Regionların inkişafı ilə bağlı tədbirlər intensiv xarakter alıb
05.08.2010 [08:56]
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət intensiv xarakter alıb. Bütün bölgələrdə dinamik inkişafın sürətlənməsinə səbəb olan layihələrin miqyası daha da genişlənməkdədir. ötən illə müqayisədə hər bir rayonun sosial-iqtisadi həyatında daha mühüm dəyişikliklər, böyük canlanma müşahidə olunmaqdadır. Bütün bölgələrdə həm iqtisadi inkişaf, həm sosial infrastruktur, həm də yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətli dərəcədə yeni dinamizm elementləri hiss edilir.
2010-cu ilin birinci yarısında əldə olunmuş uğurlar regional inkişaf proqramının davamlı şəkildə icra olunduğunu göstərir. ötən 6 ay ərzində respublikamızın bölgələrində regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edib. Bu müddətdə qeyri-neft sektorunun sıçrayışlı inkişafı daha nəzərəçarpacaq dərəcədə müşayiət edilib. Bütün rayonlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilib, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi davamlı xarakter alıb. Həyata keçirilən bu strategiya yeni müəssisələrin və yeni iş yerlərinin yaradılmasını sürətləndirib.
Prezident İlham Əliyev bildirib ki, regionların inkişafı ilə bağlı davam etdirilən siyasət yeni mərhələyə qədəm qoyub və bütün bölgələrdə genişmiqyaslı quruculuq işləri, inkişaf layihələri həyata keçirilməkdədir: “Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq, abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur və beləliklə, Azərbaycanın bölgələri yaradılmış vəziyyətdən uğurla istifadə edirlər. Bu gün Azərbaycan hərtərəfli inkişaf edən ölkədir. Bizim şəhərlərimiz abad, gözəl şəhərlərdir. Hər bir şəhərdə işlər gedir, sosial məsələlər həllini tapır. Abadlıq, quruculuq işləri aparılır. Deyə bilərəm ki, biz bu investisiyaları ölkəyə lazım olan sahələrə tətbiq etməklə böyük uğurlara nail ola bilmişik. Gələcəkdə dövlət investisiya proqramı geniş olmalıdır. Bu proqram 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının tərkib hissəsidir. Yəni, 2013-cü ilə qədər biz ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələləri həll etməliyik”.
2010-cu ilin ilk 6 ayında makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması ilə bağlı həyata keçirilən tədbirlər də öz mühüm nəticələrini göstərib. Bu müddətdə sərmayə qoyuluşlarında artım dinamikası müşahidə olunub, sahibkarlara verilən kreditlərin həcmi çoxalıb, ölkəmizin ixrac qabiliyyəti yüksəlib.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev proqram çərçivəsində həyata keçirilən layihələrin və verilən tapşırıqların icra vəziyyətini daim nəzarətdə saxlayıb, mütəmadi olaraq respublikanın rayonlarına səfər edib. Dövlət başçısı 2010-cu ilin birinci yarısında Mingəçevir, Yevlax, Bərdə, Gədəbəy, Şəmkir, Gəncə, Göygöl, Naxçıvan, Hacıqabul, Quba, Qusar, İsmayıllı, Ağsu, Goranboy, Şamaxı, Ağdaş, Göyçay, Qəbələ, Lənkəran, Lerik, Zaqatala, Balakən rayonlarına səfərləri çərçivəsində bir sıra zavod və müəssisələrin, infrastruktur və nəqliyyat obyektlərinin tikintisinin və bərpasının vəziyyəti ilə də yaxından tanış olub. Bu tədbirlərdə yaxından iştirak etməklə və regionların inkişafı ilə bağlı aparılan işləri yaxından izləməklə Prezident İlham Əliyev bölgələrə olan diqqət və qayğısını nümayiş etdirib.
Dövlətimizin başçısı qeyd edib ki, yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlər mühüm fayda verməkdədir: “Bu il Azərbaycanda altı ayda 36 min yeni iş yerləri açılmışdır. Bütövlükdə isə 2004-cü ildə bəyan etdiyimiz proqram - regionların inkişafı və iş yerlərinin açılması proqramı uğurla icra edilir. Azərbaycanda son altı ildə təxminən 900 min yeni iş yerləri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir. Bütövlükdə, Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır”.
Xatırladaq ki, birinci yarımillikdə yaradılmış yeni müəssisələrin böyük əksəriyyəti birbaşa ucqar bölgələrin payına düşür. Yəni, açılan müəssisələr Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran kimi şəhərləri deyil, əsasən bölgə rayonlarını əhatə edir. Məsələn, ötən dövrdə yaradılmış yeni müəssisələrin 11 faizi Aran rayonlarını, 6 faizi şimal-qərb rayonlarını, 6 faizi Abşeron iqtisadi rayonunu, 5 faizi Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edib. Bundan başqa, digər müəssisələr cənub və şimal rayonlarını, eləcə də, Muğan və Naxçıvan iqtisadi rayonlarının payına düşür. ümumiyyətlə, son aylarda yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin 90 faizə yaxını birbaşa rayonları əhatə edir. Bunun nəticəsidir ki, yeni açılmış iş yerlərinin 93 faizi özəl sektorun payına düşür.
Onu da qeyd edək ki, hökumət 2010-cu ildə və sonrakı illərdə bölgələrdə yeni dövrün tələblərinə uyğun olaraq zəruri tədbirlər görəcək. Bu müddət ərzində inkişafın dinamikası yeni tələbləri ortaya çıxaracağından hökumət buna uyğun addımlar atmağı planlaşdırır. Belə ki, ən qabaqcıl texnologiyalardan istifadə olunması, beynəlxalq tələblərə uyğun layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Məsələn, infrastruktur obyektlərinin tikintisi və müəssisələrin yaradılması zamanı yeni inkişaf erasının tələbləri nəzərə alınacaq və beynəlxalq standartlara uyğun qurulması yerinə yetiriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

