/ / Azərbaycanın əldə etdiyi uğurların təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır
Azərbaycanın əldə etdiyi uğurların təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır
20.01.2010 [03:21]
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü düşünülmüş siyasət respublikamızın 2009-cu ili bütün makroiqtisadi parametrlər üzrə dünyada ən yüksək inkişaf templəri ilə başa vurmasına səbəb olub. ötən il əldə olunmuş sosial-iqtisadi inkişaf göstəriciləri ölkəmizin dünya iqtisadiyyatında baş verən böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafının təmin edilməsini özündə ehtiva etmiş olur. 2009-cu il dünyanın ən inkişaf etmiş ölkələri üçün maliyyə və iqtisadi böhran ili kimi xarakterizə olunsa da, ötən il Azərbaycan üçün uğurlu iqtisadi-siyasi-sosial tarixi dövr kimi yadda qalıb.
ümumiyyətlə, 2009-cu ilin makroiqtisadi təhlili onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri və davamlı islahatlar nəticəsində respublikamız dinamik inkişafa nail olub. Dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi strategiyanın gerçəkləşməsi qlobal böhranın fəsadlarının ölkəmizin iqtisadiyyatına təsirlərinin qarşısını alıb və iqtisadiyyatın bütün sahələrində dinamizm meyilləri müşahidə edilib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bəyan etdiyi kimi, ötən il bir çox dövlətlər üçün ağır sınaq ili olsa da, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilib: “Biz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşuluruq. Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi... 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bunu əyani şəkildə göstərmək üçün, sadəcə, iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır”.
Dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tədbirlərin vaxtında və əhatəli şəkildə icra olunması, həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal islahatlar strategiyası nəticəsində iqtisadiyyatın modernizasiyası, maliyyə-valyuta ehtiyatlarının artması hesabına makroqtisadi dayanıqlıq potensialının yaradılması və eyni zamanda, öz effektiv səmərəsini verən antiböhran strategiyasının reallaşdırılması Azərbaycanda aparılan siyasətin təntənəsinin göstəricisi sayıla bilər.
ötən il makroiqtisadi siyasətin uğurları iqtisadiyyatda pozitiv meyillərin dərinləşməsinə səbəb olub. İqtisadiyyatın və sosial bölmələrin bütün sahələrində inkişaf meyilləri müşayiət olunub. Milli iqtisadiyyatın bazasını təşkil edən ümumi daxili məhsul (üDM) 9,3 faiz artıb, sənaye istehsalında 8,6 faiz artım qeydə alınıb. Eləcə də, kənd təsərrüfatında 3,5 faiz artım müşahidə edilib. Sənayenin və kənd təsərrüfatının inkişafı qeyri-neft sektorunda dinamizmin artmasına əlverişli stimul verib. ümumiyyətlə, son illərdə iqtisadiyyatın diversifikasiyasına yönəlmiş addımların atılması neftdən kənar sahələrin əhəmiyyətli inkişafına impuls verib və qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi yer tutmasına baza yaradıb. Dövlət başçısının vurğuladığı kimi, qeyri-neft sektorunun inkişafında əsas yeri kənd təsərrüfatı tutur. Yəni, sənaye istehsalında müəyyən dərəcədə neft faktorunun rolu olsa da, aqrar bölmə tamamilə neftdən kənar sahə kimi intensiv inkişaf meyillərini davam etdirir. Bundan başqa, kənd təsərrüfatı iqtisadiyyatın inkişafını təmin etməklə bərabər, siyasi-iqtisadi siyasətin həyata keçirilməsində əsas faktorlardan birinə çevrilməkdədir. ötən ilin böhran tendensiyası və bir çox dövlətlərin zəruri qida resursları ilə təminatda problemlərlə üzləşməsi kənd təsərrüfatının sabit və dayanıqlı iqtisadiyyat üçün hansı əhəmiyyət daşıdığını ortaya qoymuş olur. Qlobal iqtisadi tendensiyalar göstərir ki, hansısa ölkənin sabit və təhlükəsiz inkişafı maliyyə sabitliyi ilə yanaşı, birbaşa kənd təsərrüfatı ilə də sıx bağlıdır.
Azərbaycan hökuməti 2009-cu ildə bütün bölmələrdə iqtisadi fəallığı artırmağa nail olub, sosial layihələri, investisiya və infrastruktur proqramlarını uğurla başa çatdırıb. Hökumət həm daxili maliyyə resursları, həm də xarici investisiyaların artımı hesabına bütün infrastruktur layihələrini uğurla davam etdirməyə nail olub. ötən il respublikamıza 9,2 milyard dollar investisiya qoyulub. Nəzərə alsaq ki, sərmayələrin 7,3 milyard dollarını daxili sərmayələr təşkil edir, onda ölkəmizin öz maliyyə resursları hesabına bütün layihələri maliyyələşdirməyə qadir olduğunu görə bilərik.
ötən ilin makroiqtisadi göstəriciləri respublikamızın düşünülmüş iqtisadi strategiyasının davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və bir daha hökumətin iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətini təsdiqləyir. Eyni zamanda, xalqın iqtidara olan dərin inamı siyasi və iqtisadi islahatların daha geniş vüsət almasına zəmin yaratmış olur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqla iqtidar arasında sıx birlik ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək: “ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır - həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi. Əgər bu olmasa idi, heç bir məsələni həll etmək mümkün olmazdı. 2010-cu ildə, bu gün də burada qeyd edildi, bu böhranlı meyillər hələ də davam edə bilər. Biz arxayınlaşmamalıyıq, işlərimizi çox ciddi qurmalıyıq. Amma mən əminəm ki, əgər biz 2009-cu ili bu gözəl nəticələrlə başa vurmuşuqsa, 2010-cu ildə də istədiyimizə nail olacağıq”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45

