Azərbaycanın dünya iqtisadiyyatında rolu artır
24.10.2010 [11:28]
Böyük Britaniyanın “The Times” qəzeti Azərbaycanın makroiqtisadi vəziyyəti və həyata keçirilən islahatların effektiv nəticələri barədə yazı dərc edib. “Urrer Reach” agentliyinin hazırladığı hesabata əsaslanan yazıda respublikamızın ümumi inkişaf dinamikasını əks etdirən dolğun fakt və arqumentlərlə yanaşı, Azərbaycanın dünya iqtisadiyyatında artan rolu ətraflı şəkildə öz əksini tapıb.
“The Times” qeyd edir ki, qlobal maliyyə böhranı və yaşanan iqtisadi tənəzzül dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrini iflic vəziyyətinə salsa da, Azərbaycan bu resessiyalardan xilas ola bilib. ölkə iqtisadiyyatı böhran dövründə Mərkəzi Asiya və Avropa regionunun ölkələrindən daha yaxşı davamlılıq nümayiş etdirib. Həmin dövlətlər böhranın təsirləri nəticəsində geriləməyə məruz qaldığı halda, Azərbaycanda iqtisadi artım tempi davam edib. ölkəmizdə iqtisadiyyatın inkişafı üçün yaradılan hüquqi baza, aparılan iqtisadi islahatlar, həyata keçirilən iqtisadi strategiya inkişafın davamlılığını təmin edib. Respublikamız ümumi daxili məhsulun artım tempinə görə, dünyada ilk yerlərdən birini tutub. Bu nailiyyətlər, iqtisadi islahatlar, o cümlədən, biznes mühitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlər beynəlxalq iqtisadi tədqiqat mərkəzlərinin diqqətindən yayınmayıb. Dünya İqtisadi Forumunun 2009-2010-cu illərə dair Qlobal Rəqabət Hesabatında ölkəmiz 18 pillə irəliləyib.
“Urrer Reach” agentliyinin hesabatını hazırlayan müəlliflərin qənaətinə görə, dünyada baş verən tendensiyaların Azərbaycanın maliyyə bazarına ciddi müdaxilə etməməsinə səbəb hökumətin effektli və təxirəsalınmaz tədbirlər planı həyata keçirməsi ilə bağlıdır. Azərbaycan hökumətinin böhrana qarşı mükəmməl iqtisadi konsepsiya hazırlaması və həyata keçirməsi makroiqtisadi sabitliyin davamlı şəkildə qorunmasına və real sektorda iqtisadi dinamizmin artmasına imkan yaradıb. Eyni zamanda, respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldir və böhranın ölkəmizə mənfi təsirlərinin qarşısını almış olub.
Azərbaycan hökumətinin müəyyənləşdirdiyi iqtisadi siyasətin başlıca hədəfləri əhalinin sosial şəraitinin yaxşılaşması, iqtisadi bölmələrdə fəallığın təmin edilməsi, maliyyə bazarının canlandırılması və investisiya qoyuluşlarının davam etdirilməsi ilə bağlı olub. Azərbaycanın böhrana qarşı tədbirlər planının əsas ssenariləri makroiqtisadi sabitliyin möhkəmlənməsinə və davamlı inkişafın intensiv xarakter almasına impuls verməkdən ibarət olub.
“The Times”də dərc olunmuş hesabatda o da qeyd olunur ki, Azərbaycan iqtisadiyyatında enerji sektorunun aparıcı yer tutmasına baxmayaraq, hazırda əsas prioritet qeyri-neft sektorudur. Yazıda neftdən kənar sahələrin inkişafı və kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə bank sektorunun geniş potensiala malik olduğu vurğulanır. Hesabatda, həmçinin, Azərbaycanın geniş turizm potensialına malik olmasından, son zamanlar ölkəyə artan xarici turist axınından və turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunur. Mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində “Bakı prosesi”ndən bəhs olunur və müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası dialoq prosesində özünəməxsus rol oynadığı bildirilir.
“The Times” eyni zamanda, ölkəmizlə Böyük Britaniya arasında iqtisadi əlaqələrin dinamik inkişafından, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasından da yazıb. Hesabat müəllifləri respublikamızdakı əlverişli investisiya mühitinə toxunaraq bu faktorun xarici sərmayəçilərin yatırdığı investisiyaların artan həcmi ilə əsaslandırıblar. Onların fikrincə, mövcud biznes atmosferası xarici investorlar üçün geniş imkanlar açır və buna görə də, son illərdə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin, iş adamlarının sayı durmadan artır. Yazıda Azərbaycanın regionda xarici sərmayədarlar üçün əsas ölkə olduğu, son onillikdə iqtisadiyyatın müxtəlif sahələrinə 25 milyard ABŞ dolları xarici sərmayənin yatırılmasının respublikamızda yaradılmış əlverişli işgüzar mühitin bariz göstəricisi olduğu qeyd olunur. Bu tendensiya Böyük Britaniyanın iş adamlarının marağının artmasını da stimullaşdırıb. Hazırda 100-dən artıq Britaniya şirkətinin ölkəmizdə fəaliyyət göstərdiyini vurğulayan hesabat müəllifləri ingilis sərmayəçilərinin davamlı layihələr həyata keçirdiyini qeyd edirlər.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

