29 il əvvəl bu gün - 5 fevral 1993-cü il
05.02.2022 [09:39]
Naxçıvanda qardaş Türkiyə Respublikasının Baş Konsulluğu fəaliyyətə başladı
Nurlan QƏLƏNDƏRLİ
Tarix dünənin siyasəti, siyasət bu günün tarixidir. Azərbaycan-Türkiyə münasibətləri isə bütün siyasi hadisələr və proseslərin fövqündə - dostluq, qardaşlıq və strateji tərəfdaşlıq zirvəsindədir. Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri dünya üzrə unikal bir nümunəyə çevrilib. Dövlətlərarası strateji əlaqələrlə yanaşı, ortaq tarix və milli-mənəvi dəyərlər xalqlarımızın sıx birliyini - həmrəyliyini təmin edən amildir.
Ümumiyyətlə, Bakı ilə Ankara arasında diplomatik münasibətlərin qurulduğu 30 ildən artıq müddət bir çox əlamətdar hadisələrlə, önəmli məqamlarla zəngindir, elə tarixin özüdür. Bunlardan biri 5 fevral 1993-cü il tarixində Naxçıvanda Türkiyə Respublikasının Baş Konsulluğunun fəaliyyətə başlamasıdır. 29 il əvvəl Naxçıvanda fəaliyyətə başlamış Türkiyə Respublikasının Baş Konsulluğu bu gün öz işini uğurla davam etdirir. Hazırda diplomatik missiyaya sayca 14-cü baş konsul - Mehmet Emin Kiraz müvəffəqiyyətlə rəhbərlik edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyə olub - 9 noyabr 1991-ci il. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin yanvarın 14-də yaradılıb. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə o zaman muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevin Türkiyə Respublikasına ilk rəsmi səfəri çərçivəsində imzalanmış “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” ilə qoyulub. Səfərin baş tutduğu, protokolun imzalandığı tarix 24 mart 1992-ci ildir. Bu, blokada vəziyyətində və şəraitində olan Naxçıvanın qonşu ölkələrlə, eləcə də dost, qardaş Türkiyə ilə sıx təmaslarının yaradılması baxımından olduqca mühüm əhəmiyyətə malik idi. Xüsusilə də, erməni təcavüzünün və ərazi iddialarının aktual olduğu bir dönəmdə əlaqələrin gücləndirilməsi strateji önəm daşıyırdı. Xatırladaq ki, Türkiyə Respublikası tərəfindən 1992-ci ilin mayında Naxçıvanın Sədərək rayonuna ermənilərin hücumu ilə əlaqədar bəyanat qəbul edilmişdi. Qardaş ölkə 1921-ci ildə imzalanmış Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvanın muxtariyyətinin qarantı olduğunu dünya ictimaiyyətinə qətiyyətlə ifadə etmişdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri nəticəsində 57 dövlət tərəfindən isə Ermənistanın Naxçıvana hərbi təcavüzünü pisləyən bəyanatlar verilmişdi. Ulu Öndər 1992-ci ilin iyulunda Türkiyəyə səfər etmiş, qardaş ölkənin dövlət rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüşmüşdü. Bir sıra məsələlərin müzakirə olunduğu səfər zamanı Naxçıvanda Türkiyə konsulluğunun açılması məsələsi də öz həllini tapmışdı. Nəticədə 5 fevral 1993-cü il tarixdə konsulluq fəaliyyətə başlamışdı.
Bunlarla yanaşı, fəal təmasların və ortaq siyasi iradə nümayiş etdirilməsi nəticəsində çox mühüm addımlar atılmış, o cümlədən Həsrət, Ümid körpüsü açılmış, Türkiyə dövləti Naxçıvana kömək üçün 100 milyon dollar kredit ayırmış, Naxçıvanı Bakı ilə birləşdirən yeganə nəqliyyat yolu - Naxçıvan hava limanı yenidən qurulmuşdu. Ümumiyyətlə, Heydər Əliyevin bu təmasları və təşəbbüsləri təkcə blokada vəziyyətində olan Naxçıvanın dirçəldilməsi baxımından əhəmiyyətli deyildi. Bu, eyni zamanda, muxtar respublikaya qarşı yönəlmiş təhdidlərin neytrallaşdırılması - təhlükələrin dəf edilməsi, eləcə də beynəlxalq ictimaiyyətin diqqətinin Qarabağ probleminə, Azərbaycana qarşı təcavüzkar siyasətə, onun nəticələrinə yönləndirilməsi, reallıqların geniş auditoriyaya çatdırılması üçün böyük önəm daşıyırdı. Heydər Əliyev keçirdiyi görüşlərdə, apardığı danışıqlarda daim bu məsələləri əsas müzakirə mövzusu kimi nəzərə çatdırırdı.
Ümummilli Lider 1993-cü ildə hakimiyyətə gəldikdən sonra dost və qardaş ölkə münasibətlərin inkişafına xüsusi diqqət yetirildi, bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətt üzrə inkişaf etdi. Eyni zamanda, bu strateji xətt Prezident İlham Əliyevin xarici siyasət kursunun çox mühüm prioritetlərindən və istiqamətlərindən birini təşkil edir. Ötən dövrün mənzərəsinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, iki ölkə bu müddət ərzində əsrə bərabər inkişaf yolu keçib, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri ən yüksək nöqtəyə - zirvəyə çatıb. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr isə regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsi isə məmnunluq doğurur. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Daha dəqiq desək, Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır”.
Vacib təfərrüatlardan biri budur ki, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması üçün milli mübarizəsinin uğurla nəticələnməsində, möhtəşəm tarixi qələbəsinin təmin edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin müstəsna rolu oldu. Heç şübhəsiz, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda isə Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. Başqa sözlə, iki qardaş ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı-faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın güclənməsində vacib rola malikdir.
“Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır” , - deyə Prezident İlham Əliyev qeyd edib. Əlbəttə, Türkiyə güclüdürsə, Azərbaycan da güclüdür. Azərbaycan güclüdürsə, Türkiyə də güclüdür, başqa sözlə, biz birlikdə güclüyük. Bu reallıq isə iki ölkənin birlikdə yeni strateji zirvələr fəth edəcəyinə əminlik yaradır!
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32

