Ölkəmizdə ən yeni texnologiyalar tətbiq olunmaqdadır
01.03.2011 [08:42]
İqtisadi inkişafın yeni mərhələsinə daxil olan Azərbaycanda infrastrukturun yenidən qurulması və ən yeni texnologiyaların tətbiq olunması son illər daha da geniş vüsət alıb. Bakı şəhərində və ölkənin bütün regionlarında sosial infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, ən müasir standartlara cavab verən elm, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, park və istirahət komplekslərinin, xiyabanların yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eləcə də, ən müasir tələblərə cavab verən istehsal, xidmət, emal müəssisələrinin, tədarük məntəqələrinin, soyuducu anbarların yaradılmasında dünyanın qabaqcıl, son nəsil texnologiyalarından istifadə olunur. Bu gün yeni inşa olunan hər bir obyektin, fəaliyyətə başlayan müəssisənin texniki avadanlıqları, kommunikasiya qurğuları, idarəetmə sistemləri və digər vasitələr ən yeni texnologiyalara əsaslanır.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin inkişaf etdirdiyi mükəmməl iqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində respublikamız keçid iqtisadiyyatını arxada qoyub və ölkəmizdə yeni iqtisadi model tətbiq olunmaqdadır. Yeni inkişaf modeli iqtisadiyyatın strukturundakı keyfiyyət dəyişikliyini, sosial islahatların tamamilə modernizasiyasını, ən son texnologiyaların tətbiqini də vacib məsələlərdən biri kimi qarşıya qoyur. Yəni, yeni iqtisadi model çoxşaxəli iqtisadiyyatın inkişafına və innovativ iqtisadiyyatın möhkəmlənməsinə əsaslanır. Bu çoxsistemli proses çərçivəsində iqtisadiyyatın bütün frazaları təkmilləşir, idarəetmənin strukturunda tam yeniləşmə meyilləri müşayiət olunur, yeni yaradılan hər bir müəssisənin, obyektin bazası ən qabaqcıl texnologiyaların tətbiqi əsasında qurulur.
Ən son və yeni nəsil texnologiyaların tətbiq olunduğu sahələrin miqyası hər il genişlənir və dinamik xarakter daşıyır. Son illər yüksək inkişaf mərhələsinə qədəm qoyan turizm sənayesi də bu prosesdən kənarda qalmayıb və turizm sektoru qabaqcıl texnologiyaların tətbiq olunduğu sahələr içərisində xüsusi yer tutur. Belə ki, Bakı şəhəri ilə bərabər, bölgələrdəki turizm obyektlərinin maddi-texniki bazası möhkəmləndirilib, hotelçilik komplekslərinin inşasında inkişaf etmiş ölkələrin son modelləri tətbiq olunub, yeni texniki vasitələr istismara verilib, istirahətə gələn insanların vaxtlarını asudə və maraqlı keçirmələri, dincəlmələri, eləcə də, onların idmanla məşğul olmaları üçün ən müasir sağlamlıq kompleksləri yaradılıb. Təkcə, Qəbələ rayonundakı turizm obyektləri dünyada ən müasir, xidmət çeşidlərinə və rəqabətqabiliyyətliliyinə görə, yüksək üstünlüyə malik olması ilə fərqlənir. Məsələn, bu rayondakı “Qafqaz-Park” Gənclik Mərkəzi, “Qafqaz Sahil” mehmanxana kompleksi, “Fitnes” sağlamlıq mərkəzi və “Qafqaz Resort” mehmanxanası ölkəmizdə turizm sənayesinin son yeniliklərini və geniş texniki imkanları nümayiş etdirmiş olur. Buradakı turizm kompleksləri dünya ölkələrinin əksəriyyəti ilə müqayisədə daha moderndir, eyni zamanda, xidmət infrastrukturunun zənginliyinə görə, böyük üstünlüyə malikdir. Qəbələdəki turizm-istirahət mərkəzlərində yaradılmış müayinə və müalicə bölmələri, amfiteatrlar, kinozallar, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə vannaları, iaşə obyektləri, üzgüçülük hovuzları, süni göllər, kafelər, uşaq əyləncə mərkəzləri, bütün növ idman qurğuları və ən son infrastruktur xidmətləri bir çox ölkələrin turizm mərkəzləri ilə müqayisədə qat-qat yüksəkdir.
Azərbaycanın digər rayonlarında da turizm infrastrukturunun yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilməkdədir. Xaçmaz, Quba, Qusar, Zaqatala, Balakən, Oğuz, Lənkəran, Masallı, Şəki, İsmayıllı, Şamaxı və digər rayonlarda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Hazırda ölkəmizdə regionda ən nəhəng layihələrdən biri olan Qusar Qış İdman Turizm Mərkəzinin yaradılması istiqamətində intensiv işlər aparılır. Bu mərkəzin yaradılmasında Norveç və İsveçrə kimi dövlətlərin təcrübəsi öyrənilib tətbiq olunmaqdadır. Qusar Qış İdman Turizm Mərkəzinin yaradılması başa çatdıqdan sonra Azərbaycana qış aylarında böyük turist axını gözlənilir. Turistlər üçün əlavə istirahət və əyləncə mərkəzləri, hotel və idman komplekslərinin tikintisi də planlaşdırılır. Bundan başqa, Gürcüstan-Azərbaycan sərhədində 500 metrlik sərhəd xəttində yerləşən qoruğun ərazisində “bunqalo” tipli mehmanxana-kurort və turizm infrastrukturunun yaradılması da planlaşdırılır.
Göründüyü kimi, bu gün ölkəmizin turizm infrastrukturu dinamikliyinə və rentabelliliyinə görə, region ölkələri içərisində xüsusi yer tutur. Respublikamızın bütün bölgələrində istirahət mərkəzlərinin imkanlarının səfərbər edilərək turizm obyektlərinin yaradılması, ən qabaqcıl texnologiyaların və xidmət çeşidlərinin tətbiq olunması üçün mühüm layihələrin həyata keçirilməsi davam etdirilməkdədir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14

