Cənab Prezident, biz şərəf duyuruq ki, Siz bizi Özünüzə dost hesab edirsiniz!
12.01.2011 [09:50]
İnformasiya əsri sayılan XXI əsr adından bəlli olduğu kimi, bu informasiyanı xalqa çatdıran, belə demək mümkündürsə, ötürücü rolunu oynayan kəsim-jurnalistlər üçün daha məsuliyyətli və dinamik bir yüzillikdir. Bu gün dünyada ən çox diqqət mərkəzində dayanan məhz KİV və bu sahənin təmsilçiləridir. Bununla yanaşı, günümüzdə iş gərginliyinə görə də, KİV təmsilçiləri ilə müqayisə oluna biləcək digər sahələr azsaylıdır.
Dünya KİV-inin bir hissəsi olan Azərbaycan mediası da bu gün xalqımızı etibarlı informasiya ilə təmin etməyə çalışır. Əlbəttə ki, gənc müstəqil dövlət olan Azərbaycanda hər bir sahədə olduğu kimi, jurnalistikada da müəyyən problemlər var və onların aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Qeyd etmək lazımdır ki, SSRİ-nin dağılması ilə müstəqillik əldə etmiş Azərbaycanda demokratik dövlətçiliyin qurucusu, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatın, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində əsaslı işlər görülməklə yanaşı, mətbuatın demokratik prinsiplər əsasında fəaliyyətinin təmin olunması istiqamətində də addımlar atılmışdı. Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafında əsaslı dönüş yaratdı. Ən əsası media sahəsində müstəqillik və demokratiya prinsipləri möhkəmləndi. ümummilli liderimiz Heydər Əliyev mətbuatın üzərində dövlət nəzarətini götürməklə və mətbuatın inkişafına mane olan bürokratik çətinlikləri aradan qaldırmaqla azad sözün inkişafına şərait yaratdı. Bu gün bəlkə də dünyanın az-az ölkəsində mətbu orqan yaratmaq prosesi Azərbaycandakı kimi sadədir.
Ulu öndər tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycanda azad sözün inkişafına, medianın yüksəlişinə göstərdiyi diqqət və qayğı ölkə ictimaiyyətinin də bu sahəyə diqqətinin artmasına səbəb olub.
Prezident İlham Əliyev hər zaman mətbuata bir dost qayğısı göstərib. 2005-ci ildə - milli mətbuatımızın 130 illik yubileyi münasibətilə jurnalistlərə fəxri adların verilməsi ilə bağlı Sərəncam, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan mediasının həyatında yeni səhifə açdı. ötən il iyun ayının 10-da Prezident İlham Əliyev tərəfindən imzalanan Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam isə bu mənada əlamətdarlığı ilə seçildi. Eyni zamanda, Prezident İlham Əliyevin iyulun 21-də və 22-də jurnalistlərə fəxri adların verilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması, ən əsası isə jurnalistlərin məişət problemlərinin aradan qaldırılmsı istiqamətində ilkin addım sayılan, MDB ölkələrində analoqu olmayan sərəncamlar imzalaması ölkəmizdə mətbuatın diqqət mərkəzində olduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev həm də növbəti dəfə Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti, diqqəti nümayiş etdirdi. Jurnalistikaya göstərilən qayğı, qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi gənclərin yenidən bu maraqlı, maraqlı olduğu qədər də çətin peşəyə axın etməsinə yol açdı. Jurnalistlər üçün evlərin tikilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncam hər bir mənada ölkədə azad sözün ən yüksək şəkildə dəyərləndirilməsinin bariz sübutudur. Dünyanın heç bir ölkəsində dövlət mətbuat nümayəndələrinə belə yüksək səviyyədə qayğı göstərmir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü, mətbuata yüksək qayğısı və diqqətidir.
Bəli, 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülən Prezident İlham Əliyev bu mükafatın alternativsiz sahibidir. Dünyada analoqu olmayan bir diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatının bu seçimi Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimində dövlət başçısı gələcək illərdə də media nümayəndələrinin problemlərinin həlli istiqamətində mühüm addımların atılacağını vurğuladı: “Bu gün qeyd etməliyəm ki, jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir. Mən, sözün düzü, bu mükafatı gözləmirdim və sadəcə olaraq çalışırdım ki, öz fəaliyyətimlə ölkəmizin inkişafı üçün vacib olan bu sahəyə dəstəyimi verim. Mən bilirəm ki, jurnalistlərin məişət, mənzil problemləri vardır. Jurnalistlər biznesmen deyillər ki, özləri üçün bu şəraiti yarada bilsinlər. Jurnalistlər üçün mənzillərin, evlərin tikilməsi təşəbbüsünü irəli sürəndə heç gözləmirdim - halbuki, mən birbaşa bunu bu mükafatla bağlamıram, - mükafata layiq görüləcəyəm. Amma hesab edirəm ki, bu addımın da bu mükafatın mənə verilməsində rolu vardır, gərək biz hər şeyi açıq danışaq, mən bunu təmənnasız edirdim. çünki bilirdim ki, bu, lazımdır. Mən jurnalistlərin işini yüksək qiymətləndirirəm. Bu, çox çətin işdir”.
Azərbaycan Prezidentinin mətbuat işçilərinin əməyinə verdiyi bu qiymətin isə dəyəri ölçülməzdir. Atdığı bütün addımlar, imzaladığı hər bir Sərəncamla jurnalistlərin ən yaxın dostu olduğunu təsdiq edən Prezident İlham Əliyevin mətbuata verdiyi bu böyük dəyər təqdirəlayiqdir. Azərbaycan jurnalistləri də hər zaman Prezident İlham Əliyevin onları dost adlandırması ilə şərəf duyurlar.
Prezident İlham Əliyev bundan sonrakı illərdə də jurnalistlərin sosial rifahının yüksəldilməsi istiqamətində yeni-yeni addımların atılacağını bildirib: “Bir daha demək istəyirəm ki, aldığım bu mükafatdan asılı olmayaraq, mən bundan sonra da çalışacağam ki, Azərbaycanda bu sahədə daha da böyük addımlar atılsın. Azərbaycan dövləti öz dəstəyini göstərsin. ölkədə müasir jurnalistikanın formalaşması işində Azərbaycan dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm. Mən bu adı - jurnalistlərin dostu adını yüksək qiymətləndirirəm. Mən çalışacağam ki, bu ada layiq olum və bundan sonra da Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət edim”.
Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan mətbuatının üzərinə böyük məsuliyyətlər qoyur. Bu etimadı doğrultmaq üçün mediamız bütün gücünü səfərbər etməli, dövlətçiliyin qorunmasında, dövlət siyasətinin ictimaiyyət arasında təbliğində, o cümlədən, milli maraqlarımızın qorunmasında var gücü ilə çalışmalıdır ki, öz fəaliyyəti il ölkə Prezidentinin layiqli dostu olduğunu sübut edə bilsin.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

