Azərbaycan yüksək gəlirli dövlətlər qrupuna daxil olmaqdadır
08.01.2010 [01:27]
Azərbaycan hökumətinin 2010-cu ildə həyata keçirmək istədiyi proqramların başlıca istiqamətləri sırasında orta və uzunmüddətli dövrdə iqtisadiyyatın diversifikasiyasını genişləndirmək, məşğulluğun artırılmasını təmin etmək, büdcə vəsaitlərinin və ixracdan əldə olunan valyuta gəlirlərinin iqtisadiyyatda yüksək dərəcədə şaxələndirilməsinə nail olmaq mühüm yer tutur. Bu strateji addımların əsas məzmunu isə respublikamızın uzunmüddətli makroiqtisadi dayanıqlığını təmin etməklə yüksək gəlirli dövlətlər qrupuna daxil olmasına nail olmaqdan ibarətdir. Azərbaycan neft və qeyri-neft məhsullarının ixrac potensialını genişləndirməklə yüksək valyuta gəlirləri müqabilində həm daxili iqtisadi-sosial-investisiya layihələrinin icrasını təmin etməyi, həm də ehtiyat valyuta potensialının həcmini artırmağı nəzərdə tutur.
Manat 2010-cu ildə daha dəyərli valyutaya çevriləcək...
Respublikamızdakı maliyyə sabitliyinin davamlılığını və inkişaf dinamikasının yeni tələblərə uyğun reallaşmasını təmin etmək üçün Mərkəzi Bank tərəfindən çevik tənzimlənən makro və monetar siyasətin həyata keçirilməsi gücləndiriləcək. Bundan başqa, hökumət 2010-cu ildə inflyasiyanın aşağı səviyyədə saxlanılması, manatın məzənnəsinin sabitliyinin qorunması, bank-maliyyə sektorunda sabitliyin dərinləşdirilməsi, inflyasiya hədəfi çərçivəsində iqtisadiyyatın pula tələbatının ödənilməsi ilə bağlı kompleks addımlar atmağı planlaşdırır. 2009-cu ildə bir çox dövlətlərin milli valyutalarının kəskin şəkildə ucuzlaşaraq devalvasiyaya uğramasına baxmayaraq, Azərbaycan manatının ən dəyərli tədavül aləti kimi möhkəmlənməsi bu ildə də manatın məzənnəsinin sabit qalacağına əlverişli zəmin yaratmış olur. Onu da nəzərə alaq ki, ötən il neftin qiymətinin aşağı düşməsi şəraitində belə milli valyutanın məzənnəsi qorunub saxlanılıb, hətta digər dönərli valyutalarla nisbətdə bir qədər də möhkəmlənib. Buna görə də, neft bazarında canlanmanın davam etdiyi 2010-cu ildə manatın daha dəyərli valyutaya çevriləcəyi şübhə doğurmur. Digər tərəfdən, hətta neftin satış qiyməti ilə bağlı proqnozların ən konservativ ssenarisi belə ölkəmizin tədiyyə balansında kifayət həcmdə profisitin yaranacağını şərtləndirir ki, bu da manatın məzənnəsinin möhkəmlənməsi üçün mühüm fundamental əsas sayıla bilər.
Təbii ki, manatın məzənnəsinin möhkəmlənməsi respublikamızın bank və kredit bazarında canlanmanın da geniş vüsət almasına səbəb olacaq. İqtisadiyyatın kreditlə təmin olunması və pul kütləsinin bank sistemi vasitəsilə real sektorun inkişafının dəstəklənməsinə yönəldilməsi vacib məsələlərdəndir. Buna görə də, qeyri-neft sektorunun dəstəklənməsi, kiçik və orta sahibkarlığın maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, bank sektorunun davamlı müdafiəsi, tikinti-ipoteka bazarının inkişafı və qlobal risklərin milli iqtisadiyyata təsirini məhdudlaşdıran digər prioritet məsələlər diqqətdə saxlanılacaq.
ölkəmizdə yeni ipoteka modeli tətbiq ediləcək...
Qeyd etdiyimiz kimi, hökumətin 2010-cu il üzrə strateji siyasətinin əsas hədəflərindən biri də məhz inflyasiyanı ən aşağı həddə saxlamaqdan ibarətdir. Bu məqsədlə monetar siyasət dərinləşdiriləcək və dünya maliyyə böhranın təsirlərinə qarşı immunitet gücləndiriləcək. Bunun nəticəsində əsas ixracatçı dövlətlərdən idxal olunan məhsulların qiymətlərinin tənzimlənməsi diqqətdə saxlanılacaq. Mərkəzi Bank 3 faiz səviyyəsində orta illik inflyasiya proqnozunun reallaşmasına nail olmağı düşünür. Bu hədəfin reallaşması orta və uzunmüddətli iqtisadi dayanıqlığın təmin olunmasında mühüm vasitədir. Eyni zamanda, məcmu tələbin amillərindən, qlobal iqtisadiyyatın bərpası prosesinin daxili inflyasiyaya təsirindən asılı olaraq bu proqnoz il ərzində bir qədər aşağı da düşə bilər.
İqtisadiyyatın pula tələbatının ödənilməsi ilə bağlı kompleks addımlara gəlincə, hökumət bu istiqamətdə yeni mexanizmləri tətbiq etməyi düşünür. İqtisadiyyatın kapital resurslarına olan tələbinə uyğun olaraq maliyyə resurslarına çıxış asanlaşdırılacaq, yeni maliyyə mexanizmlərinin və institutlarının təşviqi təmin olunacaq, xüsusilə regionlarda bu prosesin sürətlənməsinə diqqət veriləcək. Artıq bu ildən etibarən bank olmayan kredit təşkilatlarının fəaliyyətinin genişləndirilməsi üçün qanunvericilikdə bir sıra təkmilləşdirmələrin aparılması da nəzərdə tutulub. Həmin qurumlara bank strukturlarının həyata keçirdiyi mühüm səlahiyyətlərin verilməsi istisna olunmur. Mikromaliyyələşmə şəbəkəsinin genişləndirilməsi məqsədilə digər maliyyə alətlərindən istifadə də dəstəklənəcək. Eyni zamanda, qiymətli kağızlar bazarının intensiv fəaliyyətinə stimul vermək üçün istiqrazların və digər qiymətli kağızların emissiyasının artırılması planlaşdırılır. Bu sırada ipoteka istiqrazlarının buraxılışının artırılması da mühüm yer tutur. İpoteka bazarını daha da canlandırmaq üçün ipoteka sisteminin təkmilləşdirilməsi, yeni ipoteka alətlərinin tətbiq olunması diqqət mərkəzində olacaq. 2010-cu ildə ipoteka kreditləşməsi genişləndiriləcək, dövlət büdcəsində nəzərdə tutulan sosial ipoteka mexanizminin tətbiqi davam etdiriləcək. İpoteka mexanizminin təkmilləşməsi çərçivəsində yeni ipoteka modelinin hazırlanması məqsədilə yaşayış, tikinti-əmanət banklarının fəaliyyətə başlaması üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Respublikamızla strateji tərəfdaş olmaq istəyən ölkələrin sayı artır...
Mərkəzi Bank bəyan edir ki, 2010-cu il üçün nəzərdə tutulan vergi-fiskal siyasət də dərinləşdiriləcək və makroiqtisadi sabitliyin təmin olunmasına yönəldiləcək. Baxmayaraq ki, ölkənin kifayət həcmdə qlobal likvidlik imkanları mövcuddur, amma qlobal risklərin iqtisadi aktivliyə və məşğulluğa neqativ təsirini məhdudlaşdırmaq üçün bu imkanların bank sistemi vasitəsilə real sektorun inkişafının dəstəklənməsinə yönəldilməsi vacib məsələlərdən olacaq. Buna görə də, qeyri-neft sektorunun dəstəklənməsi, kiçik və orta sahibkarlığın maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, bank sektorunun davamlı müdafiəsi, tikinti-ipoteka bazarının inkişafı və qlobal risklərin milli iqtisadiyyata təsirini məhdudlaşdıran digər prioritet məsələlər diqqətdə saxlanılacaq.
İqtisadi inkişafa impuls vermək üçün həyata keçirilməsi nəzərdə tutulan kompleks tədbirlər Azərbaycanın regionda gücünün daha da artmasına və respublikamızın dünya birliyində ən etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli dərəcədə baza yaratmış olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin iqtisadi-siyasi qüdrətinin artması respublikamızla strateji tərəfdaş olmaq istəyən ölkələrin sayının çoxalmasına səbəb olmaqdadır: “Azərbaycanla dost olmaq istəyən ölkələrin sayı artır. Bizim strateji tərəfdaşlarımızın sayı artır. Sirr deyil ki, bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətimiz Azərbaycanın milli maraqlarının tam şəkildə müdafiə edilməsinə yönəldilibdir. Bütün qonşu ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər mövcuddur. Azərbaycan bütün başqa ölkələrlə öz fəaliyyətini ancaq və ancaq dostluq, əməkdaşlıq şəraitində qurur”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47

