ABŞ Ermənistanın işğalçı siyasətinə qarşı müqavimət göstərməlidir
06.05.2010 [13:06]
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına hesablanmış proseslər öz həllini tapmadı. Bu da gözlənilən idi. çünki sərhədlərin açılmasını Ermənistanın xilas yolu sayan və işğalçı ölkəyə hər hansı təzyiq etmək fikrində olmayan Birləşmiş Ştatlardan fərqli olaraq qardaş Türkiyə sərhədlərin açılması üçün Azərbaycan torpaqlarının işğaldan azad olunmasını əsas şərt kimi irəli sürüb. Türkiyənin bu mövqeyi nə qədər təqdir edilsə də, ABŞ-ın sözügedən məsələdə nümayiş etdirdiyi mövqe rəsmi Vaşinqton elan etdiyi demokratik prinsiplərə bir o qədər ziddir. Belə ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən Ermənistana Türkiyə vasitəsilə qapı açılması təcavüzkar ölkənin sülh prosesinə məcbur edilməsinə imkan vermir. Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması üçün isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli vacib şərtdir. Bir müddət öncə mətbuata açıqlama verən Corc Vaşinqton Universitetinin Eliott Beynəlxalq Münasibətlər Məktəbinin Avropa, Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun direktor müavini doktor Kori Uelt də Dağlıq Qarabağ münaqişəsini bölgədə sülhün bərqərar olması prosesində düyün nöqtəsi adlandırıb. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsinə toxunan amerikalı ekspert qeyd edib ki, bu gün Türkiyənin də prosesdə ehtiyatlı və mühafizəkar mövqe tutmasının səbəbi Obama administrasiyasının reallığı görməməsidir: “Əgər Vaşinqton AKP-yə təzyiq göstərsə, o zaman anlayar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regional sabitliyin potensial ara məhsulu deyil, prekursorudur”.
Doktor Uelt bildirir ki, ABŞ Ermənistana olan münasibətini yenidən nəzərdən keçirməli və Türkiyə ilə birlikdə İrəvandan Ankara ilə münasibətlərini normallaşdırmaqla bərabər Azərbaycan ərazilərindən çıxmağı da tələb etməlidir: “Ermənistan hökuməti ilkin şərtlər olmadan Türkiyə ilə münasibətlərini normallaşdırmaq vasitəsilə xarici siyasətini möhkəmlətmək istəyindən əl çəkməyincə, qısa müddətdə müvəffəqiyyət əldə olunması ehtimalı azdır”.
Bəli, göründüyü kimi regionda sülhün bərqərar olması, dinamik inkişaf prosesinin həyata keçirilməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ən əsas şərtdir. Digər tərəfdən, ABŞ bu gün problemin həllində tutmalı olduğu neytral mövqeyindən əl çəkməməli, həll prosesində beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Eyni zamanda bölgənin lider dövləti olan Azərbaycan bu gün öz mövqeyində qətidir: Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasında keçir. Digər tərəfdən, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması və bu regionda demokratik norma və prinsiplərin çiçəklənməsi Vaşinqtonun da maraqlarına uyğundur.
ABŞ-Azərbaycan münasibətlərini şərtləndirən əsas məqamlardan biri enerji məsələsində üst-üstə düşən maraqlardır. Azərbaycanla ABŞ arasında enerji, nəqliyyat sahəsində əlaqələrin digər dövlətlər üçün də töhfəsi diqqətdən qaçmamalıdır. Belə ki, bu gün ABŞ-ın ciddi dəstək verdiyi GUAM ölkələri, eləcə də, Şərqi Avropa dövlətləri bu imkanlardan istifadə edərək enerji təhlükəsizliyini təmin edir, nəqliyyat-kommunikasiya sistemlərini formalaşdırır. Xəzərin enerji resurslarının, xüsusilə də, Türkmənistan və Qazaxıstan neftinin Avropaya çıxışı üçün ən yaxşı tranzit məkanı Azərbaycan olduğundan ABŞ bölgədə müharibənin baş verməsini istəmir. Deməli, ABŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün daha konkret addımlar atmalı, Ermənistanın işğalçılıq siyasətinə qarşı müqavimət göstərməlidir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28

