Azərbaycan informasiya mübarizəsində böyük üstünlük əldə edib
07.01.2011 [08:41]
Son illər ölkəmiz sürətlə inkişaf edir və bu inkişaf baxımından dünya dövlətləri sırasında ön yerlərdən birini tutmaqdadır. İnkişaf dinamikası artıq başa vurduğumuz 2010-cu ildə də uğurla davam etdi. Azərbaycanda bütün istiqamətlər üzrə düzgün siyasət həyata keçirildi və bununla da ötən il hər bir sahədə müsbət nəticələr əldə olundu. ölkə daxilində siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə baş vermiş yeniliklər ictimaiyyətə yaxşı məlumdur. Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə də ciddi nailiyyətlər əldə etməkdədir. Demək olar ki, ildən-ilə ölkəmizin xarici dövlətlərlə əlaqələrinin əhatə dairəsi daha da genişlənir və bu amil də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun artmasında vacib rol oynayır. Əminliklə demək olar ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunmaqdadır. Təbii ki, həm daxili, həm də xarici siyasətdə qazanılan uğurlar Azərbaycanın Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə bağlı mövqeyini daha da gücləndirir.
Bu fakt işğalçı Ermənistanı və onu himayə edən beynəlxalq gücləri narahat etməyə bilməz. Məhz bu səbəbdən də vaxtaşırı olaraq ölkəmiz haqqında obyektivlikdən kənar məlumatlar dövriyyəyə buraxılır. Qeyd etmək lazımdır ki, Azərbaycan informasiya texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə edib, ölkəmizin dünyaya çıxışı üçün heç bir məhdudiyyət yoxdur.
Əgər vaxtilə Qarabağ məsələsi ilə bağlı özümüz deyib, özümüz eşidirdiksə, bu gün beynəlxalq miqyasda əsl həqiqətlər qəbul olunmaqdadır, xalqımızın haqq səsi eşidilməkdədir. Azərbaycanın hücumçu diplomatiya xətti informasiya mübarizəsində də özünün müsbət nəticələrini göstərməkdədir. Təsadüfi deyil ki, ötən il işğalçı Ermənistanın rəhbəri Serj Sarkisyan Azərbaycana informasiya müharibəsində də atəşkəs imzalamağı təklif etdi. Əlbəttə, bu fakt Ermənistanın informasiya müharibəsində Azərbaycana uduzmağının göstəricisidir. İndiyədək Ermənistan uydurma “erməni soyqırımını” dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərib, bəzi hallarda buna nail olurdu. İndi isə dünya ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında həqiqətlərlə tanış olur. Əlbəttə, bu faktlar artıq ermənilərin çıxılmaz durumda olduğunu göstərir və informasiya müharibəsində Azərbaycanın gələcəkdə daha böyük uğurlar qazanacağı şübhə doğurmur.
Amma nəzərə almaq lazımdır ki, bu mübarizədə Ermənistan tək deyil, ona havadarlıq edən qüvvələr də Azərbaycana qarşı informasiya mübarizəsi aparırlar. Bu mübarizə isə tam yalan üzərində qurulub. Məhz bu səbəbdən də ötən il dekabrın 29-da “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimində Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycandakı inkişaf, sabitlik ölkəmizə qarşı aparılan böhtan kampaniyasının əsas səbəbidir. Azərbaycan Prezidenti informasiya mübarizəsinin vacibliyini qeyd edib: “İnformasiya mübarizəsi indiki şəraitdə hesab edirəm ki, prioritet məsələlərdən biridir. Biz internet və qloballaşma dövründə yaşayırıq və bütün müasir imkanlardan maksimum dərəcədə istifadə etməliyik. Onu da qeyd etməliyəm ki, Azərbaycanla bağlı olan bəzi informasiyalar, biz onu yaxşı bilirik, həqiqətə uyğun deyildir. Bəzi hallarda bəzi dairələr - onların adını çəkmək bəlkə də mənim üçün yaxşı olmaz, onsuz da onları hamımız yaxşı tanıyırıq - Azərbaycana qarşı böhtan, iftira kampaniyası aparırlar. Bunun da səbəbi var və burada, əlbəttə ki, təkcə erməni lobbisindən söhbət getmir, halbuki bu kampaniyanın arxasında daha çox onların qulaqları görsənir. Ancaq bütövlükdə biz bilirik, kim nə üçün nəyi yazır, hansı məqsədlə və nə vaxt. Əgər ölkəmizin həyatında və ətrafda gedən proseslərə nəzər salsaq görərik ki, artıq Azərbaycanla bağlı olan mənfi məlumat bölgədə gedən müəyyən vacib hadisələrlə uzlaşır. Bunu biz bilirik, görürük və buna qarşı mübarizə aparmalıyıq”.
Hazırda kütləvi informasiya vasitələri, müxtəlif elmi-tədqiqat institutları, eləcə də, qeyri-hökumət təşkilatları informasiya mübarizəsində yaxından iştirak edir. Amma dövlət başçısının bu fikirləri Azərbaycan mətbuatının da üzərinə vəzifələr qoyur. Bu vəzifə ondan ibarətdir ki, ölkəmizə qarşı böhtan kampaniyası aparan, Azərbaycanı dünyada nüfuzdan salmaq istəyən qüvvələrə qarşı mübarizəmizi daha da gücləndirməliyik.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51

