/ / Prezident İlham Əliyev Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binasının əsaslı təmir və bərpa işlərindən sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binasının əsaslı təmir və bərpa işlərindən sonra açılışında iştirak edib
31.12.2010 [10:05]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binası Bakıda tikilən memarlıq abidələri sırasında xüsusi yer tutur. özündə böyük tarix yaşadan və möhtəşəm memarlıq quruluşu ilə paytaxta xüsusi yaraşıq verən bu bina hazırda zəngin Azərbaycan mədəniyyətinin bir parçasıdır.
Tarixi araşdırmalar təsdiqləyir ki, XIX əsrin ortalarından Bakıya daha çox alman və isveç əsilli insanlar gəlməyə başlayıblar. Bakıda yaşanan neft bumu ölkəyə xaricdən işçi qüvvəsinin gəlməsi ilə nəticələnir. O dövrdə Bakıda məskunlaşan alman və isveç əsilli insanlar burada dini ibadət üçün bu kilsəni tikmək qərarına gəlirlər. Tarix boyu tolerantlığı ilə nümunə olan xalqımız bu ideyanın həyata keçirilməsində onlara dəstək verir. Beləliklə, 1896-cı ilin martında Bakıda yevangelik-lüteran kilsəsinin təməli qoyulub və 1899-cu ildə istifadəyə verilib. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bina o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. O vaxtlar bu binanın tikintisinə Nobel qardaşları da diqqət göstərir, odur ki, kilsənin istifadəyə verilməsi mərasimində Bakı qubernatoru ilə yanaşı, Emmanuel Nobelin də iştirak etməsi təsadüfi deyil.
1900-cü ildə kilsədə orqan quraşdırılır və elə həmin il burada ilk konsert təşkil olunur. Sovet dönəmində bir çox dini ibadət ocaqları kimi, bu kilsənin də fəaliyyəti dayandırılır, bəzi hallarda bina sökülmək təhlükəsi ilə üzləşir. Sonrakı illərdə bina Nazirlər Kabinetinin qərarı ilə kamera və orqan musiqisi zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir. O vaxtdan keçən dövr ərzində illər bu binada öz izini qoyur. Baxımsızlıq üzündən binanın tavanı demək olar ki, tamamilə yararsız vəziyyətə düşmüşdü. Mebel və inventarların köhnəlməsi isə burada mərasimlərin təşkil olunmasını mümkünsüz etmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa işlərinin aparılmasına başlanılıb. Mədəni dəyərlərə xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimizin başçısının Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının təmiri və bərpası haqqında imzaladığı Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılıb. Bir neçə ay ərzində burada aparılan işlər bu tarixi binanın həyatında mühüm rol oynayıb.
Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə binada həyata keçirilmiş əsaslı bərpa və yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, uzun illər burada müxtəlif mədəniyyət tədbirləri keçirilib. Bu tarixi bina bir çox möhtəşəm konsertlərə ev sahibliyi edib.
Binada yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı inzibati binaya da baxıb. Bildirilib ki, burada kamera və orqan musiqisi zalının kollektivinin işləməsi və rahat fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı və xanımı əsas binada yaradılmış şəraitlə də maraqlanıblar.
Qeyd olunub ki, Azərbaycan mütəxəssisləri əsaslı təmir və bərpa işlərini binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçiriblər. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilib. Bundan əlavə, binada ilk dəfə havalandırma sistemi qurulub. Məlumat verilib ki, xaricdən dəvət olunan mütəxəssislər orqanı bərpa ediblər.
Burada 110 il əvvəl ilk dəfə orqanda ifa olunmuş musiqi - Aleksandr Hilmanın “Gendelin marşı”, habelə dünya musiqisinin incilərindən bir neçəsi Azərbaycanın Əməkdar artisti, üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Rəna İsmayılovanın orqanda ifasında səslənib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxıblar.
Dövlətimizin başçısı binada görülmüş işlərdən razılığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

