Referendum iddiası - kim tərəfindən və niyə məhz indi ortaya atılıb?
28.05.2022 [18:47]
Azərbaycanın ictimai-siyasi gündəmi zəngindir. Diqqət yetirilən və əsas müzakirə mövzusuna çevrilən məsələlər çoxdur.
Bunlardan biri (və birincisi) sülh prosesi, ölkəmizlə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsidir. Brüsseldə üçüncü üçtərəfli görüşdə mühüm razılaşmaların (sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası, sülh müqaviləsinin hazırlanması ilə əlaqədar) əldə edilməsi Azərbaycanın geosiyasi iradəsinin nəticə verdiyini, prosesdə irəliləyiş olduğunu təsdiqləyir. Ekspertlər bunu Azərbaycanın hərb meydanında qazandığı qələbəni diplomatik müstəvidə möhkəmləndirərək strateji prosesə çevirməsi kimi dəyərləndirirlər. Xarici media da məsələni diqqətdə saxlayır, müxtəlif rakurslardan şərh edir. İfadə olunan qənaət budur ki, Bakı Cənubi Qafqazda etimad quruculuğunu mümkün edən strateji fəaliyyət həyata keçirir. Xüsusilə də, Azərbaycan ilə Türkiyənin ortaq siyasi iradə əsasında atdığı addımların bölgədə yeni geosiyasi nizam - sülh, sabitlik - təhlükəsizlik və əməkdaşlıq mühiti yaratdığı vurğulanır.
Dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda beynəlxalq əhəmiyyətli vacib tədbirlərin keçirilməsi ("Teknofest-2022", "Formula-1") də yerli və xarici mətbuatın gündəm mövzularındandır. İqtisadçı-ekspertlər, siyasətşünaslar qeyd edirlər ki, zaman-zaman mühüm diplomatik görüşlərin baş tutduğu paytaxt Bakıda belə tədbirlərin keçirilməsi Azərbaycanın yüksək nüfuzunu - müsbət imicini əks etdirməklə yanaşı, ölkə reallıqlarının təbliği baxımından da önəmlidir.
Daha bir məqam: müxtəlif ölkələrin rəhbərlərinin və rəsmilərinin Prezident İlham Əliyevə telefon zənglərində, ünvanladıqları məktublarda ifadə etdikləri fikirlər Azərbaycanın etibarlı ve perspektivli tərəfdaş kimi dünya siyasi arenasında öz mövqeyini möhkəmləndirdiyini, ölkəmizlə əməkdaşlığın dərinləşdirilməsinin strateji öncəliklər sırasında olduğunu təsdiqləyir. Bu isə müxtəlif informasiya resurslarında geniş əks olunur.
Bütün bu reallıqların fonunda müəyyən xarici dairələr saxta və süni gündəm yaratmaq üçün müxtəlif iddialar ortaya atır, dezinformasiya yayırlar. Bunlardan biri də Azərbaycanda guya yaxın zamanda referendumun keçiriləcəyidir. "BBC Azərbaycan" sosial şəbəkələrin də imkanlarından istifadə edərək bu barədə xəbərlər tirajlayır, ictimai fikrin diqqətini digər məsələlərdən (yuxarıda bəhs olunan reallıqlardan) yayındırmağa çalışır. Saxta referendum haqqında xəbərin "BBC Azərbaycan"ın feysbuk səhifəsində reklama qoyulması isə bu məqsədli və qərəzli informasiya kampaniyasının ünvanını aşkar etməyə (haradan gəldiyini müəyyənləşdirməyə) imkan verir.
Təbii ki, belə cəhdlər ilk olmadığı kimi, sonuncu da deyil. Biz Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları, forumlar və digər tədbirlər zamanı xarici mənşəli kampaniyaların - Azərbaycan haqqında neqativ informasiyaların yayılmasının, sabitliyi hədəfə alan hərəkətlər edilməsinin - bəyanatlar verilməsinin şahidi olmuşuq. Və hər zaman belə kampaniyaların sifarişçiləri və icraçıları deşifrə (ifşa) olunub, siyasi ajiotaj yaratmaq, ictimai rəyi gərginləşdirmək cəhdləri heç bir effekt və nəticə verməyib. Təbiri caizsə, Azərbaycan ictimaiyyətində bu cür informasiya kampaniyalarına (dezinformasiya virusuna) qarşı ictimai immunitet formalaşıb. Ona görə də "BBC Azərbaycan" kimi xüsusi informasiya təyinatlılarının ictimai rəyi "idxal mənşəli - genetik modifikasiya olunmuş zərərli xəbərlər"lə - dezinformasiya ilə qidalandırmaq cəhdləri iflasa məhkumdur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42

