/ / Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər
Hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər
17.07.2010 [11:15]
Azərbaycana qarşı apardığı təcavüzkar siyasətini davam etdirən Ermənistan artıq 20 ilə yaxındır ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bütün beynəlxalq qərarları və qətnamələri heçə sayan, insan hüquqlarına dair konvensiyaları kobudcasına pozan Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmir. İşğalçı ölkə danışıqlar prosesini pozmaqla, həmçinin, müxtəlif vasitələrlə vaxtı uzatmağa cəhd göstərir. Münaqişənin dinc yolla həllinə çalışan və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirən Azərbaycan tərəfi isə eyni zamanda, Ermənistanın tutduğu qeyri-konstruktiv yola davam edəcəyi təqdirdə torpaqlarını işğaldan azad etmək üçün bütün vasitələrə, o cümlədən, hərbi yola əl atacağını istisna etmir.
Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda da bu məsələ yenidən diqqət mərkəzində olub. Dövlət başçısı ölkəmizin müdafiə potensialını gücləndirdiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın dövlət büdcəsi bütövlükdə 15 milyard dollar səviyyəsindədir. Büdcənin artımı isə hərbi xərclərə ayrılan vəsaitin də artmasına imkan verib: “500 milyon dollar vəsait hərbi məsələlərin həllinə əlavə olaraq ayrılmışdır. Bu, bizim məqsədyönlü siyasətimizin bir hissəsidir. çünki biz müharibə şəraitində yaşayırıq. Belə olan halda, biz diqqətimizi, ilk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsinə verməliyik və bunu edirik. Bu gün Azərbaycanın bütün hərbi xərcləri 2 milyard 150 milyon dollardır ki, bu da Ermənistanın bütün dövlət büdcəsindən çoxdur. Biz vaxtilə, bir neçə il bundan əvvəl qoyulmuş məqsədə çatdıq. Bu, bizə imkan verir ki, ordumuzu daha da müasirləşdirək, ən müasir silah-sursatı, texnikanı Azərbaycana gətirək. Eyni zamanda, ölkə daxilində güclü müdafiə sənayesini yaradaq. Biz qısa müddət ərzində buna nail ola bilmişik”.
Bəli, işğalçı Ermənistanın tutduğu qeyri-konstruktiv yol Azərbaycanı öz hərbi, iqtisadi qüdrətindən istifadə etməyə məcbur edir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, hərbi gücümüz ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində həlledici rol oynaya bilər. Dövlət başçısı bir daha bəyan edib ki, biz münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq. Bununla belə, hərbi gücə ehtiyac yaranan zaman Azərbaycanın mövqeyi daha da möhkəmlənəcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqının iradəsi əsasında öz həllini tapacağını bildirən Prezident İlham Əliyev son sözü Azərbaycan xalqının deyəcəyini qətiyyətlə vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar. O ki qaldı Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz. Bax, deyə bilərəm ki, bu, danışıqların əsas məsələlərindən biridir, demək olar ki, onun mahiyyətidir. Ona görə Ermənistan tərəfi deyəndə ki, Dağlıq Qarabağ nə vaxtsa müstəqil olacaq, bu, onların xülyasıdır, onların istəyidir, onların arzusudur. Ondan başqa heç nə deyildir. Danışıqlar masasında olan sənəddə Dağlıq Qarabağın statusu, statusunun müəyyən edilməsi haqqında hər şey açıq-aydın göstərilibdir. Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti öz sözünü deyəcək və bu söz həlledici söz olacaqdır”.
ümumiyyətlə, münaqişə ilə bağlı ölkəmizin mövqeyi hər zaman dəyişilməz və birmənalı olub. Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, danışıqlarda müzakirə edilən məsələlərdə Dağlıq Qarabağın Azərbaycandan nə vaxtsa ayrılması ilə bağlı heç bir mexanizm yoxdur, ola da bilməz. Yəni, ərazi bütövlüyü məsələsi danışıqlar predmeti deyil: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Azərbaycan ancaq bu prinsiplər əsasında danışıqlarda iştirak edir. Bu prinsiplər demokratik prinsiplərdir. Bu prinsiplərdə həm ölkələrin ərazi bütövlüyünə hörmət göstərilir, eyni zamanda, xalqların öz müqəddəratının təyin edilməsi məsələlərinə də münasibət bildirilir. Ancaq bu iki amil bir-biri ilə ziddiyyət təşkil etməməlidir və etmir. Xalqların öz müqəddəratını təyin etməsi məsələləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər. Dünyada, o cümlədən, Avropada belə nümunələr çoxdur. Biz isə istəyirik ki, ən qabaqcıl təcrübə hər sahədə tətbiq olunsun, o cümlədən bu münaqişə ilə bağlı heç bir ayrı-seçkiliyə yol verilə bilməz. Azərbaycan dövləti məhz bu prinsiplər üzərində durubdur. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur və olmayacaqdır”.
Bununla belə, Azərbaycan müharibə ehtimalını da istisna etmir. Bu səbəbdən də ölkəmiz hərbi cəhətdən güclənir, ölkəmizdə hərbi məsələlərin həlli üçün ayrılan vəsait artırılır. Bütün bunların isə bir səbəbi var. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz hər an öz doğma torpaqlarımızı işğalçılardan azad etməyə hazır olmalıyıq: “Tam əminəm ki, bu gün Azərbaycanın belə imkanları var. Biz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, bundan sonra da artıracağıq. Bizim maliyyə imkanlarımız buna şərait yaradır və bu maliyyə imkanlarını biz yaratmışıq, Azərbaycan xalqı yaradıb, siyasətimiz yaradıb”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28

