İnvestorlar üçün yeni imkanlar...
29.07.2022 [10:02]
Prezident İnvestisiya fəaliyyəti haqqında Qanunu təsdiq etdi
Nicat PAŞA
Hər bir ölkənin inkişafını şərtləndirən əsas amillərdən biri də həmin ölkənin iqtisadiyyatının investisiya təminatıdır. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü iqtisadi siyasətin əsas tərkib hissələrindən biri də regional inkişaf məsələləridir. Bu gün Azərbaycanda regional inkişaf məsələlərinə xüsusi diqqət ayrılır, milli sahibkarlığın inkişaf etdirilməsi məqsədilə dövlət proqramları qəbul edilir, müvafiq fərman və sərəncamlar imzalanır. Ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində icra edilən ardıcıl və sistemli tədbirlər Azərbaycanın bütün dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını, eyni zamanda respublikaya xarici sərmayə qoyuluşlarını təmin edir.
İstər yerli, istərsə də xarici investorlar tərəfindən Azərbaycana sərmayə yatırımlarının edilməsinin təşviq edilməsi, bütün imkanlardan istifadə edərək investorlar üçün daha böyük stimul yaradılması iqtisadi siyasət kursunun əsas istiqamətini, ana xəttini təşkil edir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında həyata keçirilən son nəsil islahatlar, idarəetmə üsullarının təkmilləşdirilməsi, investisiyaların təşviqi mexanizminin işə salınması, əlverişli biznes mühitinin formalaşması, uzunmüddətli dövrü əhatə edən daxili sabitlik və bu kimi digər amillər hər mənada ölkəmizin müsbət imicini formalaşdırır. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycanın investisiya cəlbediciliyi artır.
Özbaşınalığa son qoyuldu
Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə bəzi şəxslər tərəfindən yerli və xarici investorların, sahibkarların fəaliyyətlərinə qarşı göstərilən yersiz müdaxilələrin qarşısı alındı. Bununla da ölkəmizdə özəl sektorun inkişafının qarşısında yaradılan süni maneələr aradan qaldırıldı, mövcud boşluqlar, problemlər köklü şəkildə həllini tapdı. Hələ bir neçə il bundan öncə dövlət başçımızın çıxışlarının birində söylədiyi bu fikirlər - “Azərbaycanda güclü biznes qurumları yaranır və mən də bunu çox alqışlayıram. Mən istəyirəm ki, ölkəmizdə bizneslə məşğul olan bir neçə güclü şirkət olsun. Onlar həm ölkəmizin iqtisadi potensialına öz töhfəsini versinlər, həm də dünya bazarlarına çıxsınlar, başqa ölkələrdə layihələrdə iştirak etsinlər. Əlbəttə ki, biz dövlət tərəfindən gələcəkdə də bunu təşviq edəcəyik” - qısa zaman kəsiyində öz təsdiqini tapdı. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan bu gün xarici investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında ön sıralardadır.
“İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi təsdiq edildi
Prezident İlham Əliyev tərəfindən iyulun 27-də imzalanan “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə Fərman da yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsinə, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasına, beləliklə də ölkəmizdə investisiya mühitinin daha da inkişaf etdirilməsinə xidmət edir.
İstər yerli, istərsə də xarici sahibkarlar üçün olduqca böyük əhəmiyyətə malik olan hüquqi sənəd əlverişli investisiya mühitinin formalaşdırılmasını, azad rəqabət mühitinin gücləndirilməsini, investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı bərabər imkanların yaradılmasını, bu faəliyyətin həyata keçirilməsi şərtlərinin sabitliyinin təmin edilməsi, dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması, iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi kimi önəmli məsələləri özündə ehtiva edir.
“Bir pəncərə” prinsipi əsasında xidmətlər göstəriləcək
Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə Fərmanında əksini tapan digər önəmli yeniliklərdən biri də dövlət qurumları tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsi qaydasının hazırlanmasıdır. Fərmana əsasən, Nazirlər Kabineti dövlət qurumları tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsi qaydasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi ilə bağlı təkliflərini üç ay müddətində, investisiya fəaliyyətinin təşviqi ilə bağlı təkliflərini də beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək də tapşırılıb.
Kompensasiya ödəniləcək
İnvestisiya fəaliyyəti sahəsində imzalanan yeni hüquqi sənəddə qeyd edilən müddəalar arasında investisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya ödənişlərinin edilməsi məsələsi də yer alıb. Qanuna əsasən, investisiyanın dövlət ehtiyacları üçün alınması, habelə Mülki Məcəllə ilə nəzərdə tutulan rekvizisiya istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində investisiyanın və investisiya qoyuluşunun investorun razılığı olmadan alınmasına və milliləşdirilməsinə yol verilməyəcək. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilməyəcək. Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq kompensasiya ödəniləcək. Ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) sonra bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun müəyyən olunur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödəniləcək.
Dəymiş zərərin əvəzinin ödənilməsi
Qanunda o da bildirilir ki, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzi, o cümlədən əldən çıxmış fayda Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən ödənilir.
Qeyd edək ki, “Xarici investisiyanın qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının qüvvədə olduğu zaman investorlara münasibətdə həmin qanunlar əsasında təmin edilən daha əlverişli şərtlər 10 (on) il müddətinə qüvvəsini saxlayır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

