Azərbaycan hakimiyyəti bütün problemlərin həllinə qadirdir
19.05.2010 [10:16]
Aprel ayının sonundan başlayaraq bir sıra rayonlara yağan leysan yağışları Kür çayında suyun səviyyəsinin artmasına səbəb oldu. Ardından isə yaşanan daşqın və sel Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Zərdab rayonlarında və Şirvan şəhərində böyük fəlakətlərə yol açdı. Belə ki, sadalanan rayonların, xüsusən Sabirabad rayonunun bir neçə kəndini su basdı, Kür çayı öz məcrasından çıxaraq bəndləri dağıtdı. Sabirabad-Şirvan ərazisindəki bəndin uçması isə bu iki rayonu daşqınla üz-üzə qoydu. Hətta bəzi kəndlərin sakinləri daşqından helikopterlərlə evakuasiya nəticəsində xilas oldular.
Azərbaycan hökumətinin məsələyə vaxtında və operativ şəkildə müdaxiləsi fəlakətin faciəyə çevrilməsinin qarşısını aldı. Daşqın baş verəndən dərhal sonra ölkə Prezidenti İlham Əliyevin başçılığı ilə problemin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi. Məhz həmin müşavirədə problemin həllinə cavabdehlik daşıyan aidiyyəti strukturlar fəlakətin qarşısını almaq üçün səfərbər edildi. Vurğulanmalıdır ki, problemin aradan qaldırılması ilə məşğul olan aidiyyəti qurumlar qısa müddət ərzində daşqının qarşısını almağa və bəndbərkitmə işlərinə start verməyə nail oldular. Aidiyyəti qurumların son model texnikalarla təchiz olunması problemin həllində çevikliliyi artırdı.
Məlum olduğu kimi Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, verilən tapşırıqların vaxtında icrası nəticəsində təbii fəlakətlər barədə əhalinin qabaqcadan xəbərdar edilməsinə imkan verən ən müasir texnikalar alınıb, istifadə edilir. Məhz həmin cihazların quraşdırıldığı helikopterlərin köməyi ilə aparılan müşahidələr nəticəsində ölkə ərazisində qəza vəziyyətində olan obyektlər müəyyənləşdirilir. Bundan başqa, ölkənin güc strukturları və digər nazirliklər tərəfindən yaradılan qərargah 24 saat iş rejiminə keçməklə problemin tez və minimum zərərlə aradan qaldırılması üçün işə başladı. Qısa zaman kəsiyində uçmuş bəndlər yenidən möhkəmləndirildi, Kürətrafı ərazilər nəzarətə götürüldü. Azərbaycan hökumətinin aidiyyəti strukturları istər kəndlərdəki əhalinin təhlükəsizliyini təmin etmək, istərsə də problemin həlli ilə bağlı qətiyyətli addımlar atdılar. Prezident İlham Əliyev mayın 11-də daşqın nəticəsində Sabirabaddan Şirvan şəhərinə müvəqqəti olaraq köçürülən insanların məskunlaşdığı çadır şəhərciyinə gəldi və problemlə yerində tanış oldu. Prezident İlham Əliyev seldən əziyyət çəkən rayon əhalisi ilə görüşərək problemin qısa zaman kəsiyində həll ediləcəyini bildirdi. Fəlakət zonasında müşavirə keçirən Prezident bir daha bəyan etdi ki, Azərbaycan dövləti güclü dövlətdir və hər bir problemin öhdəsindən gəlməyə, öz vətəndaşlarını qorumağa qadirdir. Bu bəyanat prosesin inkişafı zamanı bir daha özünü sübuta yetirdi. Seldən, daşqından əziyyət çəkən Sabirabad rayonunun 9 kəndinin əhalisi həmsərhəd Şirvan şəhərində çadır şəhərciyində yerləşdirildi. Tez bir zamanda burada insanların yaşaması üçün hər cür şərait yaradıldı. Bütün nazirliklər və aidiyyəti qurumlar həmin ərazidə öz qərargahını yaratdı. İstər FHN, istər Səhiyyə Nazirliyi, istərsə də digər qurumlar insanların çadır şəhərciyində normal yaşaması üçün bütün gücünü səfərbər etdi. Həmin insanlar hər gün isti yemək, paltar və digər gündəlik lazımi vasitələrlə təmin edildi. Nəzərə alsaq ki, problemin aradan qaldırılmasında Azərbaycan yalnız öz maliyyə gücündən istifadə etdi, ölkəmizdə aparılan iqtisadi-siyasi siyasətin doğru yolda olduğu bir daha özünü büruzə verir.
Adından da bəlli olduğu kimi, bu fəlakət təbii fəlakətdir, daşqının, selin baş verməsi isə fəsil dəyişikliyi və yağıntıların miqdarının artması ilə səciyyələndirilməlidir. Sirr deyil ki, Yer kürəsində hər il bir sıra dövlətlər belə təbii fəlakətlərdən əziyyət çəkir. Buna baxmayaraq Azərbaycan hökuməti məsələyə vaxtında və effektli müdaxilə etməklə problemin qloballaşmasının qarşısını aldı, başqa sözlə fəlakətin faciəyə çevrilməsinə imkan vermədi. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, bu cür fors-major situasiyalara hər zaman hazır olmaq lazımdır: “Bundan sonra elə tədbirlər görülməlidir ki, biz bugünkü səviyyəli fəlakətin qarşısını ala bilək. Onu da etmək mümkündür, sadəcə olaraq, gərək plan tutulsun və investisiya ayrılsın. Bizdə texniki imkanlar da, təcrübə də vardır. Yəni, bütün bu işlər elə aparılmalıdır ki, gələn il biz bax, bu vəziyyətlə üzləşməyək”.
Bu fəlakət zamanı bir daha sübut olundu ki, ölkəmiz həqiqətən də yerləşdiyi regionun ən güclü dövlətidir. Hətta beynəlxalq təşkilatların nümayəndələri fəlakət zonasına səfərləri zamanı hökumət strukturlarının bu cür operativ işinə yüksək qiymət verdi. Azərbaycan Prezidenti, hökuməti bir daha dünyaya sübut etdi ki, güclü ölkə öz vətəndaşının təhlükəsizliyinin təminatçısıdır.
Bir məqamı da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin apardığı siyasət ölkəmizdə vətəndaş birliyinin inkişafına da öz müsbət təsirini göstərib. Belə ki, problemin həllində aidiyyəti qurumlara mümkün qədər dəstək verən rayonların sakinləri bu müddət ərzində var gücləri ilə problemin həllində yaxından iştirak etdilər. Bu isə bir daha hakimiyyət-vətəndaş tandeminin gücünün göstəricisi sayılmalıdır.
Amma Azərbaycan hökuməti problemin həll edilməsi ilə öz işini bitmiş hesab etmir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, məsələnin kompleks şəkildə həll olunması istiqamətində tədbirlər planı hazırlanmalıdır. çünki növbəti illərdə də ölkəmizdə bu tip fəlakətlər baş verə bilər. Hətta ölkə başçısı lazım gələcəyi təqdirdə dövlət büdcəsində düzəlişlərin edilməli olmasını da vurğulayıb: “Həm təbii fəlakətin qarşısının alınması üçün əlavə tədbirlər və maliyyə resursları cəlb olunmalıdır, eyni zamanda, dəymiş ziyanın aradan qaldırılması, insanlara kömək göstərmək üçün, əlavə texnika və avadanlığın alınması ilə bağlı təxirəsalınmaz tədbirlər görməliyik. Bu məqsədlə yəqin ki, əlavə maliyyə resurslarına da ehtiyac olacaqdır. Bu günə qədər Ehtiyat Fondundan müvafiq qurumlara vəsait ayrıldı. Bu vəsait hesabına çoxlu işlər görüldü, daha da çox işlər görülməlidir”.
Azərbaycan hökumətinin aidiyyəti strukturlarının problemin həllindəki rolu ölkə başçısı tərəfindən də xüsusi olaraq vurğulanıb: “Azərbaycan dövləti, bütün aidiyyəti qurumlar nə mümkündür onu edirlər. Azərbaycanda indi elə idarəçilik sistemi yaradılıbdır ki, hər bir qurum və hər bir qurumun rəhbəri istənilən anda öz vəzifə borclarını bilir və çalışır ki, onları şərəflə yerinə yetirsin”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33

