Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər görülür
18.03.2010 [10:22]
Azərbaycanın hər bir regionunu əhatə edən sosial-iqtisadi inkişaf bütün ölkə əhalisinin, o cümlədən, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinə də müsbət təsir göstərir. Ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinə həllinə verdiyi böyük önəmin davamı olaraq Prezident İlham Əliyevin 2004-cü ildə təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və 2007-ci ildə həmin proqrama edilmiş əlavələr bu istiqamətdə sistemli və müntəzəm işlərin aparılmasına şərait yaratdı. Qeyd etmək lazımdır ki, Proqram çərçivəsində görülən tədbirlər ötən ildə də uğurla davam etdirilib.
Təkcə proqramın icrasına ayrılan maliyyə vəsaiti dövlətin bu sahəyə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Belə ki, 2009-cu ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 309,9 milyon manat vəsait ayrılıb ki, bu vəsaitin böyük bir hissəsi də büdcənin və Dövlət Neft Fondunun payına düşür. Məcburi köçkünlərin məskunlaşdıqları binaların, evlərin normal yaşayış üçün münasib olmaması və həmin tikililərin təyinatı üzrə fəaliyyətinin bərpası zərurəti nəzərə alınaraq Abşeron rayonunun bir sıra qəsəbələrində, Goranboy rayonunda və başqa bölgələrdə həmin ailələr üçün yeni yaşayış məskənləri salınıb. ümumilikdə, 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülüb. Bundan başqa, İmişli, Yevlax, Mingəçevir, Ağdam, Balakən, Şəki, Qəbələ və digər şəhər və rayonlarda yüzlərlə məcburi köçkün ailəsinin yerləşməsi üçün yeni yaşayış binalarının tikilməsi yönündə işlərə başlanılıb. 2010-cu ildə həmin binaların bir qisminin tikintisinin başa çatdırılacağı gözlənilir. ötən ayın sonlarında Qəbələdə məcburi köçkünlər üçün salınan yeni məhəllədə beşmərtəbəli 2 yaşayış binası və məktəbin istifadəyə verilməsi bu görülən işlərə əyani sübutdur. Dövlət başçısının 2010-cu il fevral ayında imzaladığı məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsini nəzərdə tutan Sərəncamına əsasən, Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 14 milyon manat məbləğində vəsait ayrılıb.
Qaçqın və məcburi köçkünlərin mənzil şəraiti ilə yanaşı, onların məşğulluq probleminin həlli də daim diqqət mərkəzindədir. Əmək qabiliyyətli məcburi köçkünlərin işlə təmin olunması onların sosial-iqtisadi durumlarının daha da yaxşılaşmasına, eləcə də, cəmiyyət həyatının müxtəlif sferalarında fəal surətdə iştirak etmələrinə imkan yaradır. İşsizliyin aradan qaldırılması istiqamətində görülən tədbirlər nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə səyi ilə 1747 nəfər işlə təmin olunub. Bundan əlavə, 563 nəfərə işsiz statusu verilib, 680 nəfərə isə işsizlik müavinəti təyin edilib. Eyni zamanda, müasir dövrün peşə tələblərinə uyğunlaşdırılması məqsədilə yüzlərlə qaçqın və məcburi köçkün peşə hazırlığı kurslarına cəlb olunublar.
Məlum olduğu kimi, qaçqın və məcburi köçkün ailələri dövlət tərəfindən müəyyən edilmiş bir çox imtiyazlardan da istifadə edirlər. Belə ki, kommunal-məişət xidmətlərinin, təhsil haqqının ödənilməsində xüsusi güzəştlərdən yararlanan belə ailələr il ərzində də müntəzəm olaraq humanitar yardımlarla təmin olunurlar.
Sözsüz ki, həyata keçirilən irihəcmli layihələr öz müsbət nəticələrini verməkdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, mühüm proqramların uğurla həyata keçirilməsi nəticəsində məcburi köçkünlərin yoxsulluq həddi 74 faizdən 25 faizə enib.
Beləliklə, bu gün dövlətin məcburi köçkün və qaçqınlara göstərdiyi diqqət göz qabağındadır. Görülən hər bir xeyirxah iş həmin insanların daha yaxşı və rahat yaşamasını təmin etmək üçündür. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı dediyi kimi “Məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin problemləri mütəmadi qaydada öz həllini tapır”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39

