Bir foto - iki qənaət
17.12.2021 [10:31]
Paşinyan gecikib, yoxsa...?
Nurlan
Dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirildi. Görüşün siyasi aspektləri, postmünaqişə dövründə regional proseslərin tənzimlənməsində rolu və digər məsələlər ekspertlər tərəfindən müxtəlif rakurslardan şərh olunur. Amma sosial şəbəkələrdə diqqət yetirilən məqamlar sırasında görüşün fotosundakı bir detal - təfərrüat da var. Bu, yalnız Paşinyanın qarşısında bardağın olmamasıdır. Yazılan rəylərdə, əsas etibarilə, iki məqam qabardılır: erməni baş nazir ya gecikib, ya da əsas məsələlərin müzakirəsindən sonra, daha dəqiq desək, sonradan görüşə çağırılıb.
İfadə olunan fikirlərdən biri budur ki, gecikmək, lazım olan yerdə vaxtında olmamaq Paşinyanın xroniki xəstəliyinə, yaxud siyasi adət-ənənəsinə çevrilib. Ermənistan mediası baş nazirin müxtəlif beynəlxalq toplantılar, parlamentin iclasları, ikitərəfli görüşlər zamanı gecikməsi ilə əlaqədar vaxtaşırı informasiya yayır. Buradan da aydın olur ki, gecikmək Paşinyanın həyat tərzinə çevrilib. Amma əsas məsələ bu fərdi vərdişin siyasət meydanına transfer olunmamasıdır. Daha dəqiq desək, Paşinyan postmüharibə mərhələsində sülhyaratma prosesi ilə əlaqədar konstruktiv qərarlarını gecikmədən verməlidir. Sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması və yekun sülh müqaviləsinin imzalanması ilə bağlı işlərə vaxtında - gecikmədən başlanılması Paşinyanın, xalqının və ölkəsinin taleyini müəyyən edə bilər.
Qeyd etdiyimiz kimi, foto ilə bağlı sosial şəbəkələrdə ifadə olunan ikinci versiya budur ki, Paşinyan sonradan - yəni Prezident İlham Əliyev ilə Emmanuel Makron arasında əsas məsələlərin müzakirəsindən sonra görüşə dəvət edilib. Bu da təbiidir, çünki əsas söz və nüfuz sahibi 44 günlük İkinci Qarabağ müharibəsində qələbə qazanaraq tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin edən, yeni reallıqlar yaradan, şərtləri diktə edən Azərbaycan və onun Lideri cənab İlham Əliyevdir. Ona görə də fundamental məsələlərdə xüsusi diqqət yetirilən, əsas götürülən məqam məhz qalib dövlətin Lideri olan cənab İlham Əliyevin prinsipial yanaşması - qətiyyətli mövqeyidir. Paşinyan isə məğlub, regionda geosiyasi təcrid və blokada vəziyyətində olan ölkənin baş naziri kimi şərtləri qəbul etmək məcburiyyətindədir. Necə ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya prezidentlərinin videoformatda keçirilən görüşü çərçivəsində üçtərəfli Bəyanat imzalandığı zaman Paşinyan olmasa da, imzası sənəddə var idi. Hələ indiyə qədər də onun Ermənistan üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata hansı şəraitdə, hansı küncdə-bucaqda imza atdığı bəlli deyil...
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

