02.04.2016 Apreldən Zəfər ayına gedən yol
02.04.2022 [00:15]
İlham Əliyev: Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik dövrü xalqımızın çoxəsrlik dövlətçilik tarixini zənginləşdirən zirvə hadisələri ilə əlamətdardır. İstər daxili, istərsə də xarici siyasətdə müşahidə olunan bu hadisələr Azərbaycan dövlətinin qüdrətinin artmasında, siyasi, iqtisadi, mədəni, diplomatik və hərbi müstəvidə mühüm uğurların - strateji nailiyyətlərin qazanılmasında öz ifadəsini tapır. Bunlardan biri də Azərbaycan Ordusunun gücünü, xalqımızın sarsılmaz həmrəyliyini - milli mübarizə ruhunu əks etdirən Aprel döyüşləridir.
2-5 aprel 2016-cı il tarixində baş verən Aprel döyüşləri Azərbaycan dövlətinin siyasi iradəsini, ölkəmizin Ermənistanın işğalçı, dünya birliyinin isə ikili standartlar siyasəti ilə heç vaxt barışmayacağını göstərən tarixi hadisə idi. Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyi həmin dövrdə cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışırdı. Lakin Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin çoxsaylı canlı qüvvə, texnika itirməsi, 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması Ermənistanın niyyətlərinin iflasla nəticələnməsini şərtləndirdi. Aprel döyüşləri o zaman status-kvonun qəbuledilməzliyini qətiyyətlə ifadə edən Azərbaycanın Ermənistanın təxribatlarına dözmək niyyətində olmadığını, düşmənə layiqli cavab vermək əzmində və iqtidarında olduğunu göstərdi.
Digər tərəfdən, Azərbaycan Ordusunun şanlı Aprel qələbəsindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Bunlarla yanaşı, Aprel döyüşləri erməni təbliğat maşınının “Ermənistan ordusunun gücü” haqqında formalaşdırdığı mifi dağıtdı. Bundan sonra elə Ermənistanın hərbi-siyasi dairələrinin bir sıra nümayəndələri öz ölkələrinin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərdilər. Yəni 2016-cı ilin Aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin təcavüzkar siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi. Aprel döyüşləri, eyni zamanda, sarsıdıcı zərbə kimi Ermənistanda hərbi xunta rejiminin çökməsində mühüm rol oynadı.
Ən əsası, Aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, Azərbaycanın şanlı hərb salnaməsinə düşən tarixi Zəfərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir”.
Təsadüfi deyil ki, bundan 4 il sonra Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalətin bərpası təmin edildi. Prezidentimiz dəfələrlə qeyd etmişdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. İlham Əliyevin sözünün imzası qədər dəyərli - keçərli olduğu növbəti dəfə sübuta yetirildi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, Liderimizin qalib dövlətin başçısı kimi imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Ermənistan üçün biabırçı kapitulyasiya aktı oldu! Azərbaycan 44 günlük müharibədə tarixi qələbə qazanaraq ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni zəfər salnaməsi yaratdı.
İstər Aprel döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsi tariximizin şanlı qürur səhifəsi, iftixar mənbəyidir. Bunlar, eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qalib Azərbaycanın sarılmaz qüdrətinin ifadəsidir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20

