Qarabağın ilk hava qapısı
26.10.2022 [10:09]
Mübariz FEYİZLİ
Deyə bilərik ki, oktyabr ayı Füzuli rayonu üçün düşərli bir aydır. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin 27 illik işğalına son qoyuldu - Müzəffər Ordumuz Füzuli şəhərini və eyniadlı rayonun çoxlu sayda kəndini düşmən tapdağından azad etdi. Bu müjdəni Prezident İlham Əliyev xalqa müraciətində çatdırdı. Aradan cəmi bir il ötəndən sonra isə - bu dəfə oktyabrın 26-da - Füzulidən daha bir xoş xəbər gəldi. Həmin tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağ səmasında ilk hava qapısı - Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi.
Dünyada ən sürətlə inşa olunan hava limanı
Bir il bundan əvvəl açılışı baş tutan Füzuli Hava Limanının inşasında Azərbaycan dünya rekorduna imza atdı. İndiyədək beynəlxalq praktikada cəmi bir il ərzində beynəlxalq səviyyəli hava limanının inşası təcrübəsinə rast gəlinməyib. Bunu ilk dəfə Azərbaycan bacardı. Müharibə başa çatandan sonra bir çoxları güman edirdilər ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri dirçəltməyə gücü çatmayacaq və yaxud buna uzun illər lazım gələcək. Respublikamız isə Prezident İlham Əliyevin aldığı qətiyyətli qərarlar sayəsində hər şeyin erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edildiyi 11 min kvadratkilometrədək ərazidə bərpa və quruculuq işlərinə vaxt itirmədən başladı. Bu, bir tərəfdən xalqımızın işğaldan azad olunmuş ərazilərə bağlılığını ifadə edirdisə, digər tərəfdən də Azərbaycan dövlətinin gücünü təsdiqləyirdi.
Obrazlı şəkildə Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların həyata keçirilməsini mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
İndiyədək Füzuli Beynəlxalq Hava Limanına bütün uçuşlar uğurla baş tutub. Belə ki, “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi, həmçinin “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi Füzulidə müvəffəqiyyətlə enişlər edib.
Qarabağda daha iki hava qapısı
Bütövlükdə Qarabağda üç beynəlxalq səviyyəli hava limanının inşası planlaşdırılıb. Bir il əvvəl istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bu sırada ilk qaranquş sayılır. 2022-ci il oktyabrın 20-də isə Qarabağda ikinci, Şərqi Zəngəzurda isə ilk belə infrastruktur obyekti sayılan Zəngilan Beynəlxalq Hava Limanı yenə də prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Hava limanında uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və “Eurocontrol”un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib.
Qarabağda sayca üçüncü hava limanı Laçın rayonunun ərazisində yaradılır. Bu hava limanı da beynəlxalq statusa malik olacaq. Laçın Hava Limanın inşa olunduğu ərazi relyef baxımından mürəkkəb quruluşa malikdir. Hazırda yeni infrastruktur obyektinin inşası cədvəl üzrə uğurla davam etdirilir. İnşaatçılar ilk mərhələdə dağların kəsilməsi və ərazinin hamarlaşdırılması kimi çətin əməliyyatları həyata keçirirlər.
Yeni imkanlar
Füzulidə, Zəngilanda və Laçında olmaqla üç beynəlxalq səviyyəli hava limanının inşası bir sıra nöqteyi-nəzərdən önəmlidir. Hava limanlarının Azərbaycanın Ermənistanla sərhəd bölgələrində möhkəmlənməsi üçün yeni imkanlar açacağının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Bu, respublikamız üçün strateji önəm daşıyır. Məlumdur ki, bəhs olunan ərazilər çətin keçilən reylef şəraitinə malikdir. Xüsusilə, qış aylarında buraya nəqliyyat vasitələrinin gediş-gəlişi çətinləşir. Qarabağda üç məkanda yaradılan hava limanları yenidən qurulan yüksək səviyyəli yollarla birlikdə bu çətinliyə birdəfəlik son qoyacaq və yayda, isti havalarda olduğu kimi, qış aylarında da Kəlbəcərə, Laçına, Qubadlıya, Zəngilana və digər yaşayış məntəqələrinə gediş-gəlişi mümkün edəcək.
İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının inşasının önəmini şərtləndirən digər bir mühüm amilə diqqət yetirək. Qalib Azərbaycan Şərqi Zəngəzuru regional haba çevirmək niyyətindədir. Ölkəmizin ərazisindən keçən Şimal-Cənub, Şərq-Qərb və Transxəzər nəqliyyat dəhlizlərinə inteqrasiya ediləcək hava limanları yeni yaradılacaq Zəngəzur dəhlizinin çox mühüm həlqələrini təşkil edəcək. Dünyanın dörd bir tərəfindən yeni aeroportlara çatdırılacaq yüklər buradan digər beynəlxaq səviyyəli marşrutlara istiqamətləndiriləcək.
Başqa aktual bir məsələ daxili daşımalarla bağlıdır. İşğaldan azad edilən ərazilərdə bərpa işlərinin genişlənməsi ilə əlaqədar oraya daha böyük həcmlərdə yüklərin çatdırılmasının zəruriliyi getdikcə artır. Hava limanları bu tələbatı qarşılayacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yaşayacaq və yaxud Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Cəbrayılı, Ağdamı görmək, turist kimi bu yerlərə səfərlərə getmək istəyən insanlar üçün gediş-gəliş rahat, asan və əlçatan olacaq.
İşğaldan azad olunmuş ərazilərdə üç hava limanının inşası, həmçinin hərbi nöqteyi-nəzərdən də çox önəmlidir. Müharibə başa çatandan sonra Azərbaycan dövlət sərhədləri boyunca yeni zastavalar inşa edir. Onlardan bir neçəsi Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Yeni tikilən aeroportlar sərhəd bölgələrimizə hərbi təyinatlı yüklərin operativ qaydada çatdırılmasını təmin edəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

