Bumeranq effekti
24.04.2022 [14:20]
Sülh prosesini sabotaj etmək İrəvana nə qazandırır?
Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə Brüsseldə görüşü - üçtərəfli görüş zamanı postmünaqişə mərhələsinin reallıqları diqqət mərkəzində oldu. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq edilməsi üçün humanitar tədbirlərin davam etdirilməsi, sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqədar konkret addımların atılması, kommunikasiyaların açılması məsələləri geniş müzakirə edildi. Ən əsası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını - prosesin davam etdiyini göstərirdi. Bununla yanaşı, razılığa gəlinən digər məsələ sərhədlərin dəqiqləşdirilməsi ilə əlaqədar oldu. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratmaq barədə qərarları sərhəddə gərginliyin aradan qaldırılması, delimitasiya və demarkasiya prosesinin maneəsiz və ardıcıl davam etdirilməsi üçün önəmli idi.
Proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirildi. Hər zaman olduğu kimi, Azərbaycan siyasi-hüquqi öhdəliklərinə sadiq qalaraq bəyanatları və strateji fəaliyyəti ilə sülh quruculuğuna mühüm töhfələr verir. Ermənistanın davranışları da həmişəki kimidir: İrəvan hərbi-siyasi təxribatlarını davam etdirərək sülh prosesini sabotaja məruz qoyur. Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan sərhədini keçməyə cəhd göstərməsi də bunun bariz nümunəsidir.
Şübhəsiz, hərbi-siyasi təxribatlar, vaxtı uzatmaq, prosesdən yayınmaq və təxribat cəhdləri İrəvan üçün, sadəcə, bumeranq effekti vəd edir: iqtisadi tənəzzülün sürətlənməsi, geosiyasi təcridin dərinləşməsi və s. Digər tərəfdən, Cənubi Qafqazda postmüharibə dövrü olsa da, hərbi-siyasi təxribatlar, üçtərəfli Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirməkdən, sülh müqaviləsini imzalamaqdan yayınmaq kimi siyasi sabotajlar eskalasiyaya, hətta yeni müharibəyə səbəb ola bilər. Doğrudur, Azərbaycan müharibə olmasını istəmir, sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır. Amma Ermənistanın yanaşması adekvat olmalıdır. Hər halda, Bakı istənilən yolla hədəfinə çatacaq. Siyasi-diplomatik üsulların nəticə verməyəcəyi təqdirdə, müharibənin bərpası qaçılmaz ola bilər. İrəvanın seçimindən asılıdır. Ermənistan məsuliyyətini dərk etməli və öhdəliklərini yerinə yetirməlidir. Özü də vaxt itirmədən. Çünki vaxt itkisi daha böyük itkilərə səbəb ola bilər!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

