“Qisas” qiyamətə qalmadı...
05.08.2022 [09:25]
Regionun lider dövləti dünyanın diqqət mərkəzində
M.FEYİZLİ
Postkonflikt dövründə regionda cərəyan edən proseslər qalib Azərbaycanla məğlub Ermənistan arasındakı fərqi bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Müharibə başa çatandan sonra Azərbaycan daim yeni təşəbbüslər irəli sürərək sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edir və işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işlərinə başlayıb. Lakin eyni sözləri məğlub Ermənistan barədə söyləmək mümkün deyil. Müharibədə sarsıdıcı məğlubiyyət acısı yaşayan bu ölkə aldığı dəmir yumruq zərbələrindən özünə gələ bilməsə də, təxribat cəhdlərinə rəvac verməkdə davam edir. Ermənistanda hakimiyyət dairələri 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməkdən yayınmaq üçün məsuliyyətsiz davranışlar nümayiş etdirirlər. Müharibənin başa çatmasından iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmaması Ermənistanın sülhə və təhlükəsizliyə təhdidlər yaratmaqda davam etməsinin əyani təzahürüdür.
3 avqustda törədilən növbəti təxribat
Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Ordumuzun bölmələrinin mövqeləri intensiv atəşə tutulub. Nəticədə, hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirməyə və orada yeni döyüş mövqeləri qurmağa cəhd göstəriblər.
Erməni silahlı dəstələrinin bu terror-təxribat cəhdlərinin qarşısını almaq üçün Azərbaycan Ordusu cavab tədbirləri görüb. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Məlumatda daha sonra vurğulanıb: “Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib”.
Erməni tərəfinin məsuliyyəti
Avqustun 3-də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində törədilən terror-təxribat cəhdlərinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Yuxarıda bəhs etdiyimiz ü?tərəfli Bəyanatda “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” müddəası yer alıb. Aradan iki ilə yaxın vaxt ötüb. Bölgədə Rusiya sülhməramlı kontingenti yerləşdirilib və hazırda da fəaliyyət göstərir. Sual olunur: Bəs indiyədək erməni hərbi dəstələri nə üçün Azərbaycan ərazilərindən çıxarılmayıb? Yeri gəlmişkən, Ermənistana məxsus hərbi qüvvələrin Azərbaycan ərazilərində mövcudluğunu bu ölkənin rəsmiləri də açıq şəkildə etiraf edirlər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. “Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il 29 iyun tarixində hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə” dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir”, - deyə məlumatda vurğulanıb..
Aydın şəkildə görünür ki, Ermənistanın siyasi rəhbərliyi ikibaşlı oyun oynamaqda davam edir. Ermənistanın müvafiq qurumlarının təmsilçiləri bir tərəfdən məlum Bəyanata imza atan Rusiyanın, eləcə də Avropa İttifaqının, digər beynəlxalq təşkilatların rəsmiləri ilə görüşlərdə üçtərəfli Bəyanatın icrasının zəruriliyindən danışır, reallıqda isə revanşist mövqedən çıxış edir və Azərbaycanın sülh təşəbbüslərinə əngəllər yaradırlar. Ermənistanın məsuliyyətsiz davranışları, üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsindən yayınmaq cəhdləri növbəti faciəyə yol açdı. Baş verən terror-təxribat cəhdi Ermənistanın sülh yaratma prosesinə vurduğu növbəti zərbədir.
Beynəlxalq rezonans
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində törədilən və insan itkisi ilə nəticələnən son təxribat beynəlxalq səviyyədə ciddi rezonans doğurub. Bu barədə müxtəlif ölkələrin KİV-ində xəbərlər yerləşdirilib. Eyni zamanda, ABŞ Qarabağ ətrafında vəziyyətlə bağlı narahatlığını bildirib. “ABŞ Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir. Biz gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq”. Bu fikirlər ABŞ Dövlət Departamentinin bəyanatında öz əksini tapıb. “Gərginliyin son vaxtlar artması Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayır”, - Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yaydığı yazılı bəyanatda qeyd olunub.
Baş verənlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında baş tutan telefon danışığının da müzakirə mövzusu olub. Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Ermənistan tərəfinin bu təxribatlarının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında imzalanan bəyanatların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib. Nazir 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsinin bölgədə yaşanan gərginliyin əsas səbəbi olduğu diqqətə çatdırılıb.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da baş verənlərdən narahatlığını ifadə edib. O, Twitter hesabında yazıb ki, son günlər Ermənistan və Azərbaycan arasında artan gərginlik xəbərlərindən narahatdır. “Avropa İttifaqı sülh prosesində daha yaxından iştirak etmək niyyətindədir. Gərginliyi aradan qaldırmaq və münaqişə səhifəsini çevirmək üçün tarixi fürsəti dəyərdən salmaqdan çəkinmək vacibdir”, - deyə Toivo Klaar qeyd edib.
Dünən Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Qarabağda vəziyyətin kəskinləşməsini müzakirə edib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, müşavirədə üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Ermənistan qoşunlarının ərazilərimizdən tam çıxardılması labüddür
Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə labüddür. “Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”, - deyə nazirlik bəyan edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55

