13 il öncə...
19.03.2022 [00:44]
Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı dünya səviyyəsində tanındı
Taleh AĞAVERDİYEV
Hər bir xalqın əsas milli bayramı var. Azərbaycanda belə əlamətdar bayram Novruz bayramıdır.
Novruz bayramını Azərbaycan mədəniyyətinin təməl daşlarından biri adlandırmaq olar. Bu, həm astronomik hadisəyə, həm də qədim zamanlardan bəri yeni illik dövrün başlanğıcına işarə edən bayramdır. Azərbaycanda Novruz bayramının tarixi minilliklərə gedib çıxır və müxtəlif ideologiyaların və dinlərin güclü təsirinə baxmayaraq, bu gün də onun əsas mənaları və atributları qorunub saxlanılıb.
Novruz sevinc və əyləncə dolu, parlaq, rəngarəng bayramdır. Amma onun mahiyyəti hər zaman xeyirxahlıq və sevgi olub, bu gün də davam edir. Bu bayram müxtəlif təbəqələrdən olan insanları bir araya gətirir, cəmiyyətdə qarşılıqlı hörməti, anlaşmanı və sülhü möhkəmləndirir. Novruz günlərində ehtiyacı olanlara göstərilən mərhəmət onu daha da əzəmətli edir. Azərbaycanda bu ənənə solmazdır.
Orta əsrlərdə müsəlman dini Novruzun bütpərəst mənşəyini xatırlayaraq qeyd olunmasına mənfi münasibət bəsləyirdi. Keçən əsrdə Azərbaycanda (eləcə də bir sıra Orta Asiya respublikalarında) Novruz bayramı dini mənşəli olması səbəbindən sovet hakimiyyəti tərəfindən qəti şəkildə xoş qarşılanmırdı və qadağa olunurdu. Amma heç bir qadağalar insanları sevimli bayramlarından imtina etməyə məcbur edə bilməzdi.
Sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir vaxtda Novruz bayramı bütün məna və simvolları ilə xalqımızın tarixi-mədəni irsə dərin bağlılığını əyani şəkildə nümayiş etdirir. Bu gün Novruz bayramı dövlət səviyyəsində xüsusi təntənə ilə qeyd olunur. Azərbaycan Prezidenti hər il bu bayram münasibətilə xalqa təbrik ünvanlayır, bütün ailə üzvləri ilə birlikdə Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edir.
Üstəlik, məhz Azərbaycanın təşəbbüsü ilə bu bayram dünya səviyyəsində qeyd olunmağa başladı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində 2009-cu ilin oktyabrında Əbu-Dabidə keçirilən UNESCO -nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində Novruz bayramı çoxmillətli irs kimi UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Ərizə Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə və Özbəkistan tərəfindən təqdim olunub. 2010-cu il fevralın 23-də isə BMT-nin Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü kimi tanıyıb.
Bir vaxtlar BMT-nin keçmiş baş katibi Pan Gi Mun bu bayramın təbiətlə harmoniya, insan həmrəyliyi və yeni başlanğıcları simvolizə etdiyini vurğulamışdı. “Bunlar iqlim dəyişikliyi problemlərini həll etmək, yoxsulluqla mübarizə aparmaq və uzun müddətdir davam edən münaqişələri həll etmək üçün bizə lazım olan dəyərlərdir” - deyə Pan Gi Mun bildirmişdi.
Bu hadisə Azərbaycanın bu qurumdakı ardıcıl fəaliyyətinin, eləcə də ölkənin ali rəhbərliyinin təhsilə, elmə, mədəniyyətə xüsusi diqqətinin nəticəsi idi. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurub, qurumun fəaliyyətinə öz töhfəsini verib. 2004-cü il avqustun 13-də xalqımızın ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsində yorulmaz fəaliyyətinə, təşkilatın ideallarına sədaqətinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO -nun xoşməramlı səfiri adına layıq görülüb. Ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında və möhkəmlənməsində Azərbaycanın birinci xanımının müstəsna xidmətləri var.
Onun fəaliyyəti, ilk növbədə, Azərbaycanı, onun zəngin mədəniyyətini, qədim tarixini, incəsənətini və musiqisini dünyaya daha çox tanıtmaq məqsədi daşıyır. Məhz bu işin sayəsində UNESCO-da mütəmadi olaraq Azərbaycana həsr olunmuş tədbirlər keçirilir, İçərişəhər tarix-memarlıq qoruğu, o cümlədən Şirvanşahlar Sarayı və Qız Qalası, Qobustandakı qayaüstü təsvirlər, qədim Azərbaycan şəhəri olan Şəki, Xan Sarayı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, ənənəvi Azərbaycan xalçaçılıq sənəti, at oyunu Çovqan, kəlağayının tikmə və geyinmə sənəti və rəmzləri, Lahıcda mis qabların hazırlanması, lavaşın bişirmə mədəniyyəti, dolma hazırlamaq ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Məhz Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti sayəsində dünya Azərbaycanı qədim və zəngin mədəni irsə malik ölkə kimi tanımağa başlayıb.
Keçmişimizin lap dərinliklərindən gələn Novruz bayramı xalqımızın mənəvi dünyasının ayrılmaz hissəsi olub, Odlar yurdunda həmişə ehtiramla qeyd olunub. Azərbaycanı qədim sivilizasiya mərkəzlərindən biri kimi tərənnüm edən misilsiz dəyərlərimiz sırasında bu bayramın ənənələri müstəsna yer tutur. Və Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə siyahısına salınması əslində hər bir azərbaycanlının nailiyyətidir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32

