/ / Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
19.11.2019 [10:18]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab fəxri qarovul dəstəsinin qarşısından keçib.
Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək deyib: “Cənab Prezident, böyük şərəf hissi ilə qardaş və dost Azərbaycan Respublikasına səfir təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim edirəm. Sizin baxışınıza ən uyğun şəkildə ikitərəfli münasibətlərimizin inkişafı üçün əlimdən gələni edəcəyəm. Çox sağ olun”.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzu edirəm. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafı davam edəcəkdir. Bizim çox yaxşı siyasi əlaqələrimiz var. Hər iki tərəf bu münasibətləri qardaş ölkələr arasında münasibətlər kimi dəyərləndirir. Bu, həqiqətdir. Əminəm ki, siyasi, iqtisadi və müxtəlif sahələrdə biz çoxlu tərəqqi müşahidə edəcəyik. Ölkələrimiz beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olmuşdur. Bizim hökumətlərarası fəaliyyətimiz var. Nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Ona görə əminəm ki, tərəfdaşlığımızın ənənəvi sahələrinə əsas diqqəti yetirmək və yeni sahələri aşkar etmək üçün gələcəkdə çoxlu imkanlar olacaq.
Hesab edirəm ki, ticarət dövriyyəsi ilə bağlı olan məsələyə xüsusi diqqət yetirməliyik. Hesab edirəm ki, ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var. Çünki indi bizim bir-birimizə təqdim edə biləcəyimiz daha çox şey var. Şadam ki, ölkənizdən gələn turistlərin sayı artmaqdadır və bu da bizim əməkdaşlığımızın yaxşı əlamətidir. Bildiyiniz kimi, sizin vətəndaşlar üçün heç bir viza tələbi yoxdur və əminəm ki, hər iki istiqamətdə biz turistlərin sayının artdığını görəcəyik.
Həmçinin potensial əməkdaşlıq sahələrindən biri də investisiyalardır. Bilirəm ki, sizin ölkəniz xaricə sərmayə yatırır, Azərbaycan da xaricə sərmayə yatırır, biz birgə investisiya layihələri üçün sahələri tapa bilərik. Odur ki, diqqətimizi cəmləşdirmək üçün çoxlu sahələr olacaq. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı siz çox məşğul olacaqsınız və əlaqələrimizin gücləndirilməsi üçün bütün vaxtınızı sərf edəcəksiniz”.
* * *
Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab deyib: “Təşəkkür edirəm Zati-aliləri. Cənab Prezident, burada olmaqdan, Sizinlə görüşməkdən, Sizə etimadnaməmi təqdim etməkdən şərəf hissi duyuram. Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taninin Sizə salamlarını, xalqınıza daha böyük nailiyyətlər, rifah və tərəqqi arzularını çatdırıram. Buraya gəldikdən sonra biz hərtərəfli inkişafın şahidi olmuşuq və mən bunu görüşdüyüm hər kəsə söyləyirəm. Biz ilk baxışdan ölkənizə aşiq olmuşuq. Qoşulmama Hərəkatının Sammitində iştirak etmək, dini liderlərin Sammitini isə izləmək fürsəti mənə nəsib olmuşdur. Zati-aliləri, bu iki sammitin uğurlu keçirilməsi münasibətilə Sizi, hökumətinizi və xalqınızı təbrik edirik. Bu, bizdə belə bir təəssürat yaradır ki, Azərbaycan dünya xəritəsində öz çəkisinə malik olan ölkələrdəndir, düzgün istiqamətdədir və müxtəlif tədbirlərin keçirilməsi üçün ev sahibi kimi çıxış edir. Bu da Azərbaycan üçün siyasi vasitədir. Əlbəttə ki, bizim çox mükəmməl münasibətlərimiz var. Mənə şəxsən bu münasibətlərin bütün istiqamətlərdə inkişafı üçün gərgin çalışmaq təlimatı verilmişdir”.
* * *
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirib, Onun salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

