Həm Onun, həm tarixin, həm də xalqın qarşısında yerinə yetirilmiş borc hissi
02.10.2021 [12:45]
- Bu kadrlar yadımızdadır - Siz, birinci xanım, Sizin gözləriniz, Sizin çöhrəniz. Həmin anda Siz nə haqda düşünürdünüz, nəyi xatırlayırdınız, hansı hissləri keçirirdiniz?
- Bunlar çox qarışıq hisslər idi, çünki necə deyərlər, bunu dərk etmək üçün kifayət qədər vaxt keçməmişdi. Əslində, artıq noyabrın 7-də biz əmin idik ki, Şuşa azad ediləcək. Hələ bəzi yerlərdə hərbi əməliyyatlar gedirdi, lakin artıq noyabrın 8-nə keçən gecə biz elan etdik ki, Şuşa azad olunub və səhər mən bu müraciəti etdim. Çünki hər şey hələ çox təzə idi və hisslər qamması aşıb-daşırdı. Əlbəttə, Şəhidlər xiyabanını, atamın məzarını ziyarət edəndə, ilk növbədə, qürur duyurdum, - mən ona əsgəri salam verdim və tarixi missiyamı yerinə yetirməyim, onun vəsiyyətinə əməl etməyim barədə məruzə etdim, qürur hissi keçirirdim, həm də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardı ki, yəqin onun ruhu bizimlədir və qəlbən sevinir.
Lakin o vaxt hələ tam qələbə yox idi. Mən fikirləşirdim ki, biz hələ çox iş görməliyik, çünki o vaxt güman edə bilməzdim ki, ertəsi gün müharibə qurtaracaq. O vaxt biz erməni tərəfdən siqnal almamışdıq, əksinə, onlar Şuşanı artıq azad etmiş hərbi qarnizonumuzu bombalamaq üçün bəzi silahlardan istifadə edirdilər. Bu, ayın 8-i səhər idi. Buna görə mən həm də düşünürdüm ki, biz hələ vuruşmalı olacağıq, fikirləşirdim ki, sevinmək vaxtı deyil, indi qalan əraziləri də azad etmək üçün əlimizdən gələni etməliyik. Mən bu barədə düşünürdüm və ayın 8-də axşam biz Silahlı Qüvvələrin noyabrın 9-da nə edəcəyini planlaşdırmışdıq. Noyabrın 9-da biz daha bir neçə çox uğurlu əməliyyat keçirdik. Əslində, Şuşanın azad edilməsi Ermənistan ordusunun, necə deyərlər, belini qırdı, o mənəviyyatca tamamilə sarsılmışdı. Aydın idi ki, biz Şuşanı götürəndən sonra Laçın dəhlizində olduğumuz şəraitdə işğal altında qalan digər ərazilərin taleyi, əslində, həll edilib, bu, sadəcə, zaman tələb edir və necə deyərlər, insanların həyatı nahaq yerə yarımçıq qalır. Lakin görünür Ermənistan tərəfi bunu başa düşmüşdü və gec də olsa belə qərar qəbul etdi. Mən atamın məzarını ziyarət edəndə bu cür hisslər keçirirdim həm Onun, həm tarixin, həm də xalqın qarşısında yerinə yetirilmiş borc hissi.
Azərbaycan Prezidenti İlham Əliyevin “Nasionalnaya
oborona” jurnalının baş
redaktoru İqor Korotçenkoya müsahibəsindən
24 sentyabr 2021
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

