Tofiq Yaqublu Əli Kərimlini niyə hədəf seçdi?
26.04.2022 [20:10]
Köhnə “dost”lar yeni düşmən rolunda...
Belə bir deyim var: köhnə düşmən dost olmaz.Köhnə dostdan isə düşmən olar. Xüsusilə də, bu “dostluq” şəxsi ambisiyalar, mənfəət və konyuktur maraqlar üzərində qurulubsa.
Siyasətdə də bu yanaşma özünü doğruldur. Məsələn, bir zamanlar hakimiyyəti qəsb edən AXC-Müsavat cütlüyündə təmsil olunan “sadiq dostlar”ın sonradan qanlı-bıçaqlı düşmənə çevrilərək bir cüt – iki tək qalması kimi. Müxalifətin radikal qanadı kimi tanınan düşərgənin təmsilçiləri zaman-zaman bu mövzular ətrafında cuşa gəlib qanadlanırlar. Gah bir-birini ittiham edirlər, gah gərginliyi gizlətməyə çalışırlar, gah da bilərəkdən nümayiş etdirirlər. Fərqli maraqları və niyyətləri var. Amma bütü hallarda ziddiyyətdən qidalanırlar.
Sosial mediada yayılan səs yazısında Tofiq Yaqublunun AXCP sədri Əli Kərimlinin ünvanına söylədiyi sözlər də bu reallığı təsdiqləyir. Yaqublu Kərimlini ittiham edir, daha dəqiq desək, xəyanətdə suçlayır: “Əli Kərimli Elçibəy hakimiyyətinin devrilməsinin, onun impiçmentinin qərar layihəsini imzalamış adamdır. Bu gün Müsavat partiyasının tarixini təftiş edir”. Bu sözlər, əslində, bir neçə məsələni aşkar edir:
- AXCP ilə Müsavat partiyası arasında gərginlik hökm sürür. Əslində, mehriban düşmənlərin münasibətlərində, yumşaq desək, problemlərin olması ənənədir – hər zaman aktualdır. Əvvəl partiya, düşərgə bölənlər(parçalayanlar) sonradan qrant böl(üşdür)mək uğrunda mübarizəyə başlayıblar və indiyə qədərbütün gərginliklər donor büdcəsini mənimsəmək üzərində olub. Əli Kərimlinin Müsavat partiyasının keçmişini təftiş etməyə çalışması isə yenidən ocağın alovlandığını göstərir;
- Tofiq Yaqublu və Əli Kərimli “siyasi əqidədaş”dırlar – ikisi də “milli şura”nın virtual divarları arasındakı siyasi hərarəti bölüşürlər. Qanunsuz aksiyalarda Yaqublunun Kərimlini desibel rekordunu təzələyəcək səs tonu ilə bağıraraq müşayiət etməsi reallıqdır. İndi ikisinin AXCP-Müsavat qovğasında qarşı-qarşıya gəlməsi təəccüblü görünsə də, təsadüfi deyil. Bu, çoxdan iflasa uğramış “milli şura” layihəsinin sabun köpüyündən başqa bir şey olmadığını bir daha təsdiqləyir;
- AXCP sədri Əli Kərimlinin müavini və mirzəsi olan Seymur Həzi Tofiq Yaqublunun kürəkənidir. Görünən odur ki, tərəflərin qarşıdurmasının siyasi əsasları həm də məişətməsələləri ilə əlaqədardır (siyasəti məişət səviyyəsinə endiriblər). Həmin düşərgədə təmsil olunan bəzi mənbələrin məlumatına görə, Seymur Həzi uzun müddətdir ki, Müsavat partiyası ilə gizli danışıqlar aparırmış, hətta informasiya sızdırırmış. Aşkar (ifşa) olunduqdan sonra məsələ böyüyüb və S.Həzi rəngini bəlli edib: “Müsavata keçmək istəyirəm”. Bundan sonra Ə.KərimliMüsavat və onun keçmiş sədri İsa Qəmbər haqqında ittihamlar səsləndirməyə başlayıb. Yaqublunun isə Ə.Kərimlinin ittihamlarına sərt reaksiya verməsi göstərir ki, o, S.Həzinin separat danışıqlarından və “casus fəaliyyəti”ndən əvvəlcədən xəbərdar olub.
Diqqətçəkən məqamlardan biri həmin səs yazısında Tofiq Yaqublunun tənqid oxlarını Gültəkin Hacibəyliyə də tuşlamasıdır. Yaqublu Hacıbəylinin Müsavat haqqında ironik, kinayənli fikirlərinə münasibət bildirərək “Ay Gültəkin xanım, sənə heç kim heç nə demir axı. Siz indiki vaxtda niyə köhnə şeyləri qabardırsınız” deyib. İkisi də “milli şura”da adı olan, özü olmayanlar sırasındadır, yəni siyasi həmfikirdirlər. Amma kağız üzərində. Görünən odur ki, özünü radikal düşərgənin “siyasi afrodita”sı, yaxud “siyasi primadonna”sı kimi təsvir və təqdim edən Gültəkin Hacıbəyli bu maraq savaşında mövqeyini – cəbhəsini müəyyənləşdirib: Əli Kərimlinin yanında olmaq, Müsavata atəş açmaq. Amma nəzərə almaq lazımdır ki, Hacıbəylinin mövqeyi heç vaxt sabit, əqidəsi isə bütöv olmayıb. Əslində isə, tərəflərin bir-biri ilə mübarizəsinin əqidə ilə heç bir əlaqəsi yoxdur. Davanın nə davası olduğu isə yaxın günlərdə, bəlkə də, yaxın saatlarda tam məlum olacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27

