Münhen qələbəsindən 21 ay sonra...
16.02.2022 [14:47]
Diplomatik uğurdan kapitulyasiya aktına gedən yol
Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi həm də dərin strateji diplomatiya siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bütün cəbhələrdə – istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq oldu. Azərbaycan Prezidenti müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa etdi, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırdı. Bu səpkidə 2019-cu il baş tutmuş Münhen Təhlükəsizlik Konfransında dövlətimizin başçısının növbəti diplomatik qələbəsinin əhəmiyyətini ayrıca qeyd etmək lazımdır.
Tarix, siyasət və hüquq dərsi
Münhen qələbəsi Azərbaycanın hücum diplomatiyasının mühüm tərkib hissəsi və real nəticəsidir. Prezident İlham Əliyev “Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir” ,- deyə vurğulayıb. Şübhəsiz ki, Münhen qələbəsi Azərbaycanı tarixi Zəfərə aparan diplomatik-strateji nailiyyətlərdən biridir. Sözügedən konfrans zamanı Prezident İlham Əliyev Azərbaycanın prinsipial mövqeyini, tarixi faktlar və reallıqları qətiyyətlə ifadə etdi. Cənab İlham Əliyev Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq müstəvisində, həm də beynəlxalq birliyin mövqeyi fonunda dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Azərbaycan Prezidentinin Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair ifadə etdiyi siyasi-hüquqi gerçəkliklərin qarşısında Paşinyan tutarlı heç bir fikir səsləndirə bilmədi, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı, onun absurd iddiaları dövlətimizin başçısı tərəfindən darmadağın edildi.
Diplomatik qələbənin döyüş meydanında həlledici davamı
2020-ci ildə beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusunun tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyü bərpa etməsi sözügedən diplomatik qələbənin döyüş meydanında həlledici davamı oldu. 2019-cu ildə Münhendə Azərbaycan Prezidenti qarşısında aciz duruma düşən Paşinyan bu dəfə 44 günlük müharibənin nəticəsi olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Azərbaycanın milli gücünün ifadəsi
Beləliklə, sarsılmaz zərbələr alaraq acınacaqlı vəziyyətə düşən Ermənistan Azərbaycanın qarşısında diz çökdü, dövlətimiz öz milli güc resursları ilə münaqişənin hərbi-siyasi yolla həllinə müvəffəq oldu.
Münhen qələbəsi Azərbaycan Prezidentinin xalqdan dəstək alan, intellektual və vətənpərvər şəxsiyyət, rasional – dəmir məntiqə malik və praqmatik siyasətçi olduğunu bir daha təsdiqlədi. Bu, həm də Azərbaycan dövlətinin gücünün – qüdrətinin ifadəsi idi!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13

