Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib

Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib

23.06.2010 [11:08]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib. Dövlətimizin başçısı Fikrət Akçuranı BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb. Azərbaycan ilə BMT arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib.
Fikrət Akçura deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir və qardaş Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi vəzifəsinə təyin olunmasından qürur duyur. O, dövlətimizin başçısını əmin edib ki, BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcək.
Fikrət Akçura BMT-nin baş katibi Pan Gi Munun məktubunu Prezident İlham Əliyevə çatdırıb.

Paylaş:
Baxılıb: 1074 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31