Azərbaycan və Türkiyə çiyin-çiyinə irəliləyir və böyük zirvələri fəth edir
19.08.2010 [09:03]
XXI əsrin ən mühüm strateji layihələrini gerçəkləşdirməyə nail olan və regionun geoiqtisadi xəritəsini dəyişdirən qardaş ölkələr - Azərbaycan və Türkiyə dünyada ən etibarlı və möhkəm strateji tərəfdaşlığın nümunəsini nümayiş etdirməkdədir. çoxşəbəkəli trans-enerji və kommunikasiya marşrutlarının diversifikasiyasını dərinləşdirən hər iki ölkə nümayiş etdirdikləri birgə qətiyyət və siyasi iradə nəticəsində bölgədə böyük nüfuz, güc sahibinə çevrilməkdədir. ölkələr arasında qarşılıqlı əməkdaşlıq tellərinin möhkəmlənməsinə impuls verən keyfiyyət çalarlarının müşahidə olunması Azərbaycanın və Türkiyənin qüdrətini, artan gücünü daha da möhkəmləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, iki xalqın ortaya qoyduğu iradə sayəsində, Türkiyə və Azərbaycan bütün məqsədlərinə çatmağa nail olacaq: “Biz çiyin-çiyinə irəliləyirik və böyük zirvələri fəth edirik. Mən əminəm və şübhə etmirəm ki, bundan sonrakı dövrdə də həmişə olduğu kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edəcəkdir”. Böyük tarixi keçmişə malik olan, əsrlər boyu bir yerdə, dostluq-qardaşlıq şəraitində yaşayan və həmişə bir-birinə dəstək olan xalqlarımız arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatması bu Türk dövlətlərinin sarsılmaz qüdrətinə yeni güc verəcək.
Türkiyə Prezidenti Abdullah Gülün respublikamıza səfəri zamanı hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə isə Azərbaycan və Türkiyənin yaxın gələcəkdə ən güclü və qüdrətli dövlət kimi dünya miqyasında nüfuz sahibi olmasına möhkəm təməllər yaradır. Bu sənəd təkcə Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin inkişafı üçün deyil, həm də Türk ölkələrinin, sülh və təhlükəsizliyə töhfə verən bölgə dövlətlərinin sıx inteqrasiyası, qarşılıqlı səmimi əlaqələrinin pozitivliyi üçün mühüm rol oynayan fundamental proqram kimi səciyyələndirilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir: “Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir”.
Təbii ki, ölkələr arasında yüksək dinamizmə yol açan bu cür sənədlərin imzalanması, eyni zamanda iqtisadi təmasların yeni mərhələyə qədəm qoyması üçün də baza yaratmış olur. Türkiyə Prezidenti Abdullah Gülün vurğuladığı kimi, ikitərəfli əlaqələrin dinamikasındakı inkişaf meylləri siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığa geniş yol açmış olur: “Biz nəinki qarşılıqlı yatırımların həcmini artırırıq, eyni zamanda, artıq üçüncü ölkələrdə birgə sərmayə qoyuluşu haqqında ciddi fikir mübadiləsi aparırıq və əminəm ki, bu sahədə yaxşı nəticələr ola bilər. Daha çox qarşılıqlı iş qurmaları, qarşılıqlı sərmayə qoymaları üçün şirkətlərimizi qarşılıqlı olaraq təşviq edirik. Azərbaycan şirkətlərinin Türkiyəyə qoyduqları sərmayələrdən böyük bir məmnuniyyət duyuruq. Türk şirkətlərinin də buradakı uğurları ilə qürur duyuruq”.
Bu gün hər iki ölkənin iqtisadiyyatı istər dövlət şirkətləri, istərsə də biznes qurumları üçün açıqdır. Türkiyə Azərbaycanın neft, qaz, energetika, yüngül və yeyinti sənayesi, maşınqayırma, kənd təsərrüfatı, lizinq, sığorta, xidmət, emal, turizm və digər bölmələrində ən iri sərmayəçiləri ilə seçilir. ümumiyyətlə, qardaş ölkə respublikamızın ticarət tərəfdaşları içərisində ilk yerlərdə dayanır və yaxın illərdə liderliyə sahib olacağı şübhəsizdir.
Naxçıvanın siyasi və iqtisadi inkişafında mühüm rol oynayan Türkiyə Muxtar Respublikanın dünyaya inteqrasiyası üçün əlavə kommunikasiya və nəqliyyat marşrutlarının gerçəkləşməsinə də öz töhfəsini vermək niyyətindədir. Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılması, Naxçıvan-İğdır qaz kəmərinin çəkilməsi hazırda gündəmdə duran əsas məsələlərdən biridir. Onu da qeyd edək ki, yaxın günlərdə Muxtar Respublikaya hava uçuşları daha da intensivləşəcək və “Türk Hava Yolları” həftədə 3 dəfə İstanbuldan Naxçıvana uçuşlar həyata keçirəcək.
Türkiyənin iş adamları Azərbaycanın yerli istehsal potensialının formalaşmasında və regionların inkişafında da iri layihələrin müəllifi kimi fərqlənir. Türkiyəli sərmayəçilərin Azərbaycanın hər bir regionunu əhatə edən “Sinerji” konsepsiyası isə ümumilikdə ölkə hökumətinin həyata keçirdiyi iqtisadi siyasətin hədəflərini əhatə etməsi ilə fərqlənir. Türk şirkətləri yeni iş yerlərinin yaradılması və yoxsulluğun azaldılması ilə bağlı strategiyanın reallaşmasında ən aktiv iştirak edən investor sayıla bilər. Türk iş adamları son illərdə maliyyə və bank bazarında da üstünlük əldə etməyə nail olmaqdadırlar. “Koçbank”, “Parabank”, “Türk İş Bankası”, Azərbaycan Sənaye Bankı, “Azər-Türk Bank” ölkəmizin maliyyə-kredit sistemində aktiv rol oynayır. Bu banklar sırasında “Azər-Türk Bank” aqrar sahəyə və sahibkarlığa maliyyə dəstəyi göstərməsi ilə fərqlənir. Onu da qeyd edək ki, Türkiyə Prezidenti A.Gül ölkəmizə səfəri çərçivəsində həmin bankın yeni baş ofisinin rəsmi açılış mərasimində iştirak edib.
Azərbaycanın iqtisadiyyatı Türkiyə üçün geniş əhatə dairəsinə görə necə açıqdırsa, qardaş ölkənin sərmayə bazarında və iqtisadi strukturlarında respublikamızın investorlarına bir o qədər “yaşıl işıq” yandırılıb. Türkiyənin sərmayə bazarında indi ən iri sərmayəçilərdən biri məhz Azərbaycandar. Azərbaycan son bir ildə qonşu dövlətə investisiya proqramının həcminə görə bir sıra ölkələri qabaqlamaqdadır. Türkiyənin ən nəhəng kimya kompleksi olan “Petkim”in səhmlərinin alınması, “Tekfen” şirkəti ilə səhmlərin alqı-satqısına dair sazişin imzalanması Azərbaycanın Türkiyədə ən böyük potensial investor kimi qüdrətinin artmasının nümunəsidir.
Hər iki ölkə dünya iqtisadiyyatına inteqrasiyanın, inkişafın və regional əməkdaşlığın yeni formatlarını yaratmaqdadırlar. Qardaş ölkələr arasında nəzərdə tutulan uzunmüddətli əməkdaşlıq proqramlarının icrası yaxın gələcəkdə həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatında dinamizm meyillərinin artmasına stimul vermiş olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

