır, hansı məsələlər narahatlıq doğurur, harada biz nəyi düzəltməliyik, nəyi etməliyik. Yəni bu bağlantı olmalıdır ki, biz də tam məlumat əldə edək ki, işlər hansı ardıcıllıqla görülməlidir.
Bu gün mən gəlmişəm ki, həm işin başlanğıcı ilə tanış olum, həm sizdən eşidim ki, - istəyiniz nədir, arzularınız nədir, biz nə etməliyik ki, işlər sürətlə və maksimum səmərə ilə aparılsın”.
Sakinlər Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxladığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qəsəbə sakinləri dövlətimizin başçısından mədəniyyət evinin əsaslı surətdə yenidən qurulmasını, xəstəxana və məktəb üçün yeni binalar tikilməsini xahiş ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qobustan qəsəbəsinin sakinləri ilə görüşdən sonra Prezident İlham Əliyev Ələt qəsəbəsində də olub. Burada da görülən işlər barədə dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, Ələtdə qəsəbədaxili yolların 4 min 500 kvadratmetrinə yeni asfalt örtüyü döşənib. Yolun 22 min kvadratmetr hissəsinə isə asfalt örtüyü döşəmək üçün ilkin hazırlıq işləri başa çatdırılıb.
Prezident İlham Əliyevin tapşırığı ilə Ələt qəsəbəsində məktəb və xəstəxana üçün yeni binaların tikintisinə də başlanılacaq. Bütövlükdə Qaradağ rayonunun ayrı-ayrı qəsəbələrində 60 min kvadratmetr daxili yollar əsaslı təmir ediləcək.
Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı Ələt qəsəbəsinin sakinləri ilə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

